Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu


- 4 yaşlı uşaqların fəaliyyət növləri üzrə inkişafı



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   6   7   8   9   10   11   12   13   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

3-
4 yaşlı uşaqların fəaliyyət növləri üzrə inkişafı.
İdraki praktik fəaliyyət üçün aşağıdakı işlərin aparılması zəruridir: 

hər şeyi bilmək istəyinin hər şeyi öyrənmək həvəsinə keçməsi üçün şəraitin 
yaradılması; 
- bacarıq və vərdişlərin dairəsinin genişləndirilməsi (zaman və məkanda), ailə və ya 
məktəbəqədər təhsil müəssisəsi şəraitində əşyalarla fəaliyyət üsullarının mənimsənilməsi; 
- p
erseptual (hissi qavrayış) fəaliyyətinin formalaşması;

praktik təhlil və tərkibdən istifadə etməklə, əyani-əməli üsullarla məsələlərin həll 
edilməsi; 


11 

müstəqilliyin və şifahi nitqin inkişafı üçün senzitiv (həssaslıq) dövrün istifadəsi

üç yaş böhranından çıxmaq ərəfəsində əşyəvi fəaliyyətdən əsas fəaliyyət növü kimi 
oyun fəaliyyətinə keçidə yardımçı olmaq; 
- sualların (Nə? Kim? Niyə? Harada?) köməyi ilə idraki fəallığın təmin edilməsi; 
- dialoji nitqin formalaşması. 
Ünsiyyət üçün aşağıdakı işlərin aparılması zəruridir: 

şəxsiyyətlərarası münasibətlərdə uşağın tələbatının təmin olunması üçün təhlükəsiz 
və rahat atmosferin yaradılması; 

uşaqların marağı üzrə ünsiyyətin təşkili, müsbət münasibətlərin qurulmasına yardım 
göstərilməsi; 

mədəni ünsiyyət qaydalarına müvafiq olaraq ilkin kommunikativ bacarıqların 
formalaşdırılması; 

verbal və qeyri-verbal ünsiyyət vasitələrinin istifadəsində, uşaqlar və böyüklərlə 
ünsiyyətin qurulması üzrə vasitə və üsulların (salamlaşmaq, göz təması qurmaq, təşəkkür 
etmək və s.) mənimsənilməsində uşağa yardım göstərilməsi. 
Oyun fəaliyyəti üçün aşağıdakı işlərin aparılması zəruridir: 
- oyunda ətraf aləmin dərk edilməsi üçün uşağın şəxsi təcrübəsinin oyuna (təsvir 
olunan vəziyyətə) köçürülməsi üçün şəraitin yaradılması; 
- oyun məqsədlərinin qoyulması, oyun qaydalarını razılaşdırmaq və ona riayət 
etmək bacarıqlarının formalaşması; 
- uşağa qalib gəlmək imkanlarının verilməsi. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin