55
əsasında geyim və digər məişət vasitələri üçün zəruri olan
parça toxuculuğunun meydana
gəlməsinə səbəb olmuşdur. Toxuma texnikasının tədricən təkmilləşib inkişaf etməsi bol ehtiyata
malik olan lifli bitkilərdən səmərəli şəkildə istifadə olunmasını zəruri etmişdir.
Toxuculuğun başlıca xammalı olan
ip (sap) əyirmək üçün o zamana qədər bəlli olan lifli
bitkilər arasında ən önəmlisi
kətan (kənaf) olmuşdur. Azərbaycanın ayrı-ayrı bölgələrində
müxtəlif adlarla (
kəndir, çətənə, vic, sigəzi və s.) bəlli olan bu lifli bitkinin
istehsal xassələrinin
mənimsənilməsi, xüsusilə onun saplağını təşkil edən elastik və zərif liflərin cecədən ayrılıb
təmizlənməsi yollarının tapılması parça toxuculuğunun meydana gəlməsi üçün zəmin
yaratmışdır. Bununla da yurdumuzun qədim sakinlərinin həyatında müstəsna rol oynayan yeni
bir fəaliyyət sahəsi açılmışdır. Bu mənada Azərbaycan ərazilərinin dağətəyi rütubətli sahələrində
yabanı halda bitən lifli bitkilər müstəsna rol oynamışdır. Bu bitkilərdən əldə edilən nazik və zərif
tellər ibtidai parça toxuculuğunun ilk, həm də ən sərfəli xammalı olmuşdur. Yabanı kətan lifinin
emal olunma üsullarının və texniki vasitələrinin təkmilləşməsi həm
də onun becərmə yolu ilə
yetişdirilməsinə gətirib çıxarmışdır.
Kətan bitkisinin mədəni yolla becərilməsi onun liflərinin keyfiyyətinə yaxşı təsir
göstərmişdir.
Azərbaycanda mədəni kətan bitkisinin becərilmə tarixini dəqiq müəyyənləşdirmək üçün
faktik materiallar kifayət etmir. Doğrudur, qədim Mingəçevirdə arxeoloji qazıntılar zamanı tunc
dövrünə aid kətan toxunuşlu parça qalıqlarına təsadüf edilmişdir.
8
Bununla belə, onun yabanı,
yaxud mədəni kətan lifindən toxunduğunu söyləmək çətindir. Çünki botaniki tədqiqatlar
nəticəsində qədim Mingəçevir ətrafında yabanı kətan bitkisinin yetişdiyi müəyyən olunmuşdur.
9
Bu mənada Azərbaycan ərazisi tarixən yabanı kətanın qədim vətənlərindən biri olmuşdur.
Məlum olduğu kimi, mədəni kətanın boyu, deməli həm də lifləri 2-3 m-ə çatmaqla, yabanı
kətandan fərqlənir.
Kətanın saplağını əmələ gətirən elastik liflər onu
tikmə, hörmə və
toxuma işlərinin ən
sərfəli xammal növünə çevirmişdir.
Azərbaycanda kətan parça toxuculuğu təkcə qədim dövrdə deyil,
erkən orta əsrlərdə
10
və
ondan sonra gələn tarixi mərhələlərdə də davam etdirilmişdir. Yazılı mənbələrdən göründüyü
kimi, Azərbaycanda kətan və kənaf istehsalı X əsrdən etibarən əhəmiyyətli dərəcədə azalmışdır.
İ.P.Petruşevski bu tənəzzülün səbəbini həmin dövrdən etibarən ölkədə pambıqçılığın inkişafı və
pambıq parça istehsalının artması ilə izah etmişdir.
11
Bununla belə, inkişaf etmiş orta əsrlərdə
Azərbaycanda kətan parça istehsalı məhdudlaşsa da, o tamam aradan çıxmamışdır. XIII əsr
coğrafiyaşünası Yaqut əl-Həməvi o zamankı Dərbənd şəhərindən bəhs edərkən xəbər verir ki,
burada və onun ətraf əyalətində kətandan elə paltarlar hazırlanır ki, beləsi nə Aranda, nə də
Azərbaycanda yoxdur.
12
XVIII əsrin sonlarına aid arxiv sənədlərində Dərbənd əyalətindən
bəhs olunarkən burada
pambıq və ipəklə yanaşı, meşələrlə əhatə olunmuş dağ kəndlərində kətan (kəndir) becərilməsi
barədə məlumat verilir.
13
XVIII əsrdə «kəndir» adı ilə tanınan kətan bitkisinin Quba xanlığının
dağ kəndlərində hələ də becərildiyi barədə məlumat vardır.
14
XVIII əsrin sonlarına aid başqa bir
mənbədə kətan bitkisinin az miqdarda Qazax və Şəmşəddin sultanlıqlarında da becərildiyi xəbər
verilir.
15
XIX əsrin əvvəllərində Quba əyalətinin Tip mahalına daxil olan Küpçal, Üçkün və Qəçrəş
kəndlərində kətan (kəndir) bitkisinin əkilib becərildiyi və bundan 200 pud kəndir lifi hasil olduğu
xəbər verilirdi.
16
Quba əyalətində kətan (kəndir) bitkisinin becərilməsi faktı XIX əsrin
əvvəllərinə aid başqa bir mənbədə də təsbit olunur.
17
XIX əsrin ikinci yarısında
Azərbaycanda kətançılıq məhdud miqdarda da olsa, fərdi kəndli
təsərrüfatlarında davam etdirilirdi. XIX əsrin 80-ci illərinə aid bir mənbədə Quba qəzasının şimal
hissəsindəki Üçkün, Qəçrəş, Küpçal, Susay, Gəray, Gican və Düztahir kəndlərində kətan
(kəndir) əkilib becərildiyi xəbər verilir.
18
Bu lifli bitkinin, habelə, qəzanın cənub hissəsindəki
dağətəyi, qismən də dağ kəndlərində becərildiyi bildirilir.
19
Quba qəzasında kəndir lifindən əyirilmiş sapdan «sigəzi» adlanan kobud
kətan parça növü
toxunmaqdan əlavə, ev məişətində gərək olan bir sıra zəruri məişət və təsərrüfat ləvazimatı
(
buraz, tay kəndiri, yük kəndiri, çidar, cilov, çatı, sinə-çula, ciyə, təlis, xaral, çuval, xurcun,
56
kəndir palazı, balıq və quş toru və s.) hazırlandığı etnoqrafik ədəbiyyatda öz əksini tapmışdır.
20
Məlum olduğu kimi, qədim zamanlarda istifadə olunan əyirmə və eşmə
(burma)
vasitələrinin böyük bir qrupu müəyyən təkmilləşmə və dəyişmələrə uğrayandan sonra
zəmanəmizədək gəlib çatmışdır. Xammalın növündən asılı olaraq, bunlar forma, ölçü və çəki
etibarı ilə bir-birindən
müəyyən qədər fərqlənsələr də, işləmə prinsipinə və tipoloji oxşarlıqlarına
görə çox yaxın olmuşlar. Hətta onların bəziləri universal səciyyə daşımaqla həm kətan, həm yun,
həm pambıq, həm də ipək əyirmə və ya eşmə (bükdərmə) əməliyyatlarında müştərək istifadə
olunmuşlar.
Əl iyi (teşi, əyircək, dük)
, yaxud müxtəlif quruluşlu
cəhrə (dövr)
bu cür universal
əyirmə və eşmə vasitələri sırasına daxil idi. Bu əmək alətləri ilə yun, kətan, pambıq və ipək
(keci) əyirib bükdərmək olurdu. Bu alətlərlə yanaşı, hər bir xammal növünün özünə məxsus
spesifik əmək alətləri də yaranmışdı. Belə alətlərə kətan və ipək emalı sahəsində daha çox
təsadüf edilirdi.
Kətan (kəndir) sap istehsalında tətbiq olunan əmək
alətlərinin böyük bir qismi
Azərbaycanın cənub-şərq və şimal-şərq bölgələrində XIX əsr və XX əsrin əvvəllərinədək
qalmaqda idi.
Lənkəran-Astara bölgəsində talış dilində «vic» və ya «vış» adlanan kətan (kəndir) lifi «vişo
adlanan» xüsusi lifləyici dəzgah vasitəsilə hazırlanırdı. Bunun üçün kətan dəstələrini vışonun
çənəsi arasına salıb döyəcləməklə, əzişdirir və onların saplaqlarını cülədən ayırırdılar. Sonra
kətanın saplağının özəyini təşkil edən cülə qırıntılarını liflərdən tamam təmizləmək üçün onları
miz üzərində «lato» adlanan taxta bıçaq (cüləkeş, sıyırğac) vasitəsilə təkrar-təkrar sıyırırdılar.
Liflərin uzun və qısasını bir-birindən ayırmaq üçün çox vaxt kəndir lifi
daraq vasitəsilə
daranırdı. Darama prosesi zamanı liflər həm də cülə qırıntılarından təmizlənir və «əlçim»
adlanan xalis
piltə halına düşürdü. Əlçimlənmiş kətan piltəsindən əl iyi
21
Dostları ilə paylaş: