MÜHAZİRƏ 8.
1.16.Su buxarı.
Buxarlardan, xüsusi ilə də su buxarından texnikada geniş istifadə olunur. Məsələn, buxar-güclü qurğularda işçi cisim kimi, istiləşdirmə, qurutma və s. proseslərdə istilik daşıyıcı kimi su buxarından istifadə olunur. Onun istilik-fiziki xassələri 150 ildən artıq bir müddətdir ki, tədqiq olunur. Tədqiqtlarda alınan nəticələr əsasında müvafiq cədvəllər və diaqramlar qurulur. Mayenin qızdırılıb buxara çevrilmə prosesi buxarlanma diaqramında göstərilmişdir.
Tutaq ki, 00C temperaturda 1 kq maye vardır. Baxılan təzyiqdə həmin mayeyə istilik verməklə, onu qızdırırıq. Baxılan təzyiqə uyğun temperatura çatdıqda o, qaynamağa başlayacaq (“a” nöqtəsi). Mayenin qızmasına sərf olunan istilik
Mayelər üçün temperaturun geniş intervalında ( qaynama ts temperaturuna qədər) qəbul etmək olar, odur ki doyma istiliyi
(1.83) ifadəyə əsasən q-t diaqramında mayenin qızma prosesi koordinat başlanğıcından keçən düz xətlə təsvir olunur (0a parçası). “a” nöqtəsində olan maye doymuş maye adlanır.
Dostları ilə paylaş: |