Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   37   38   39   40   41   42   43   44   45
mektebeqeder tehsil proqrami-kurikulum

 
 
 
 
 
 
Qeyd: Uşaq inkişafının izlənilməsinin aparılması üçün meyarlar tərbiyəçi-müəllim tərəfindən 
müəyyənləşdirilir. 
Nəticədə bütün məlumatlar tərbiyəçi-müəllimin işinin planlaşdırılması üçün istifadə 
olunur. 
Dəyərləndirmənin metodları 
Dəyərləndirmə zamanı aşağıdakı metodlardan istifadə olunur: 

müşahidə;

müsahibə; 

şifahi sorğu; 

fəaliyyət məhsullarının təhlili; 

portfolio. 
Uşaqlar təlim nailiyyətlərini müxtəlif yolla nümayiş etdirirlər. Seçilmiş vaxt, uşağın 
əhvali-ruhiyyəsi, verilən sualların xarakteri, məzmun ilə uşağın tanışlığı, onun təlim dilini 
asanlıqla başa düşməsi nəticələrə əhəmiyyətli dərəcədə təsir göstərir.
İnkişafa dair yekun hesabat məktəbəqədər yaş dövründə iki dəfə - 3 yaşın və 
məktəbəqədər təhsilin sonunda uşaq inkişafının qiymətləndirilməsi məqsədilə hazırlanır.
Y
ekun hesabatda məktəbəqədər təhsilin sonunda uşağın inkişafının səviyyəsi müəyyən 
edilir. 
Uşaq bu hesabatla növbəti mərhələyə qədəm qoyur. Lakin uşaqların ümumi təhsil 
müəssisəsinə qəbulu zamanı onların inkişafına dair yekun hesabatın nəticələri əsas 
götürülmür. 


49 
İnkişafa dair yekun hesabat (Nümunə) 
 
Uşağın soyadı, adı və atasının adı
______________
Uşağın yaşı _____________________________________________________________ 
Məktəbəqədər təhsil müəssisəsi _____________________________________________ 
Tərbiyəçi-müəllimin soyadı və adı
__________________________________ 
 
Məktəbəqədər yaş dövründə Əlinin (ad şərtidir) həm fiziki, həm psixofizioloji inkişafı 
sürətlə gedir. Əli məktəbəqədər təhsil müəssisəsinə gəldiyi müddətdə boyunun, çəkisinin 
artmasında nəzərə çarpacaq dəyişiklik baş vermişdir. O diqqəti cəlb etməyi xoşlayır. 
Bununla yanaşı, onun nitqi, böyüklərlə və həmyaşıdları ilə ünsiyyəti normaldır. Oyun 
oynayarkən uşaqlarla düzgün davranır, oyunda çox zaman keçirməyi, təqlid etməyi 
xoşlayır. Əşyalarla və quraşdırma oyunlarında qavrayışı, hafizəsi, təxəyyülü, təfəkkürü və 
hərəki qabiliyyəti yaxşı inkişaf etmişdir. Yoldaşları ilə əməkdaşlıq etməyi, oyuncaqlarını 
paylaşmağı xoşlayır. Digərlərinə qarşı mehribandır. Qrup otağında başqalarına kömək 
etməyi sevir. Kollektivdə davranış qaydalarına əməl edir. Fikrini ifadə edə bilir. Fiziki 
hərəkətləri düzgün icra edir. Həyatına və sağlamlığına təhlükə yarada biləcək 
hadisələrdən qorunma qaydalarını bilir. Eşitdiyi fikirləri şərh edir.
Təsviri, musiqi və konstruktiv fəaliyyətdə passivdir, bayram və əyləncələrin, 
səhnəciklərin göstərilməsində iştirak etmir. Məkan və zaman anlayışlarından düzgün 
istifadə etməkdə çətinlik çəkir. Öz işi ilə məşğul olarkən yoldaşlarının gördüyü işlər onun 
diqqətini yayındırır.
Əli ilə məşğul olarkən məkan və zaman anlayışlarını fərqləndirmək, hərəkətlərinin 
ardıcıllığını göstərmək vacibdir. Onu yaradıcı fəaliyyətlərə cəlb etmək faydalı olar. Diqqət 
konsentrasiyası tələb edən tapşırıqların icrasına yönəltmək lazımdır. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin