Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu


- 3 yaşlı uşaqların fəaliyyət növləri üzrə inkişafı



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   4   5   6   7   8   9   10   11   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

2-
3 yaşlı uşaqların fəaliyyət növləri üzrə inkişafı.
Əşyəvi-manipulyativ fəaliyyət. Erkən yaşlı uşaqlar əsasən ünsiyyət, oyun və 
əşyəvi-manipulyativ fəaliyyətlərə cəlb olunur. Buna görə bu fəaliyyətlər əsasında hansı 
bacarıqların formalaşmasına imkan yaradılacağı dəqiq bilinməlidir. Ünsiyyət, əşyəvi-
manipulyativ f
əaliyyətlər uşağı dili fəal mənimsəməyə aparır və onu oyuna hazırlayır. 
Əşyalarla fəaliyyətin təsiri altında ünsiyyət və oyun zamanı uşaqlarda təfəkkür, yaddaş, 
duyğu və digər idraki proseslər inkişaf edir. Bu istiqamətdə aşağıdakı işlərin aparılması 
zəruridir:

ətraf mühitdəki həm sosial, həm də təbiət obyektləri ilə tanışlıq, onlarla davranma 
yollarının göstərilməsi, uşağın əşyalarla, oyuncaqlarla fəaliyyətə həvəsləndirilməsi, 
perseptiv fəaliyyətin formalaşdırılması; 
- uşağın manipulyativdən əşyəvi fəaliyyətə, sonra isə alət fəaliyyətinə keçidə 
həvəsləndirilməsi; 

qeyri-
ixtiyari idraki proseslərə və ixtiyarilik üzərində emosionallığın üstünlüyünə 
əsaslanaraq uşağın idraki tələbatının dəstəklənməsi və stimullaşdırılması. 
Ünsiyyət. Bu dövrdə fiziki inkişafın intensivliyi azalsa da, ətrafdakılarla 
münasibətdə əsaslı dönüş baş verir. Fəaliyyətlərin müxtəlifliyindən və məşğələlərin 
xarakterindən asılı olaraq, onlar nitq fəaliyyətinin müxtəlif formalarına cəlb olunurlar. 
Əvvəlki yaş dövrünə nisbətən ətrafdakılarla canlı ünsiyyətə - dialoqa girir, danışanı 
dinləməyə, eşitdiklərini başa düşməyə, sual verməyə, “Bu nədir?”, “Nə vaxt?”, 
“Harada?”, “Nə üçün?” suallarına cavab verməyə çalışır. Erkən yaşlı uşaqlar tərbiyəçi-
müəllimlərin nəzarəti ilə sosial mühitə uyğunlaşmağı, başqaları ilə qarşılıqlı əlaqə 



saxlamağı və ünsiyyət qurmağı öyrənirlər. Bu istiqamətdə aşağıdakı işlərin aparılması 
zəruridir: 

təhlükəsiz ünsiyyət dairəsinin genişləndirilməsi: “yanında” qarşılıqlı fəaliyyətdən 
“birlikdə” qarşılıqlı fəaliyyətə keçid; 
- emosional-işgüzar ünsiyyətin tələbatına uyğun olaraq uşağın müraciətininin
cavablandırılması; 
- ətraf mühit barədə danışmaq xahişinin dəstəklənməsi və cavablandırılması, 
digər uşaqlarla ünsiyyət qurmaqda uşağa yardım edilməsi; 
- ünsiyyət prosesində müsbət emosiyaların yaranması üçün şəraitin yaradılması.
Oyun
. Oyun vasitəsilə uşaqlar fikirlərini və başa düşdüklərini ifadə edirlər. Onlar 
problemlərin həlli, sosial oyunlar və ünsiyyət zamanı bacarıqlarını tətbiq edirlər. Oyun 
təcrübələri uşaqların kommunikativ, idraki, motor bacarıqlarının olmasından xəbər verir. 
Öz bacarıqlarından xəbərdar olan və oyunlarda axtarışı sevən uşaqlar hər hansı problemin 
həllini tapmaqda daha yaxşı nəticə göstərirlər. Bu istiqamətdə aşağıdakı işlərin aparılması 
zəruridir: 

oyun fəaliyyətinin formalaşdırılması; 
- f
ərdi oyunlardan birgə oyuna keçidin təmin olunması; 

emosional reaksiya üçün şəraitin təşkil edilməsi, oyunda iştirak etmək arzusunun 
yaradılması; 
- müxtəlif oyun növlərinin mənimsənilməsinə yardım edilməsi; 
- müxtəlif oyun növlərində oyuncaqların və digər əşyaların istifadə üsullarının 
öyrədilməsi. 
Təlim. Erkən yaş dövründə təlimin oyun-məşğələ formasında keçirilməsi 
məqsədəuyğundur. Oyun-məşğələlər uşağın vaxtında və ahəngdar inkişafına kömək edir. 
Bunlar elə bacarıqların formalaşmasına yönəldilir ki, həmin bacarıqlar uşağın müstəqil 
oyun prosesində böyüklərin təsiri olmadan baş verə bilməz. Bu və ya digər bacarıqlar 
uşaqlar tərəfindən mənimsənildikcə məşğələlər tədricən mürəkkəbləşdirilir. Bu istiqamətdə 
aşağıdakı işlərin aparılması zəruridir: 

sensor inkişaf (birgə oyun və təlim prosesində əşyanın forma, rəng, ölçü, az və çox 
anl
ayışlarının müəyyənləşdirilməsi, 2-3 əlamətinə görə əşyaların qruplaşdırılması), nitq 
inkişafı və ətraf aləm haqqında ilkin təsəvvürlərin formalaşdırılması; 

əsas hərəkətlərin (yeriş, qaçış, tullanma, sürünmə və s.) inkişaf etdirilməsi. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin