Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   2   3   4   5   6   7   8   9   10   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

Bədii fəaliyyət. Bədii fəaliyyət prosesində uşaqda yaradıcı təxəyyül, təfəkkür, 
ünsiyyət bacarıqları, digər insanların mövqeyini qəbul etmək bacarığı yaranır və inkişaf 
edir. Təbiətdə, ətraf mühitdə, insanların hərəkətlərində, geyimdə gözəlliyi görmək 
bacarığını tərbiyə etmək, yaradıcı qabiliyyəti (musiqi duyumu, təsviri fəaliyyət) inkişaf 
etdirmək məqsədəuyğundur. Yaradıcılıq şəxsiyyətin mənəvi inkişafında, insani hisslərin 
təkmilləşməsində mühüm rol oynayır. Bununla əlaqədar aşağıdakı işlərin aparılması 
zəruridir:

uşağın bədii fəaliyyətdəki iştirakını təmin etməklə incəsənət əsərlərinin 
qavranılması;

incəsənət əsərlərinə emosional münasibətin təzahürü üçün şəraitin yaradılması;

böyüklər tərəfindən oxuma, rəsmlərin çəkilməsinə və s. uşaqların diqqətinin cəlb 
edilməsi;

uşaqların böyükləri təqlid etməyə həvəsləndirilməsi, hər hansı fəaliyyətin birlikdə 
icra
edilməsi. 
Təlim. Həyatının ikinci ilində uşağın oyun və məşğələlərinin ahəngdar təşkili onda 
musiqiyə, bədii sözə emosional həssaslıqla yanaşmaq qabiliyyətini təkmilləşdirir. 



Didaktik oyuncaq və materiallarla keçirilən məşğələlərdə əşyalarla fəaliyyət prosesində 
uşaqlarda hissetmə mədəniyyəti formalaşır. Məkanla daha geniş tanışlıq fəal marağı 
gücləndirir, sensor inkişafı zənginləşdirir, ümumi hərəkətlərin rəngarəngliyini inkişaf 
etdirir. 
Bununla əlaqədar aşağıdakı işlərin aparılması zəruridir:

əldə edilmiş bilik və bacarıqların möhkəmləndirilməsi
- s
adə əşyalar vasitəsilə müxtəlif hərəkətlərin yerinə yetirilməsi; 

yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi; 

əşyalar vasitəsilə müxtəlif ölçülərin (böyük, kiçik) öyrədilməsi. 
Mədəni davranış vərdişlərinin aşılanması. Məktəbəqədər təhsil müəssisələrində, 
həmçinin ailələrdə mədəni davranış vərdişlərinin erkən yaşlardan aşılanması məqsədilə 
bu yaş dövründə aşağıdakı işlərin aparılması zəruridir: 

norma və qaydalara uyğun sadə mədəni davranış vərdişlərinin formalaşdırılması; 

böyüklərin nitqinin dinlənilməsi, sadə suallara cavab alınması, “olar”, “olmaz”, 
“sağ ol” sözlərinin mahiyyətinin başa düşülməsi və yerində işlədilməsinə nail olunması. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin