Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Azərbaycanın qlobal dünya siyasətinə qatılması: BMT əlaqələri və Azərbaycanın Avropa Təhlükəsizlik və



Yüklə 0,97 Mb.
səhifə45/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   38   39   40   41   42   43   44   45   46

Azərbaycanın qlobal dünya siyasətinə qatılması: BMT əlaqələri və Azərbaycanın Avropa Təhlükəsizlik və


Əməkdaşlıq sisteminə inteqrasiyası
Mustəqil dövlət olaraq Azərbaycan, beynəlxalq huququn subyekti kimi muasir dunyanın bir hissəsidir. BMT, ATƏT, Avropa Şurası, İKT, MDB, GUAM, EKO, TDB və digər beynəlxalq və regional təşkilatların uzvudur. Bir sıra beynəlxalq konvensiyalara qoşularaq, sosial-mədəni baxımdan beynəlxalq strukturlara inteqrasiya xətti yürüdərək, ölkənin təhlukəsizlik mühitinə və beynəlxalq imicinə təsir göstərir. 1991 ci ildən Azərbaycan Respublikasının müstəqilliyini əldə etdikdən sonra milli təhlükəsizliyinin əsas məqsədləri, vəzifələri, metodlarının təşkili haq- qında muxtəlif dövlət qurumlarında müzakirələrə başlandı. 1993-2003 cu illərdəki ayrı-ayrı cıxışlarında Azərbaycan Respublikasının milli təhlukəsizliyinin əsasları, Konsepsiyaları öz əksini tapmışdır. Beləliklə, 2004-cü ildə “Milli təhlukəsizlik haqqında” qanun qəbul edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi Umummilli lider Heydər Əliyevin milli təhlukəsizlik təliminin əsas prinsiplərini, məqsəd və vəzifələrini əks etdirən, ölkənin Milli Təhlükəsizlik Konsepsiyasını yaradaraq “Milli təhlukəsizlik haqqında” qanun qəbul etmişdir. Konsepsiyada Azərbaycanın gələcəkdə hərbi və sərhəd doktrinasının, xarici siyasət və təhlükəsizlik strategiyasının, iqtisadi, ekoloji, informasiya və digər həyati əhəmiyyət kəsb edən sahələrin təhlükəsizliyi siyasətinin formalaşdırılmasının vahid prinsipləri müəyyən olunmuş, hər bir sahə üzrə ayrıca təhlükəsizlik konsepsiyasının hazırlanması tövsiyə edilmişdir.

Beynəlxalq hökümətlərarası təşkilat 24 oktyabr 1945-ci ildə, İkinci dünya müharibəsinin başa çatması ilə yaradılmış Birləşmiş Millətlər Təşkilatıdır (BMT). Dünyanın 50 ölkəsinin razılığı ilə yaradılmış BMT- nin Nizamnaməsi Təhlükəsizlik Şürasının beş daimi üzvü, həmçinin onu imzalayan əksər dövlətlər tərəfindən radikasiya edilərək, beynəlxalq təhlükəsizliyin və dövlətlərarası əməkdaşlığın inkişafının təmin edilmişdir. BMT-nin 190-dan çox üzvü vardır. Təşkilata yeni üzvlərin qəbulu Baş Assanbleyanın tövsiyələri əsasında həyata keçirilir.

Təşkilatın əsas məqsədi beynəlxalq təhlükəsizliyin və dövlətlərarası əməkdaşlığın inkişafının təmin edilməsidir. BMT dünyada yeganə təşkilatdır ki, beynəlxalq miqyasda müxtəlif fəaliyyət sahələri ilə bağlı məsələləri araşdırıb qərarlar qəbul etmək səlahiyyətinə malikdir. Bu təşkilatda təmsil olunan dövlətlər səs vermə hüquqlarından istifadə edərək müvafiq qərarlar verir. BMT-nin Nizamnaməsində üzv dövlətlərin hüquq və vəzifələri, təşkilatın fəaliyyət istiqamətləri, eləcədə beynəlxalq münasibətlərin əsas prinsipləri öz əksini tapır.

BMT-nin Nizamnaməsinə müvafiq olaraq təəşkilatın altı əsas orqanı Baş Assambleya Təhlükəsizlik Şurası, iqtisadi və sosial, Şura, Katiblik, Qəyyumluğa Dair Şuravə beynəlxalq Məhkəmə təsis edilmiş- dir. Həmçinin təşkilatın strukturuna müxtəlif sahələrlə məşğul olan 30- dan çox digər təşkilatda daxildir. Bu təşkilatlar BMT-nin əsas orqanları ilə birgə fəaliyyət göstərirlər. Beynəlxalq Əmək Təşkilatı, YUNESKO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Mülki AvrasiyaTəşkilatı və s. Kimi qurumların BMT-nin konkret sahələr üzrə fəaliyyət proqramlarının hazırlanmasında xüsusi rolu vardır. BMT-nin Təhlükəsizlik Şurası 15 dövlətdən ibarətdir. Onlardan beşi (ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya) daimi onu isə dəyişən üzvlərdir. Səsvermə məsələsində Şuranın hər bir üzvü bir səsə malikdir.

Səsvermə zamanı Şuranın daimi üzvü hansısa qərarın əleyhinə səs verərsə, bu veto vəziyyətinin yaranması deməkdir.

1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT-nin Təhlükəsizlik Şurası onun bu təşkilata üzv qəbul olunmasına tövsiyə etdi. Beləliklə, BMT Baş Assambleyesının 1992-ci il martın 2-də keçirilən 46-cı sesiyasında Azərbaycan Respublikasının BMT üzvülü- yünə daxil olunması barədə qətnamə qəbul edildi. Həmin gün Nyu- Yorkda BMT-nin mənzil qərargahına Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı.



BMT-nin üzvlüyünə qəbul olunması Azərbaycanın dünya dövlət- ləri ilə qarşılıqlı əlaqələrinin qurulmasınıa mühüm təsir göstərək, bey- nəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində əhəmiyyətli rol oy- nadı. Özünün xarici siyasətində əsas tutan Azərbaycan BMT ilə əməkdaşlığın hər tərəfli şəkildə inkişaf etdirilməsi üçün ardıcıl addımlar atır.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin