Real (özlülü) maye üçün özlülüklə əlaqədar olaraq daxili sürtünmə qüvvələridə nəzərə alınmalıdır.
Maye təbəqələri müxtəlif sürətlə hərəkət etdiyindən, təbəqələr arası sürtünmə gərginliyi “s” əmələ gəlir.
Nyuton qanununa görə sürtünmə gərginliyi sürət qradienti ilə düz mütənasibdir:
Burada - dinamiki özlülük əmsalıdır;
n – mayenin hərəkət istiqamətinə çəkilən normaldır;
∂ω/∂n – sürət qradientidir.
Özlülü mayenin yastı laminar axınına baxaq. Belə axında sürtünmə qüvvələri yalnız elementin yan səthlərində əmələ gəlir. Sol yan səthin yaxınlığında maye hissəcikləri daha kiçik sürətlə hərəkət edir, nəinki elemendin özündə, odur ki, sdxdz sürtünmə qüvvəsi hərəkətə əks istiqamətdə yönəlib. Sağ yan səthin yaxınlığındakı hissəciklər daha böyük sürətlə hərəkət edir, nəinki elementin daxilindəki hissəciklər, odur ki
sürtünmə qüvvəsi hərəkət istiqaməti üzrə yönəlib.
Bu qüvvələrin əvəzləyicisi
Odur ki,
- birölçülü hərəkətin tənliyi.
Sürət üç istiqamətdə dəyişdikdə, həcmi dV olan paralelepipedə təsir edən özlülük sürtünmə qüvvələrinin əvəzləyicisinin x oxuna proyeksiyası bərabər olar
Özlülük =const olduqda
Hər üç qüvvəni: ağırlıq, təzyiq və sürtünmə qüvvələrini toplasaq, özlülü mayenin hərəkət tənliyini əldə edərik
Konvektv istilikmübadilə, enerji və hərəkət tənliklərinə dörd məchul daxildir: α, t, və p. Odur ki, sistem hələ də qapalı deyil.
Dostları ilə paylaş: |