Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 0,97 Mb.
səhifə33/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   29   30   31   32   33   34   35   36   ...   46

Rusiya üçün Avrasiya anlayışı

“Tarixin coğrafi oxu” adlı məqaləsində X. Makinder yazırdı ki, tarixin coğrafi oxu Avrasiyadan keçir. İki geosiyasi xətti üzrə - Dneprin axarı boyu Baltik və Qara dəniz hövzəsinə və Volqa çayı vasitəsilə Xəzərə, oradan isə Qafqaza və Orta Asiyaya doğru rusların həmin coğrafi oxun istiqaməti ilə Xəzər dənizi hövzəsinə gəlişi, regionda geosiyasi mövqelərini möhkəmləndirməyə başlaması Moskva

knyazlığının getdikcə güclənməsi və IV İvanın çarlığı illərində ətraf ərazilərin zəbt olunması dövrünə təsadüf edir. 1552-ci ildə Moskva knyazlığının qoşunları Kazan şəhərini, 1556-cı ildə isə Həştərxanı ələ keçirərək, Volqa çayının axarı boyu Xəzər dənizinin şərq sahillərini işğal edir. Xəzərin şərq hövzəsinə çıxan ruslar burada yeni bir geosiyasi əhatə - İran və Türkiyə ilə qonşuluq şəraitində yaşamaq və “öz cənub sərhədlərinin” təhlükəsizliyi ilə bağlı tədbirlər həyata keçirməyə başlayır. Həmin dövrdən etibarən rusların hərbi hissələri sırasında Cənub sərhədlərinin təhlükəsizliyi keşiyində dayanan kazak hərbi dəstələri yaradılır. I Pyotrun hakimiyyəti illərində Rusiya Ukrayna və Belarusun ərazilərini öz tərkibinə qataraq, Baltik və Qara dənizə çıxış əldə edir. Beləliklə, Rusiya getdikcə Avropanın əsas və aparıcı dövlətlərindən birinə çevrilir. Tədqiqatçılar I Pyotrun hakimiyyətə gəlməsindən ll Aleksandrın hakimiyyətinin sonuna qədərki dövrü (1682-1880) rus tarixinin geosiyasi dövrləşməsinin növbəti mərhələsi kimi dəyərləndirirlər. Həmin dövrdə Rusiya əhalisinin sayı, ərazisinin ölçüləri və digər strateji meyarlarına görə Avropanın güclü imperiyalarından biri olur.

Hazırda Rusiya üçün «Avrasiya» anlayışı əsasən MDB üzvlərini,Türkiyə və İranı əhatə edir. SSRİ dağıldıqdan, Sərqi Avropanın sosialist ölkələri nəzarətdən çıxdıqdan, dünya dövlətlərinə XX əsr boyu davam etmiş təsir mexanizimləri aradan qalxdıqdan sonra Rusiya öz xarici siyasəti qarşısında üç əsas vəzifə qoymuşdur ki, bunun da hər biri Avrasiya ilə bağlıdır:

─ABŞ, Avropa İttifaqı və NATO-nun Şərqə doğru hərəkətinin qarşısını almaq;

— keçmiş sovet məkanında Qərb dövlətlərinin müdaxiləsinə və yeni müstəqil dövlətlərin Qərbə meyillənməsinə mane olmaq;

─Rusiya Federasiyasının bütövlüyünü qorumaq,onun milli təhlükəsizliyini və dövlət maraqlarını bütün vasitələrlə təmin etmək.

Rusiya Cənubi Qafqaz istiqamətində uzun müddət etnik separatizim meyilərindın isifadə edərək, region ölkələrini öz təir dairəsində saxlamaq siyasətini ürütmüşdür. Bundan başqa kremil Cənubi Qafqaz ölkələrinin xüssən Azərbaycanın kənd təsrrüfatı məhsullarının ənənəvi bazarının məhz Rusiya olması, bu ölkələrin vətəndaşlarının müəyyən hissəsinin işçi qüvvəsi kimi məhz Rusiyada yaşamasını da bölgə ölkələrindəki siyasi həyata təsiri göstərmək mexanizmi kimi istifadə etməyə çalışır. Bundan başqa, Orta Asiya, Xəzər hövzəsi, Qara dəniz ətrafı və Cənubi Qafqazı itirməklə Rusiya bütün Avrasiyada, dünya enerji, nəqliyyat-kommunikasiya sistemində öz təsirini itirmiş olur.Odur ki, Rusiya bütün mümkün vasitələrlə öz həyatı maraqlarını təsir dairəsini Avrasiya subregionunda qorumağa və təmin etməyə çalışır. (Cədvəl - 18)


Müasir dünya və beynəlxalq münasibətlərini yeni tendensiaları dünya siyasətinədə Rusiyanın rolunu xeyli azaltsa da, Avrasiya regionundan onu sıxışdırmaq çox çətindir. Geostrateji və geosyasi xarakteristikasına görə dünyanın ən nəhəng dövlətlərindən hesab olunan bu ölkə zəngin təbii ehtiyyatalara malikdir. Rusiya öz enerji ehiyatları ilə təlabatını 100% ödədiyi halda,Yaponiya bu sahədə 82%, Almaniya və Fransa 50%, ABŞ 23% xarici aləmdən asılıdır. Eyni zamanda Rusiyanın nəhəng hərbı potensialı Avropaya, dünyanın istənilən quru, hava, su keçidlərinə çıxış imkanıları var.



MDB ölkələri Rusiya üçün əsas ixracat bazarıdır. Eyni zamanda Rusiyada da MDB ölkələrində istehsal olunan kənd təsərrüfat məhsulları üçün böyük bazar rolunu oynayır və mühüm əmək miqrasiyası məkanıdır. MDB ölkələrinin əhalisi azalmaqda olan Rusiyanın əmək ehtiyaclarının xeyli hissəsini ödəyir.


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin