Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu


Əmək fəaliyyəti üçün aşağıdakı işlərin aparılması zəruridir



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   7   8   9   10   11   12   13   14   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

Əmək fəaliyyəti üçün aşağıdakı işlərin aparılması zəruridir: 

böyüklərin təsərrüfat-məişət və təbiətdə əməyinin müşahidəsinin təşkili, uşaqların 
birgə təsərrüfat-məişət əməyinə cəlb edilməsi; 
-
təsərrüfat-məişət əməyində istifadə edilən oyuncaqlarla (əmək alətləri ilə) iş 
üsullarının tətbiq edilməsi. 
Bədii fəaliyyət üçün aşağıdakı işlərin aparılması zəruridir: 

incəsənət nümunələri vasitəsi ilə uşağın dünyaya estetik münasibəti və bədii 
inkişafının formalaşması; 

incəsənət əsərlərinə emosional münasibətin, təsviri fəaliyyət, musiqi və bədii-nitq 
fəaliyyəti şəraitində bədii bacarıqların inkişaf etdirilməsi. 
Təlim fəaliyyəti üçün aşağıdakı işlərin aparılması zəruridir: 

ətraf aləmdəki əşyalarla fəaliyyət üsullarının mənimsənilməsi; 

məsələlərin həlli üsulları ilə tanışlıq; 

təlim məsələlərinin səmərəli həlli üçün şəraitin yaradılması. 
4-
5 yaşlı uşaqların fəaliyyət növləri üzrə inkişafı.


12 
İdraki praktik fəaliyyət üçün aşağıdakı işlərin aparılması zəruridir: 

analogiya üzrə fikir yürütməyin, təhlil, müqayisə etməyin, nəticələr çıxarmağın, 
səbəb və nəticələri izah etməyin və onların əlaqəsini müəyyən etmək bacarığının 
formalaşdırılması; 
- ətraf aləmə, başqa insanlara və özünə qarşı uşaqda maraq və öyrənmək istəyi 
oyatmaq 
üçün idrakın stimullaşdırılması
- uşağın emosional yaddaşına, onun müxtəlif məlumatları müstəqil şəkildə əldə 
etmə vərdişinə əsaslanaraq axtarıcılıq qabiliyyətinin stimullaşdırılması
- diqqətin bir yerə cəmlənməsi və davamlılığına diqqət yönəldilməsi
- uşağın imkanlarını nəzərə almaqla idraki fəallığın qeyri-ixtiyariyə keçirilməsi; 
- yeniliyin öyrənilməsində, idraki məsələlərin həllində sevinc duymaq imkanlarının 
təqdim edilməsi. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin