7.Təhsilalanların biliklərinin qiymətləndirilməsi
və balların verilmə qaydaları
AKTS tələblərinə əsasan hər bir təhsilalanın fənn üzrə semestr ərzində toplaya biləcəyi balların ümumi miqdarı 100-ə bərabərdir: İlk 50 bal təhsilalanların semestr ərzində fənn üzrə müvəfəqiyyət göstəricilərinə; digər 50 bal isə semestr imtahanın nəticələrinə görə müəyyən edilir.
7.1 Təhsilalanın imtahanaqədərki biliyinin ballarla qiymətləndirilməsi:
Fənn üzrə semestr imtahanına qədərki ilk 50 bal aşağıdakı kriteriyalar üzrəmüəyyən olunr:
fənnin xarakterinə uyğun olaraq müəllim tərəfindən dərslərdə cari fəallığa görə 0-20 bal;
sərbəst yaradıcılıqişlərinin yerinə yetirilməsinə görə 0-10 bal;
davamiyyətə görə 0-10 bal;
fənn üzrə kurs işinin (əgər nəzərdə tutulubsa) müdafiəsinə görə0-10 balverilir.(Əgər fənn üzrə kurs işi nəzərdə tutulmayıbsa, onda həmin 10 bal cari fəallığa görə müəyyən edilmiş 20 bala əlavə edilir).
Tələbənin məşğələdəki hər bir cavabı 0-10 ballıq sistem üzrə qiymətləndirilir.
Semestr ərzində 3 dəfə - V, X, XV həftələrin sonunda hər birinin nəticəsi 0-10 balla qiymətləndirilən kollokviumlar keçirilir. Hər fəndən tələbənin minumum 3 cavabı, yəni 3 qiyməti olmalıdır. Semestrin sonunda fəallığa görə toplanan balların cəmi tapılır, cəmdən alınan rəqəm cavabların sayına bölünür, bölünmədən alınan rəqəm dərslərdə fəallıq 30 bal olduğundan 3-ə vurulur.
Dostları ilə paylaş: |