Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu


Oyun fəaliyyəti üçün aşağıdakı işlərin aparılması zəruridir



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   10   11   12   13   14   15   16   17   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

Oyun fəaliyyəti üçün aşağıdakı işlərin aparılması zəruridir: 
- h
adisələrin fərqləndirilməsi, oyundan zövq alınması; 

marağın davamlılığı baxımından uzunmüddətli rollu oyunlar (pazzl oyunları, didaktik 


14 
oyunlar və s.) üçün şəraitin yaradılması. 
Əmək fəaliyyəti üçün aşağıdakı işlərin aparılması zəruridir: 

birgə və fərdi fəaliyyətdə tələbatın öyrənilməsi üçün imkanların yaradılması; 

əmək bacarıqlarının formalaşdırılması, böyük və kiçik motor hərəkətlərinin inkişaf 
etdirilməsi. 
Bədii-yaradıcı fəaliyyət üçün aşağıdakı işlərin aparılması zəruridir: 

bədii mədəniyyət və estetik şüurun əsaslarının formalaşdırılması;

ümumi və xüsusi bədii bacarıqların inkişafı, fərqləndirmə və müqayisə 
xüsusiyyətlərinin ümumiləşdirilməsi, obrazın halına acıma əsasında fərqli qavranılmanın 
dəstəklənməsi; 

müxtəlif bədii fəaliyyət prosesində müstəqillik və özünənəzarətin yardımı ilə bədii 
obrazın modelləşdirilməsi şəraitində subyektiv mövqeyin və özünüifadənin dəstəklənməsi; 

bədii fəaliyyətə hissi mədəniyyətin və yaradıcılıq münasibətlərinin aşılanması. 
E
lementar təlim fəaliyyəti üçün aşağıdakı işlərin aparılması zəruridir: 

təşkil olunmuş fəaliyyət zamanı davranış normalarına və fəallığa uyğunlaşma 
vərdişlərinin formalaşdırılması;

məsələlərin həlli üsulları (sınaq, reproduktiv, ümumiləşdirilmiş qrup məsələlərinin 
həlli üsulları) ilə tanışlıq; 

müstəqil axtarıcılıq bacarığının və qarşılıqlı fəaliyyətin təşkili; 

ilkin təlim bacarıqlarının formalaşdırılması. 
1.3. 
Məktəbəqədər təhsilin məzmununu müəyyənləşdirən didaktik prinsiplər 
Məktəbəqədər təhsilin məzmunu aşağıdakı didaktik prinsiplər əsasında 
müəyyənləşdirilir: 

nəticəyönümlülük – təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr 
əsasında müəyyən edilməsi; 

uşaqyönümlülük – təlim-tərbiyə prosesinin bilavasitə uşağın meyil və marağının, 
təhsil tələbatının ödənilməsinə, istedad potensialının reallaşdırılmasına və inkişafına 
yönəldilməsi; 

şəxsiyyətyönümlülük – uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin 
formalaşdırılması; 

inkişafyönümlülük – uşaqların idrak fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlili 
və qiymətləndirilməsi yolu ilə onların bilik, bacarıq və vərdişlərinin inkişafının təmin 
olunması; 

tələbyönümlülük – ümumi inkişafla bağlı təhsil proqramının məzmununda fərdin
cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınması; 


15 
- varislik 
– müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının 
məzmun və mahiyyət etibarilə bir-birini tamamlaması; 
- inteqrativlik 
– təlimin məzmun komponentlərinin əlaqələndirilməsi; 

azərbaycançılıq – uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda fəal 
vətəndaş mövqeyinin formalaşdırılması, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, 
dilinə, adət və ənənələrinə hörmət hissinin aşılanması. 

dünyəvilik – dünyaya aid olma, dünya ilə bağlı olma, dini olmama, dinlə əlaqəsi 
olmama.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin