Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   37   38   39   40   41   42   43   44   45
mektebeqeder tehsil proqrami-kurikulum

Tezaurus 
 
Məktəbəqədər təhsil - məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi 
inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun 
nəticəsi.
Məktəbəqədər təhsil müəssisəsi - məktəbəqədər təhsilin dövlət standartlarına 
uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını 
və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsi.
Məktəbəqədər təhsilin dövlət standartı - uşaqların, ailənin, cəmiyyətin və dövlətin 
tələbatına uyğun olaraq, elmi-pedoqoji prinsiplər əsasında hazırlanan, məktəbəqədər təhsil 
sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusu. 
Məktəbəqədər təhsildə diferensiallaşdırma - təhsil prosesində uşaqların fərdi 
x
üsusiyyətləri, maraq və tələbatları, fiziki və əqli inkişaf səviyyələri, psixofizioloji 
xüsusiyyətləri nəzərə alınmaqla təlimin təşkil olunması. 
Məktəbəqədər təhsildə qiymətləndirmə - uşaqların əqli, fiziki inkişafı və təhsil 
nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesi. 
Məktəbəqədər təhsil proqramı (kurikulum) - təlim nəticələri və inkişaf sahələri üzrə 
məzmun standartlarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və 
monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi. 
Məktəbəqədər təlim - məktəbəqədər yaşlı uşaqlarda bilik, bacarıq, vərdiş və 
səriştələrin, mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiqetmə bacarığının əldə edilməsi 
və təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş proses.
Məzmun standartı - təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbi. 
Motivasiya - 
məşğələnin vacib komponenti olmaqla, uşaqların idrak fəallığına təkan 
verən proses. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin