216
belə sakit aıxmlı sahəsi çox vaxt el arasında «bərə» və ya «keçid» də adlanırdı.
Bir qayda olaraq, bərəçilər öz əməklərini yüngülləşdirmək üçün çayın axınından istifadə
etməyə çalışırdılar. Bu məqsədlə onlar ucu enli kürəkl tamamlanan çəp vasitəsilə bərənin səmtini
dəyişib, onu çayın axarı istiqamətində maili hala gətirirdilər. Bunun sayəsində çayın axını bərəni
arxa tərəfdən itiləyərək buraz boyunca hərəkət etdirir və digər sahilə yaxınlaşmasını təmin edirdi.
Son vaxtlar bərənin idarə olunması xeyli təkmilləşdirilmişdir. Bunun üçün qayıqların hər
birisinin arxasına sükan rolunu oynayan çəp bərkidilmişdi. Sonra da hər iki çəp birləşdirilib
sükan halına salınırdı. Sükanın istiqamətini dəyişdirməklə, çayın axarı vasitəsi ilə bərənin
hərəkəti təmin edilirdi. Hərdən bir bərəci burazdan tutub bərəyə təkan verməklə onun sürətini
artırırdı.
Bərənin sahilə yan alması və yüklərin rahat boşaldılması üçün çayın hər iki sahilində
«suvat» və ya «bərgah» adlanan ağac döşəməli körpü düzəldilirdi. Bərəyə təhlükəsiz minib-
düşmək üçün bərə ilə suvat arasına kiçik pilləkən qoyulurdu.
Keçmişdə Kür, Araz və Qanıx çayları boyunca əlaqə və ticarət yollarını qovuşduran
böyük bərələrlə yanaşı, bir sıra yerli nəqliyyat əhəmiyyətli xırda bərələr də mövcud olmuşdur.
Çox vaxt bərə-keçidlər yaxınlıqdakı şəhər və ya kəndlərin adı ilə tanınırdı.
XIX əsrə aid ədəbiyyat və arxiv sənədlərində Kür və Araz çaylarının Azərbaycan
ərazisinə düşən hissələrindəki bərələrin bir qisminin adı çəkilir. Yazılı mənbələrdə Kür çayının
orta və aşağı axarı boyunca salınmış Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Pirəzi,
Mingəçevir və başqa keçidlərdəki bərələrin adı çəkilir.
62
Araz çayı üzərində təkcə Naxçıvan bölgəsinə düşən 5 keçidin (Qaqaç, Bulqan,
Abbasabad, Daraşan və Culfa) adı çəkilir. Bunlardan da ən böyüyü Culfa və Abbasabad qalası
yaxınlığındakı bərələr sayılırdı.
63
Bu bərələrin hər biri 300 puda qədər yük götürə bilirdi.
64
Culfa
bərəsində keçid haqqı məzənnəsindən bəhs edən bir mənbədə hər dəfə bərədə 20 ədəd yük və 8
baş at və ya başqa heyvan keçirildiyi xəbər verilirdi.
65
Bu tip qayıqüstü bərələrə Araz çayının Mil düzünə düşən hissəsində də təsadüf olunurdu.
Saatlı və Sabirabad (Petrovlovka) bərələri bunların arasında yükgötürmə gücünə görə mühüm
yer tuturdu.
Qayıqlar üzərində quraşdırılmış bərələrə Alazan (Qanıx) çayında da təsadüf olunurdu.
Şirək qışlaqlarına doğru uzanan köç yollarının qovuşduğu keçidlər yaz daşqınları zamanı
keçilməz hala düşdüyündən əhali bu tip bərələrdən istifadə etmək məcburiyyətində qalırdı.
XIX əsrə aid ədəbiyyat materiallarında Alazan çayında aşağıdakı keçidlərin adı çəkilir:
Becanlar, Anaqa, Urdo, Muğanlı, Qozlu, Boyaqçı, Çırpılı, Boyəhmədli, Lələli və Almalı.
66
Bunlardan ən başlıcaları olan Muğanlı, Urdo və Almalı keçidlərində hər tay yük üçün alınan
rüsumun miqdarı barədə də məlumat verilmişdir.
67
Hətta arxiv sənədlərində Padar kəndi
yaxınlığındakı Boyaqçı keçidindəki bərənin 3 ədəd qayıq üzərində qurulduğu da xəbər verilir.
68
Dostları ilə paylaş: