Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan universiteti


Dövlətin xarici funksiyasının anlayışı və əlamətləri



Yüklə 33,36 Kb.
səhifə6/7
tarix09.04.2022
ölçüsü33,36 Kb.
#55040
1   2   3   4   5   6   7
Həmayıl konstitusiya

Dövlətin xarici funksiyasının anlayışı və əlamətləri.

Xarici funksiyalar beynəlxalq aləmdə dövlət fəaliyyətinin əsas istiqamətlərini özündə təcəssüm etdirir. Onlar dövlətin aşağıdakı vəzifələrini həll etməyə xidmət edir, başqa dövlətlərlə normal münasibətlər müəyyən edilməsi və saxlanması mümkün xarici təcavüzdən ölkənin müdafiəsinin təmin edilməsi. Göstərilən vəzifələrə uyğun olaraq, dövlətin iki əsas xarici funksiyası fərqləndirilir: dünya birliyinin başqa bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq və xarici hücumdan ölkənin müdafiəsi. Xarici funksiyalar dövlətlərarası, həmçinin dövlətlə beynəlxalq və regional təşkilatlar arasındakı münasibətlərin tənzimlənməsində ifadə olunmaqla dövlətin xarici siyasətinin əsas istiqamətlərin əks etdirir. Dövlətin digər dövlətlər və beynəlxalq təşkilatlarla xarici əlaqələrini həyata keçirən orqanlar dövlətdaxili və xarici orqanlara ayrılır. Daxili orqanlar daim həmin dövlətin ərazisində fəaliyyət göstərən xarici əlaqə orqanlarıdır. Bu orqanlar öz növbəsində iki növə ayrılır:

1) dövləti bütün məsələlər üzrə təmsil edən orqanlar;

2) dövləti hər hansı bir sahə üzrə təmsi edən orqanlar. Birinci qrupa dövlət başçısı, hökumət və xarici işlər nazirliyi daxildir.



Dövlət başçısı, hökumət başçısı və xarici işlər naziri həmin dövləti onun xarici əlaqələrində bütün məsələlər üzrə ex officio (yəni vəzifəsinə görə) təmsil edir. Azərbaycan Respublikası Konstitusiyasına görə, Azərbaycan Respublikasının Prezidenti «ölkənin daxilində və xarici münasibətlərində Azərbaycan dövlətini təmsil edir» (8-ci maddənin 1 hissəsi). 109-cu maddəyə əsasən, Prezident «Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır (15-ci bənd); xarici ölkələrin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir (16-cı bənd); dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır (17-ci bənd); Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır (30-cu bənd). Azərbaycan Respublikasının Hökuməti xarici siyasətin həyata keçirilməsinin təmin edilməsi üzrə tədbirlər həyata keçirir. Hökumətlərarası və dövlətlərarası müqavilələr müvafiq 23 olaraq baş nazir və nazirlik və ya idarə başçısı tərəfindən imzalanır və Hökumət tərəfindən təsdiq olunur. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bilavasitə xarici əlaqələri həyata keçirən əsas orqandır və 2001-ci il iyunun 8-də qəbul olunmuş «Diplomatik xidmət haqqında» Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 9 aprel tarixli 660 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında» Əsasnamədə göstərilir ki, «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının başqa dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələrinə rəhbərlik edən dövlət idarəetmə orqanıdır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsi, Azərbaycan Respublikasının xarici əlaqələr sahəsində işinin təşkili və vəziyyətin üçün məsuliyyət daşıyır». Parlamentə gəldikdə isə, qeyd etmək lazımdır ki, xarici siyasət məsələlərində bu orqan əslində mühüm rol oynayır. Parlamentlər bu və ya digər aktual beynəlxalq məsələlərə öz münasibətini bildirir, digər ölkələrin parlamentlərinə müraciət qəbul edir, beynəlxalq parlament təşkilatlarının (məsələn, Avropa parlamentinin, Avropa Şurasının Parlament Assambleyasının və s.) işində iştirak edirlər. Buna baxmayaraq, parlament beynəlxalq münasibətlərdə dövlətin təmsilçisi kimi çıxış etmir. O, dövlət adından müqavilələr bağlamaq səlahiyyətinə malik deyildir. Parlament nümayəndələrinin verdikləri bəyanatlar müvafiq dövlət üçün beynəlxalq öhdəliklər doğurmur. Xarici əlaqələr həyata keçirən dövlətdaxili orqanların ikinci qrupuna, əsas etibarilə, Azərbaycan Respublikasının nümayəndəsi, İqtisadi inkişaf Nazirliyi (Xarici investisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamenti), Dövlət gömrük komitəsi və b. aiddir. Digər nazirlik və idarələr də dövlətdaxili qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində dövləti onun xarici əlaqələrində təmsil edirlər. Xarici orqanlar dövlətin ərazisindən kənarda yerləşən və dövlətin özünün, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafelərini həyata keçirən dövlət orqanlarıdır. Bu orqanlar öz nöbəsində aşağıdakı növlərə bölünür: Daimi; dövlətin diplomatik nümayəndəlikləri, konsulluq nümayəndəlikləri, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri; Müvəqqəti; təntənəli tədbirlərdə, danışıqlar aparılmasında və s. iştirak etmək üçün digər dövlətlərə göndərilən xüsusi missiyalar, beynəlxalq konfranslarda və ya beynəlxalq orqanların işində iştirak etmək üçün göndərilən nümayəndə heyətləri və b.

Dövlətlərarası əməkdaşlığın beynəlxalq səviyyədə təşkili çoxqatlı bir hadisə və demək olar ki, mürəkkəb struktura malik olan proseslərdir. Dövlətlər arasında qurulan əməkdaşlıq nəticəsində həm regional, həm də beynəlxalq səviyyədə müxtəlif müqavilələr bağlanır, təşkilatlar yaradılır, dövlətlərin fəaliyyəti həmin təşkilatlar vasitəsilə koordinasiya olunur və bu fəaliyyət bütün dünya ictimayyəti üçün əhəmiyyətə malik olan məqsədyönlü fəaliyyətə çevrilir. Həmin münasibətlərin ən ümumi səviyyədə koordinasiya isə BMT, onun ixtisaslaşdırılmış təşkilatları səviyyəsində həyata keçirilir. Dövlətin digər dövlətlərlə əməkdaşlıq funksiyası yuxarıda qeyd olunan sahələrlə yanaşı demoqrafik problemlərin həll edilməsi, xammalın əldə olunması, enerci istehsalı, cinayətkarlıqla mübarizə, kosmik tədqiqatların aparılması, ekosistemin qorunması və s. sahələr üzrə fəaliyyəti də əhatələyir. Həmin sahələr üzrə qlobal xarakterli problemlərin meydana gəlməsi onların həll edilməsi üçün dövlətlərarası əməkdaşlığın xüsusi qaydada həyata keçirilməsini zəruri edir.




Yüklə 33,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin