AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ
«Humanitar elmlər» kafedrası
«MÜLKİ HÜQUQ»
fənni üzrə
P R O Q R A M
(Bakalavr dərəcəsi alanlar üçün)
Azərbaycan Respublikası Təhsil
Nazirinin 30.04.2014-cü il tarixli,
520 saylı əmri ilə təsdiq edilmişdir.
Bakı – 2014
2
Proqram Bakı Biznes Universitetinin Tədris–Metodik
Şurasının 25.12. 2014-cü il tarixli 4 saylı protokolu ilə təsdiq
edilmişdir.
Tərtib etdi:
b/m K.T.Hüseynova
Elmi redaktor:
h.ü.f.d. N.İ.Abbasov
Rəyçilər: dos. Ə.S.Piriyev
h.ü.f.d. C.N.Cəfərov
3
GİRİŞ
Mülki hüquq böyük ictimai əhəmiyyətə və rola malik olan
elm sahəsidir. Bu, onunla izah edilir ki, mülki hüquq vətəndaş
cəmiyyətinin əsasını təşkil edən ictimai münasibətlərin əsas his-
səsini qaydaya salır və rəsmiləşdirir. Azərbaycan Respublika-
sında həyata keçirilən islahatların güddüyü əsas məqsədlərdən
biri vətəndaş cəmiyyəti qurmaqdan ibarətdir. Konstitusiyada bu
cür cəmiyyətin bərqərar edilməsinə nail olunması əsas niyyət-
lərdən biri kimi bəyan edilmişdir. İqtisadi azadlıq, çoxnövlü mül-
kiyyət, bazar münasibətləri, hakimiyyətin demokratik və legitim
xarakterə malik olması, şəxsiyyətin hüquqi cəhətdən etibarlı
müdafıəsi, hüquqi dövlət, hamının qanun və ədalət mühakiməsi
qarşısında bərabərliyi, siyasi və ideoloji plüralizm, dövlətin fi-
ziki şəxslərin şəxsi həyatına qarışmaması, vətəndaşların maddi
həyat səviyyəsini təmin edən səmərəli sosial siyasət, partnyor-
luq və s. istənilən hər hansı vətəndaş cəmiyyətinin əsasında du-
ran ümumi ideya və prinsiplərdir. Xüsusi mülkiyyət isə bu cə-
miyyətin əsasını təşkil edir.
Azərbaycan Respublikasının Mülki hüququ həm də, iqti-
sadi münasibətləri nizama salır. O, ayrı-ayrı şəxslər arasında
normal iqtisadi münasibətləri nizamlayır. Mülki hüquq ictimai
həyatdakı iqtisadi şəraiti hüquqi cəhətdən ifadə edir. Buna görə
də deyə bilərik ki, mülki hüquq sosial həyatın, iqtisadi münasi-
bətlərin əsası kimi çıxış edir.
Konstitusiyadan sonra öz əhəmiyyətinə görə ikinci qanun-
vericilik aktı olan həmin Mülki Məcəllə Azərbaycan Respubli-
kasının iqtisadi Konstitusiyasıdır.
Mülki Məcəllə bazar münasibətlərini, bütün mülkiyyət for-
malarının bərabərliyini istiqamətlənir və vətəndaş cəmiyyəti
ideyasını əks etdirir. Xüsusi hüquq olmadan nə sabit inkişaf et-
miş bazar, nə də əsl mülkiyyət institutunun mövcudluğu müm-
kündür. O, ölkənin sosial həyatının və iqtisadi münasibətlərinin
əsasıdır.
4
Mülki hüquq digər ölkələrin də hüquq sistemində aparıcı
rol oynayır. Hal-hazırda öyrədilən mülki hüquq sivil, qabaqcıl
və mütərəqqi xarakterə malikdir. Müasir ölkələrin mülki hüqu-
qu ilə Azərbaycan Respublikasının mülki hüququ arasında
ümumi, oxşar cəhətlər çoxdur.
Mülki hüquq sahəsində Almaniya sivilistika elminin nüma-
yəndələrinin (L.Ennekserus, V.Ermann, P.Koler, X.Broks,
D.Şvab, E.Klyunsinger, K.Larens, D.Medikus, Q.Muselyak,
M.Volf, Q.Vilinq və başqalarının) əsərləri mühüm elmi mənbə ro-
lunu oynamışdır. Yaponiya mülki hüquq elminin qabaqcıl və
görkəmli təmsilçiləri olan Sakae Vaqasuma və Toru Arüdzuminin
doktorinal (elmi) fikirləri bəzi məsələlərin aydınlaşdırılmasında
müəlliflərin köməyinə gəlmişdir. Bundan əlavə, sovet dövrünün
sivilist alimlərinin (O.S.İoffe, B.B.Çerepaxin, A.V.Venediktov,
O.A.Krasavçikov, V.P.Qribanov və başqalarının), habelə müasir
Rusiya müəlliflərinin (J.K.Tolstoy, A.P.Sergeyev, V.A.Tarxov,
V.F.Yakovlev, Y.A.Suxanov və başqalarının) əsərləri də bu
sahənin öyrənilməsində böyük rol oynamışdır.