7
işlərin aparılması zəruridir:
- o
yuncaqlarla oyunların təşkili;
- u
şağın sensor və hərəki
fəaliyyətini inkişaf etdirən,
şən əhvali-ruhiyyə yaradan
oyunların təqdim olunması;
- sevimli (
üstünlük verilən) oyuncaqların əhatəsinin genişləndirilməsi;
- o
yun prosesində uşaqların lüğətinin hərəkət və fəaliyyət bildirən sözlər hesabına
zənginləşdirilməsi.
Əmək fəaliyyəti. Məktəbəqədər yaşlı uşağın əsas fəaliyyət növü oyundur.
Ancaq
təlim-tərbiyə işini elə qurmaq lazımdır ki, bu yaşda uşaqda oyunla yanaşı əməklə məşğul
olmaq tələbatı da formalaşsın. Məktəbəqədər yaşlı uşaqlar böyüklərın
əməyinə hələ
körpə yaşlarından böyük
maraq göstərir, uşaq oyunlarında, məişətdə onları təqlid edir və
özləri də nə isə düzəltməyə səy göstərirlər. Uşaqlarda
əməyə müsbət münasibət,
bacarıq və vərdişlərin yaranması üçün böyüklərın nümunəsi, onların əmək fəaliyyəti ilə
bilavasitə təmasda olması mühüm əhəmiyyət kəsb edir.
Uşaqlarda əməyə maraq
oyatmaq
məqsədilə aşağıdakı işlərin aparılması zəruridir:
-
əmək fəaliyyəti üçün lazım olan həyati və məişət əşyalarının
göstərilməsi və
adlandırılması;
-
gündəlik təsərrüfat-məişət əməyinin yollarının göstərilməsi;
-
oynadıqdan sonra oyuncaqların yığışdırılmasının öyrədilməsi;
-
özünəxidmət bacarıqlarının formalaşdırılması.
Dostları ilə paylaş: