Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   2   3   4   5   6   7   8   9   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

 
1. M
əktəbəqədər təhsilin məzmunu 
1.1. 
İnkişaf sahələrinin xarakteristikası 
Məktəbəqədər yaşlı uşaqların inkişafı 4 inkişaf sahəsi üzrə müəyyən edilmişdir: fiziki 
inkişaf, sağlamlıq və təhlükəsizlik; idrakın inkişafı; estetik və yaradıcı inkişaf; sosial-
emosional inkişaf. 
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Məktəbəqədər yaş dövründə 
sağlamlığın, hərtərəfli hərəki hazırlığın və ahəngdar fiziki inkişafın əsası qoyulur. Bu 
dövrdə düzgün təşkil edilmiş fiziki inkişaf uşaqda yaxşı bədən quruluşunun 
formalaşmasına, orqanizmin möhkəmlənməsinə, daxili orqanların fəaliyyətinin 
yaxşılaşmasına imkan yaradır. Sağlamlığın qorunması və möhkəmləndirilməsi, sanitar-
gigiyenik qulluğun təminatı, sağlamlaşdırıcı tədbirlərin keçirilməsi (hava, günəş və sudan 
geniş və düzgün istifadə olunması), rasional qidalanmanın, gimnastikanın, düzgün gün 
rejiminin təşkili (yuxu, asudə vaxt, təlim prosesi) və fiziki aktivlik uşaqların sağlam həyat 
tərzi keçirmələrini təmin edir. Fiziki inkişafa böyük, kiçik və hissi (sensor) motor 
hərəkətlərinin inkişafı daxildir. Təhlükə və çətinliklərə hazırlıq, yol hərəkəti qaydaları, 
ekstremal vəziyyətlərdə və təhlükəli situasiyalarda necə hərəkət etmək haqqında ilkin 
təsəvvürlərin formalaşdırılmasına, məişətdə ehtiyatlı, küçədə mədəni davranmaq, təbii 
hadisələr və yanğın zamanı vəziyyətdən çıxmaq qaydalarının mənimsənilməsinə imkan 
yaranır. 
İdrakın inkişafı. İdraki inkişafın məqsədi uşağın idraki maraqlarının, tələbat və 
bacarıqlarının, onun emosional-hissi təcrübə əsasında elementar tədqiqatçılıq 
fəaliyyətinin formalaşdırılmasıdır. Sensor, nitq inkişafı, idraki qabiliyyətlərin (müqayisə 
etməyi, fərqləndirməyi, ümumiləşdirməyi bacarmaq), ətraf aləm haqqında ilkin 
təsəvvürlərin və anlayışların, əşyəvi fəaliyyətin, dərketmə tələblərinin formalaşdırılmasının 
(informasiya almaqda tələb, təlim zamanı fəallıq, ətraf aləmin dərk edilməsində 
müstəqillik) bünövrəsi bu dövrdə qoyulur. Uşaqlar təmasda olduqları əşyaların adlarını, 
əlamətlərini, necə hərəkət etmək lazım olduğunu düzgün ifadə etmək, bu istiqamətdə 
məntiqi mühakimə yürütmək, düzgün, sadə ümumiləşdirmələr aparmaq, əqli nəticəyə 
gəlmək kimi qabiliyyətlər nümayiş etdirirlər. İdrak üzrə uşağın yerinə yetirdiyi tapşırıqlar 
onların məntiqi mühakimə yürüdə bilmək bacarıqlarını, intuisiyasını, məkan və zaman 
haqqında təsəvvürlərini genişləndirir. Riyazi tapşırıqların həlli zamanı uşaqlarda induksiya 
və deduksiya, təhlil və tərkib, təsnifetmə və sistemləşdirmə, ümumiləşdirmə kimi 
qabiliyyətlər inkişaf edir. Beləliklə, tənqidi, məntiqi, yaradıcı təfəkkürün inkişafı təmin 
olunur. 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin