Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   34   35   36   37   38   39   40   41   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

Tətbiqetmə - qazanılmış bilik və bacarıqların tətbiq edilməsidir. Uşaqlar əldə etdikləri 
bilik və bacarıqları möhkəmləndirir və bunların praktik əhəmiyyəti artır. Tətbiq etmək 
məqsədilə uşaqlara praktik tapşırıq verilir. Məktəbəqədər yaş dövründə əsas fəaliyyət 
növü oyun olduğu üçün tətbiqetmə zamanı mövzuya uyğun oyundan istifadə edilməsi 
məqsədəmüvafiqdir. 
 
 


47 
3. 
Uşaq inkişafının dəyərləndirilməsi 
Uşaq inkişafının dəyərləndirilməsi onun inkişafı və təlimi haqqında ailəni 
məlumatlandırmaq, müəssisədəki inkişafetdirici mühiti davamlı şəkildə qiymətləndirmək 
və təhsilalanın bilik, bacarıq və vərdişlərini dəyərləndirmək məqsədilə aparılır. İnkişafın 
dəyərləndirilməsi hər bir uşağa fərdi qaydada tətbiq edilir, onun nitq, hissi, böyük və kiçik 
motor bacarıqlarında inkişaf səviyyələrini, yaxud inkişaf ləngimələrini, görmə və eşitmə ilə 
bağlı problemlərini müəyyənləşdirmək üçün istifadə edilir.
Dəyərləndirmənin nəticələri uşağın həm yüksək, həm də aşağı səviyyədə olan 
bacarıqlarını müəyyənləşdirir. Bunun nəticəsində faydalı fərdi təlim planlaşdırılır və 
həyata keçirilir. 
Dəyərləndirmə tətbiq edildiyi mərhələdən asılı olaraq diaqnostik (ilkin) 
dəyərləndirmə  inkişafın izlənilməsi kimi hissələrə bölünür.
Diaqnostik 
dəyərləndirmə təlimin ilkin mərhələsində uşağın bilik və bacarıq 
səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik dəyərləndirmə inkişaf məqsədləri və 
strategiyalarda çevik dəyişikliklərin aparılması və təlimin planlaşdırılması üçün şərait 
yaradır. Diaqnostik dəyərləndirmə uşağın marağı, dünyagörüşü, yaşadığı mühit haqqında 
məlumat almağa imkan verir. Diaqnostik dəyərləndirmə zamanı toplanan məlumatlar 
uşağın inkişafının izlənilməsi və müqayisələrin aparılması üçün indikatorlar (göstəricilər) 
yaradır. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin