Saxsı məmulatı istehsalında tətbiq edilən əmək alətləri arasında başlıca yeri dulus çarxı tutmuşdur. Onun «əl» və «ayaq»çarxı olmaqla, iki növünə təsadüf edilir.
Yuvarlaq şəkildə olan əl çarxının üst səthi hamar, alt üzü isə qabarın formada olmaqla
çıxıntılı düzəldilirdi. Əl çarxının itmil formalı mərkəz çıxıntısı onu fırlatmaq üçün ox rolunu
oynamışdır.
Azərbaycanın dulusçuluq sənəti mərkəzlərində ayaq çarxının yastı və konusvarı olmaqla,
iki forması geniş yayılmışdır.
Dulus ustaları iş prosesində ağacdan düzəldilmiş müxtəlif formalı «dulus bıçağı»ndan
istifadə etmişlər. Hündür ölçülü qabların dibini hamarlamaq üçün tranc, dar boğazlı qabların
boğazını formalaşdırmaq üçün qarğı çilikməmulatını hamarlanma və bəzək tərtibatında satıl, iy, lələk, qaraqulaq tikanı və b. əmək alətləri işlənirdi.
14