Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 65,03 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü65,03 Kb.
#39031
1   2
GƏNC TÜRKLƏR

Gənc türklər

Əbdül Həmidin azadlıqları bir-bir yox edib 1877-ci ildən sonra “Qanun-i Esasi”ni də qüvvədən qaldırmasının üzərinə əvvəl imperatorluq sərhədləri içində, sonraları xarici məmləkətlərdə gizli cəmiyyətlər quruldu və zamanla bunlar gənc türklər adıyla tanındı. İbrahim Temonun rəhbərlik etdiyi bu cəmiyyətin başlıca məqsədləri 1876-cı il Anayasasını təkrar qüvvəyə qaldırmaq idi. İbrahim Temonun qurduğu gizli bir dərnəyi nümunə götürərək Əhməd Rza bəy, Parisdə 1889-cu ildə İttihat və Tərəqqi Cəmiyyətini qurdu .Əhməd Rza bəyin cəmiyyəti 1906-cı ildə Selanikdə zabit və dövlət məmurlarından bir qrupun qurmuş olduğu Osmanlı Hüriyyət Cəmiyəti ilə birləşərək qüvvətləndi. Bu birləşməni həm xristianlar həm də müsəlmanlar dəstəkləyirdi. Xristian azlıqlar qurulacaq məşruti idarə sayəsində milli müstəqilliklərini qazanmaq ümidi ilə “İttihat və Tərəqqi”ni dəstəkləyirdilər. 1908-ci il hərəkatı ərəfəsində bütün gənc türk təşkilatları iki məqsəd üzərində birləşdilər: Sultan Əbdül Həmidin zorba qaydalarını cilovlamaq, “Qanun-i Esasi”ni təkrar qüvvəyə qoymaq və Osmanlı İmperatorluğunun bütünlüyünü qorumaq idi. İqtidarı ələ keçirən bu ziyalılar zümrəsi Osmanlı imperatorluğunda XIX əsrin sonlarında meydana gəlməyə başlayan alt-orta sinifdən gəlmə idi.

Gənc türklərin ən məşhurlarından Tələt Paşa təvazökar bir ailədən gəlmə bir poçt məmuru idi. 1895-ci ildən sonra Gənc türklər hərəkatı içində bəzi qruplar meydana gəldi. Bunların başında Əhməd Rza bəy və 1895-ci ildə Londonda çıxartmağa başladığı “Məşvərət” qəzeti gəlir. Osmanlılıq anlayışının inkişaf etdirilməsi, təhsilə prioritet verilməsi, hüquq anlaşılmazlıqlarının aradan qaldırılması mövzularına üstünlük verilmişdi.

Digər bir qrup, tarixçi Murat Bəy və 1896-cı ildə Misirdə çıxartmağa başladığı “Mizan” qəzetidir. İslahatların edilə bilməsi üçün Avropanın köməyinin edilməsində, parlament təşkilatına gərək olmadığını, elit kəslərdən ibarət bir məclis, Məşvərətin faydalı olacağını müdafiə etmişlər.

Bir digər Gənc türklər qrupu Abdullah Cevdetdir. 1904-ci ildə Cenevrədə çıxardığı “İttihat” adlı jurnal, respublika dövründə belə nəşr olunmağa davam etmişdir. Bu jurnal qərb mədəniyyəti, anti-monarxist və radikal bir çərçivədə nəşr həyata keçirmişdi.

Başqa müxaliflərdir ki, qəzetlərində qərb imperializmi, dünyəvilik, padşaha sərt tənqidlər kimi mövzular işləmişlər. Gənc türk hərəkatı içində, təsirləri günümüzə qədər gələn ənəhəmiyyətli qrup Şahzadə Sabahattinin düşüncələridir. Abdulhəmidin bacısı ilə evli Mahmud Paşanın oğlu olan Şahzadə Sabahattin, imperatorluqdan adəmi mərkəziyyətçi bir idarə qurub ziyalıların dövlət məmurluğu yerinə, məhsuldar işlərə girməsini təmin etmək surətiylə imperatorluq quruluşunu başdan aşağı dəyişdirməyi irəli sürürdü.

Dağınıq gənc türklər hərəkatını bir mərkəzdə toplamaq və müştərək bir program hazırlamaq məqsədiylə 1902-ci il 4 fevral günü Parisdə bir yığıncaq keçirildi. Şahzadə Sabahattinin iş başında olduğu qrup, ordu və xarici yardımın müdaxiləsini istəyirdilər. Bunlara “Müdaxiləçi Qrup” adı verildi. Bunlar ana təşkilatdan ayrılaraq “Təşəbbüsü Şəxsi və Ademi Merkeziyet Cəmiyyəti” ni qurdular. Əhməd Rza bəyin başında olduğu və zidd fikiri müdafiə edən qrup isə cəmiyyətin adını “Osmanlı Tərəqqi və İttihat Cəmiyyəti” şəklində dəyişdirdi.

Osmanlı hürriyyət cəmiyyəti

Azadlıq Cəmiyyəti, 1906-cı ilin sentyabrında Selanikdə əksəriyyəti ordu zabitlərindən ibarət olan 10 adam tərəfindən qurulan bir cəmiyyətdir. Cəmiyyət silahlı qüvvələr ətrafında sürətlə yayılmış, əsgər və mülki üzvləri artmış, gizli və qiyamçı bir güc olmuşdur. Parisdəkilər ölkə içində olan bu cəmiyyətin inkişafına tamaşaçı qalmışlar və bir müddət sonra onunla maraqlanmağa başladılar. 1908-ci ildəki inqilabın əsl qüvvəsi bu cəmiyyətin heyətləri olacaq. Ümumi və ortaq xüsusiyyəti, əksəriyyətlə türk, gənc əsgər yada mülki məmur və “mektepli” olmalarıdır.



Osmanlı Tərəqqi və İttihat Cəmiyyəti

Əhməd Rza bəyin Avropada başını çəkdiyi Osmanlı İttihat vəTərəqqi Cəmiyyəti ilə Makedoniyada təşkilatlanmış olan Osmanlı Hürriyyət Cəmiyyəti 1907-ci idə “Osmanlı Tərəqqi və İttihat Cəmiyyəti” adı altında birləşdilər.

III Fəsil
Gənc türklər hərəkatı və onun Avropa dövlətlərinin

diplomatik mübarizəsində yeri


1908-ci ilin əvvəllərində gənc türklər təşkilatı bolqar, yunan, və alban çətəçiləri (inqilabçıları-hərəkatçıları) ilə əlaqələr yaratmaqla bərabər, təbliğat aparılması üçün öz emissarlarını Anadoluya göndərdi və Makedoniyada yerləşən II və III ordu korpusunun əsgərlərini öz tərəfinə çəkmək istiqamətində təbliğata başladı. Lakin bu fakt özü-özlüyündə təşkilatın dağıdıcı fəaliyyətinə işarə idi. Bu da öz ifadəsini Avropa ilə müharibə vəziyyətində olan Osmanlı dövlətinin ordusunda pozucu təbliğatın aparılması milli və dövlət maraqlarına vurulan zərbədə tapırdı. Belə bir vəziyyətdə beynəlxalq aləmdə baş verən proseslər gənc türklərin çıxışına təkan verdi. İlk növbədə bu Avstriya xarici işlər naziri Erentalın 1908-ci ilin yanvarında Avstriya-Macarıstanın Sultan II Əbdül Həmiddən Yenibazar sancaqlığında və Makedoniyada dəmir yolunun çəkilişinə dair konsessiya almasını əsaslandıran razılığı bəyan etməsi ilə əlaqədar idi. Bu razılığın alınması Avstriya-Macarıstanın Saloniki tutmaq kimi strateji maraqlarının reallaşması demək idi. İkinci belə bir faktor 1908-ci ilin iyununda rus imperatoru II Nikolayın İngiltərə kralı VII Eduard ilə Revel görüşü idi. Bu görüş zamanı tərəflər Makedoniyada islahatların keçirilməsinə dair razılaşma əldə etdilər. Revel görüşü gənc türklər tərəfindən Rusiya və İngiltərənin Osmanlı dövlətinə qarşı atılan bir addımı kimi qiymətləndirildi. Belə qərara alındı ki, yalnız inqilabi çevriliş bu sövdələşmənin qarşısını ala bilər. Ona görə də onlar Sultan Əbdül Həmidə qarşı üsyan etmək qərarını qətiləşdirdilər. Bu məqsədlə də 1908-ci il iyulun əvvəllərində Makedoniyadakı Resne qarnizonunda gənc türklərin mübarizəsinə cəlb edilən leytenant Niyazi ona tabe olan hərbi dəstə ilə üsyan etdi və üsyançı dəstəsi ilə dağlara çəkildi. Sonra ona Ənvər paşa adı almış mayor Ənvər bəy öz tabeçiliyində olan hərbi dəstə ilə qoşuldu. Bundan sonra bütün Makedoniyada sultana qarşı üsyan başladı.

İlk dövrlər qeyri-millətlər gənc türklərin hərəkatını dəstəkləsələr də tezliklə məlum oldu ki, qeyri-millətlərin ziyalı və burjuaziyası öz millətlərinə özləri rəhbərlik etmək istəyir. Ona görə də ilk dövrlərdə gənc türklərin Makedoniya kəndliləri tərəfindən ərzaq və digər ləvazimatla təmin edilməisinə baxmayaraq, hadisələr getdikcə başqa istiqamətdə təkamül edirdi. Üsyanın ilkin mərhələsində faktiki olaraq Osmanlı dövlətində məskunlaşmış bütün millətlər bu üsyanda yaxından iştirak edir və belə hesab edirdilər ki, sultanın hakimiyyətinin devrilməsi və konstitusiyanın bərpa olunması ilə onların vəziyyəti yaxşılaşacaqdır. Makedoniyada yerələşən ordu hissələrinə arxalanan gənc türklər sultanın Makedoniya üzrə baş müfəttişinə xalqın 1876-cı il konstitusiyasının bərpa edilməsi

ultimatumunu II Əbdül Həmidə çatdırmasını tələb etdilər. Sultanın üsyanı yatırmaq

üçün göndərmiş olduğu hərbi hissələr üsyançılara qarşı hərəkət etmədiyindən onun bu cəhdi baş tutmadı. 1908-ci il iyulun 23-də Niyazi və Ənvər bəyin hərbi hissələri

Makedoniyanın Manastır şəhərinə daxil oldu. İstanbula təhlükə yarandığını nəzərə

alan sultan konstitusiyanın bərpa edilməsinin məqsədə uyğun olduğunu qəbul etdi.

Beləcə gənc türklərin inqilabı qan tökülmədən başa çatdı və əslində onlar bundan

artıq başqa bir ideya ilə çıxış etmirdilər. İlk dövrlər gənc türklər hökumətdə nazir

vəzifələri tutmurdular. Əvvəlki hökumətin tərkibindən onların qəbul etmədikləri

məmurların işdən uzaqlaşdırılması gənc türkləri qane etmişdi. Onların yerinə təyin

olunmuş yeni nazirlər isə sultanın sərəcamına əsasən təyin olunmuşdu. Yeni hökumətin başında isə öz dünyagörüşünə görə ingilislərə yaxın olan Kamil paşa

dururdu. Makedoniyadakı proseslər gənc türkləri də öz əhatə dairəsinə almışdı. Əslində Makedoniyadakı proseslər və bu proseslərə Avropa dövlətlərinin qarışması gənc türklərin yeni hərəkatına təkan verən səbəblərdən biri idi. Onlar məşrutiyyyət (konstitusiya) elan ediləcəyi təqdirdə bu proseslərin başa çatacağına ümid bəsləyir və bu mövqedən də mübarizəyə başlamağı məqsədəuyğun hesab edirdilər. Bu məqsədlə gənc türklər bolqarları öz tərəflərinə çəkmək üçün onları Osmanlı vətəndaşı olaraq birgə mübarizə aparmaq üçün vahid bayraq altında birləşmək təklifi ilə çıxış edirdilər. Ona görə də gənc türklərin apardıqları mübarizə konstitusiya iddallarından dah çox, Makedoniyada bolqarların pozucu fəaliyyətlərinin qarşısını almaq məqsədindən irəli gəlirdi. Əslində gənc türklər həqiqi mənada konstitusiyaçılıq hərəkatına hazır deyildilər. Bolqarlar isə Osmanlı dövlətinə qarşı açıq mübarizəyə başlamışdılar və onların aydın məqsədi var idi.

Gənc türklər isə başladıqları mübarizənin məqsədinin konkret nəticəsini görə bilmir və bunu nəzərə almırdılar. Onlar Sultan II Əbdül Həmidə qarşı mübarizədə bolqarlardan istifadə etməyi sadəcə məqsədlərinə çatmaqda əsas vasitə kimi qəbul edirdilərsə də, bu birgə mübarizədən bolqarların hansı məqsədlər üçün istifadə edəcəklərini bilmirdilər. Digər tərəfdən bolqar hərəkatçıları-çətəçiləri Osmanlı dövlətinə qarşı mübarizələrinin səbəbini sultan istibdadına qarşı istiqlaiyyət uğrunda mübarizə kimi qələmə verirdilər. Bolqarların çətəçilik fəaliyyəti konstitusiyanın qəbul edilməsi ideyalarından deyil, Makedoniyanın Bolqarıstana birləşdirilməsi məqəsədindən irəli gəlirdi. Belə bir vəziyyətdə gənc türklər Osmanlı dövlətçiliyinə qarşı mübarizə aparan bolqarlarla birgə fəaliyyət göstərməyə başladılar.

Artan mübarizə çərçivəsində ermənilər kimi, bolqarlar da ümumi hərəkatın demokratik məqsədlərindən öz mübarizələri üçün istifadə etməyə çalışır və fəaliyyətlərini də bu istiqamətdə planlaşdırmışdılar. Ona görə də onlar xalqa etmiş olduqları müraciətdə “Bizim xalq türklər də daxil olmaqla iztirab çəkməkdədir. Bizim düşmənimiz türk xalqı deyil, Osmanlı hökumətidir”. Yaxud “Kim bizə qarşı silahla çıxarsa, o bizim düşmənimizdir” kimi şüarlardan istifadə edirdilər. Makedoniya Daxili İxtilal Komitəsi ilk gündən etibarən Makedoniyadakı Osmanlı hakimiyyətini devirmək üçün təşkil edilmiş və bu məqsədlə də silahlı mübarizəyə başlamışdı. Türkiyənin tanınmış osmanşünası Süleyman Kocabaş özünün “Avropa Türkiyəsinin kaybı və Balkanlarda panslavizm” əsərində bu məsələyə toxunaraq qeyd edir ki, “Bolqar komitələri məqsədlərini gerçəkləşdirmək üçün özlərini konstitusiya tərəfdarları kimi qləmə verirdilər”. Beləliklə də, Osmanlı hökumətinə qarşı ümumi mübarizə elan edildikdən sonra bolqarlar planlaşdırıldığı kimi müstəqil şəkildə fəaliyyət göstərməyə başladılar.

Bu mübarizədə iki istiqamət diqqəti çəkən faktorlar sırasında olmuşdur.

Bunlardan biri Sandanistlər, digəri isə Aniça tərəfdarlarının mübarizə istiqaməti idi. Birincilər konstitusiyadan istifadə edərək Makedoniyanın müstəqilliyini, ikincilər isə onun Bolqarıstana birləşdirilməsini təkid edirdilər. Bütün bu proseslərin içində olan, daim bolqarlarla təmasda olub onların mübarizəsini davamlı olaraq izləyən ittihatçı Hüseyn Kazım sandanistlər qarşısında necə aldandıqlarını açıqlayarkən qeyd edirdi ki, “Bolqarların bu iki firqəsi arasında siyasətlərinin istiqamətinə görə müxtəliflik mövcud olsa da, məqsədləri bir idi və bir mənbədən qaynaqlanırdılar. Onların güddükləri məqsəd ilə bizim Makedoniyadakı iradəmiz və əməllərimiz arasında ortaq münasibət yox idi. Çox təəssüf ki, biz onların yalançı şüarlarına aldandıq və əslində onların siyasətinin reallaşmasına xidmət etdik. Sandinist ideyalarını özümüzə dost və hami bildik. Belə bir siyasət isə xalqı ilk gündən ümidsizliyə sürüklədi. Nəticədə Sandinist- Virkovistlik siyasəti Makedoniyada dəhşətli bir nifaq, münaqişə və qarşıdurma yaratmış oldu. Bir-birinə qarşı olmalarına baxmayaraq, lakin Osmanlı dövlətinə və

türklərə qarşı vahid mövqedən çıxış edən müxtəlif axınların ortaq siyasi müvazinətini gerçəkləşdirmək siyasətimiz başımıza böyük bir oyun açdı. Yalnız

Tələt bəy iş işdən keçdikdən sonra bu siyasətin səhv olduğunu açıq şəkildə etiraf

Etdi”. Qeyd edək ki bu etiraf daha ətraflı şəkildə 1946-cı ildə İstanbulda çapdan

çıxmış “Tələt Paşanın Hatiraları” əsərində öz əksini tapmışdır.

Beləliklə, XIX əsrin sonu-XX əsrin əvvəllərində Osmanlı dövlətində gedən siyasi proseslərin hərəkətverici qüvvələri təkcə Avropanın iri dövlətləri deyildi. Bu

qüvvələr sırasında Osmanlı dövlətinin keçmiş müstəmləkələrində gedən milli-etnik

proseslərin Avropanın siyasət müstəvisində özünə yer alması da Osmanlı dövlətinin süqutunu sürətləndirirdi.
IV Fəsil
Hökumətin təşkil olunması, Əbdül Həmid rejiminin sonu
XX əsrin əvvəllərində Osmanlı ziyalılarına Hökumətin yenidən elanı mövzusunda cəsarət və təşviq təmin edən iki hadisə vardır. Birincisi, 1905-ci ildə uzaq şərqdə Rusiyanın Yaponiyaya məğlubiyyəti, bir Asiya dövləti olan hökumətlə idarə Yaponiyanın bir qərbli dövlətini məğlub etməsi, məşruti bir idarə sayəsində Osmanlı İmperatorluğunun da eyni müvəffəqiyyəti göstərə ümidini yaratmışdır. Digər hadisə, İrandakı Məşrutə hərəkatı idi. Bu isə Müsəlman bir ölkədə xalqın, hökümdarından konstitusiya bir sənəd qəbul etdirə bildiyinin və Quranın konstitusiya bir rejimə mane olmadığının göstəricisi olmuşdur.

Gənc türklər hərəkatının ikinci konqresi 29 dekabr 1907-ci ildə Parisdə toplandı. Konqresin sonunda üç nöqtədə razılaşma qəbul edildi: Padşahı taxtdan imtinaya məcbur etmək, bütün Osmanlılar üçün bərabərlik və azadlıq təməlinə söykənən bir parlament qurmaq, bu siyasəti təsbit üçün davamlı bir komitə qurmaq. Bu məqsədlə, ümumi qiyam, silahlı və silahsız müqavimət hərəkətləri, vergi ödəməmə, ordu içində təşkilatlanma kimi hərəkətlər edilməsinə qərar alındı.

Bu qərarlar istiqamətində xüsusilə Makedoniyada tədbirlər başladıldı. Rumelidəki yığıncaq və mitinqlərdə xalq Məşrutə istəyini bildirir, Yıldız Sarayına bu istiqamətdə yüzlərlə teleqraf çəkilirdi. 1908-ci ildə İttihat və Tərəqqi, Rumelidə böyük bir əksəriyyətə sahib mövqeyə gəlmişdi. Hökumət istəyi Anadoluda da özünü müəyyən hərəkətlərlə göstərmişdir. 1906-cı ildə Kastamonuda xalq, bələdiyyə seçkilərini boykot etmişdir. 1907-ci ildə Ərzurumda “Can Verir” adlı tacir təşkilatı, bölgə idarəçilərinin dəyişdirilməsi və ağır vergilərin qaldırılması üçün kütləvi hərəkatlar etmişdilər.

Bardağı daşıran son damla “Reval Buluşması” dır. 9 İyun 1908-ci ildə Finlandiya körfəzindəki Reval Limanında İngiltərə Kralı ilə Rus çarı bir araya gəldilər. Etdikləri görüşdən sızan nəticələrə görə, Osmanlı torpaqları yenidən bölüşdürüləcəkdi, Rumeli parçalanacaq, padşah isə ordularını göndərməyərək bu vəziyyətə boyun əyəcəkdi. İttihat və Tərəqqi baxımından bu, əsla qəbul edilə bilməz bir vəziyyət idi.

Bu vəziyyətdə 3 İyul 1908-ci ildə Kolağası (kapitan) Niyazi bəy, əsgərləri və mülki fədailəri ibarət 400 nəfərlik qrupuyla Resnede dağa çıxdı. Konstitusiya elan edilmədikcə dağdan enməyəcəyini bildirdi. 20 İyulda müsəlman xalq Məşrutədə istədiklərini söyləyərək qiyam qaldırdı. Eyni gün mayor Ənvər bəy, Niyazi bəyə qatıldı. Makedoniyada artıq sarayın sözü keçmirdi. Bu vaxt saraya, Qanun-i Əsasinin yenidən elanı və bir millət məclisinin toplanmasını istəyən yüzlərlə teleqraf gəlirdi. Nəhayət 23 İyul 1908-ci ildə, Manastırda Mayor Vehip Bəy, İttihat və Tərəqqinin hökumətin elan etdiyini bildirdi. Bu inkişaflar qarşısında çarəsiz qalan Əbdül Həmid 24 İyul 1908-ci ildə Qanun-i Əsasinin (Konstitusiyanın) yenidən qüvvəyə qoyaraq-bu mənanı verən Məclis-i Vükela mazbatasını təsdiqləyərək-Hökuməti rəsmi olaraq elan etdi. Beləcə Əbdülhəmidin 30 il davam edən despotizm rejimi sona çatmış olurdu.

12 bölmə və 119 maddədən ibarət olan 1876-cı il Anayasası yenidən hazırlanmışdı. Yeni hökumət sülhsevərliyi ilə diqqəti çəkər. Bu hərəkət, imparatorluqdakı türk və türk olmayanların demokratik və liberal bir razılaşma zəmini içində girişdikləri ilk və son hərəkatdır. Ön plandakı ideologiya “Osmanlıçılık” dır.

İttihat və Tərəqqinin istəyi istiqamətində kabinet dəyişikliyi edilmiş, Sait Paşa sadrazamlığa gətirilmişdir. Sentyabr ayında Liberal ağırlıqlı “Osmanlı Əhrar Təriqəti” quruldu. İttihat və Tərəqqi isə hələ “Cəmiyyət” statusunda, mərkəzi Selanikdə ancaq ən təsirli siyasi güc vəziyyətində idi.

Yeni Hökumətin ilk seçkiləri I Hökumət dövründə çıxardılan bir seçki qanununun 30 il sonra padişahca yerinə yetirilməsindən sonra və bu müvəqqəti qanun çərçivəsində ediləcəkdi. İttihat və Tərəqqi bir siyasi partiya olmamasına baxmayaraq ən mütəşəkkil, ən məşhur və ordu dəstəyinə sahib tək güc olduğundan seçkilərdə baş rolu oynadı. Seçkilərə bu cəmiyyətin dəstəklədiyi namizədlər ilə Osmanlı Əhrar Firqəsi və az sayda müstəqil namizəd qatıldı.



Seçkilər 1908-ci ilin noyabrın sonu dekabrın əvvəlində keçirildi. İttihat və Tərəqqi 285 yer, Türk və Ərəb millət vəkilləri 160 yer qazanmaqla məclisdə əksəriyyəti ələ keçirdi. Məclisdə ayrıca 27 Alban, 26 Rum, 14 erməni, 10 Slavyan və 4 Yəhudi millət vəkili iştirak edirdi. Müxalif “Əhrar” partiyası məclisə yalnız 1 nəfər gondərə bilmişdi. Məclis-i Mebusan 17 dekabr 1908-ci ildə Padşahın nitqi ilə açıldı. Məclis başçılığına İttihatçı Əhməd Rza bəy gətirildi. Hərçənd “İttihat və Tərəqqi” “Cəmiyyət” adını daşısa da , cəmiyyətin gizli mərkəz komitəsi bütün siyasi fəaliyyətlərinə nəzarət edirdi. Bununla birlikdə Məclisdə əksəriyyətə sahib olmasına baxmayaraq, hökumət içərisində bir nümayəndəsi yox idi.

«Birlik və Tərəqqi» təşkilatı hər vasitə ilə özlərinin Avropa dövlətlərinə apardıqları mübarizənin mütərəqqiliyini sübut etməyə çalışırdı. Əslində keçmiş sovet ədəbiyyatında əksinqilabi üsyan kimi təbliğ olunan 1909-ci il qiyamları heç də həmin mahiyyətdən irəli gələn hadisələr deyildi. Hadisələrin mahiyyəti belə idi ki, Makedoniyada başlayan panslavyanizm hərəkatının yeni dalğasının əsl məqsədini başa düşməyib ilk dövlərdə onları dəstəkləyən gənc türklər sonradan onların əsl məqsədlərini anladıqdan sonra, Osmanlı dövlətinə qarşı seperatizm fəaliyyətini həyata keçirən həmin bolqar, yunan və serblərə qarşı fəaliyyət göstərməyə başladılar. Lakin artıq həmin dövr, gənc türklərin özlərinin də etiraf etdiyi kimi, onların başlamış olduqları bu mübarizə gec idi. Çünki gənc türklərin Osmanlı dövlətinin parçalanmasına qarşı yönələn bu mübarizəsi artıq Avropa dövlətlərinin maraqları ilə tərs mütənasiblik təşkil edirdi. Bununla belə gənc türklər vəziyyətdən sultanın devrilməsi ilə çıxmaq istəyirdilər ki, bu da əslində düzgün addım deyildi. Avropa dövlətləri gənc türklərin hər hansı fəaliyyətlərini dəstəkləmirdilər. Belə olduğu halda “Birlik və Tərəqqi” təşkilatnda sonrakı fəaliyyət istiqamətinin müəyyən edilməsi məsələsi ilə əlaqədar kəskin ziddiyətlər yarandı. 1908-ci ilin sonunda istər gənc türklərə və milli hərəkatlara qarşı mübarizə aparmaq, istərsə də ölkədə vəziyyətə nəzarət etmək məqsədilə Şahzadə Səbahəddinin rəhbərliyi ilə Liberal partiyası yaradıldı ki, bu partiyanı da İngiltərə dəstəkləyirdi. Həm sultan, həm də xalq tərəfindən dəstəklənən bu partiyanın apardığı təbliğat nəticəsində 1909-cu il aprelin 13-də ölkədəki anarxiyaya qarşı qiyam qaldırıldı. Əslində bu hökumətə və Osmanlı dövlətinə sadiq olan qüvvələrin qiyamı idi. Qiyamçılar sultana nümayəndə heyəti göndərərək hökumətin istefasını və gənc türklərin ölkədən qovulmasını, şəriətin bərpa edilməsini və dinə etinasız yanaşanların tənbeh edilməsini tələb etdilər. Sultan onların tələblərini qəbul etdi. Köhnə qaydalarla idarəetmə mexanizminə əsasən fəaliyyət göstərəcək yeni hökumət təşkil edildi. Bu hökumət isə ilk növbədə ölkədə siyasi böhranın dərinləşməsində səbəbkar olan gənc türklərin repressiya edilməsini reallaşdırmağa başladı. Lakin Sultanın qələbəsi istənilən nəticə ilə başa çatmadı. Belə ki, Makedoniyada seperatçıları dəstəkləyən gənc türklərin hökumət tərəfindən təqiblərə başlanmasından yenə bolqar, serb və yunan millətçiləri öz məqsədləri üçün istifadə etdilər. Hökumətin müvəqqəti təntənəsi isə cəmi iki həftə davam etdi. İstanbuldan qaçmış gənc türklər Makedoniyadakı sultan ordusu və yerli əhalinin köməkliyi ilə yeni qiyam qaldırdılar. Üsyana qalxmış ordu hissələrinə könüllülər həmçinin serb, bolqar və yunan çətəçiləri də qoşuldu. Çünki onlar sultanın devrilməsi üçün bundan əlverişli imkan və şəraitin yaranacağını təsəvvür etmirdilər. Çünki bu üsyanı qaldıran onlar deyil, türklər idi ki, bu faktor da onların mübarizələrinə daha yeni bir ton verirdi. Belə ki, onlar apardıqları mübarizədə sultanın nəinki qeyri türkləri, hətta türklərin özünü istismar etməsi kimi aldadıcı arqumentdən də istifadə istifadə edərək Avropa dövlətlərinin Osmanlı dövlətində həqiqətən də islahatların keçirilməsinin vacibliyinə inandıra biləcək daha bir imkan əldə etmiş olurdular. Belə bir vəziyyət isə həm Avropa dövlətləri, həm də slavyan millətçiləri üçün əlverişli idi.

Belə bir vəziyyətdə Makedoniyadakı Osmanlı qoşunlarının qiyam qaldırmış

hissəsinə başçılıq edən Mahmud Şövkət qiyamçı hərbi dəstələrin başında İstanbula

doğru irəlilədi. Bu dəstələrin paytaxta yaxınlaşmasından yaranan təlaş və həyəcan ümumi siyasi proseslərin gedişinə mənfi təsir göstərdi. Belə ki, İstanbul qarnizonunda fəraliliyin baş verməsi faktiki olaraq sultanın müdafiəsiz qalmasına səbəb olmaqla bərabər, qiyamçıların paytaxtı ələ keçirmələri üçün də əlverişli şərait yaratmış oldu. Buna görə də 1909-cu il aprelin 26-da qiyamçılar qısa sürən küçə döyüşlərindən sonra İstanbulu tutdu. Aprelin 27-də isə parlametin hər iki palatasının toplandığı iclasda sultanın taxtdan salınması haqqında qərar çıxarıldı. Osmanlı dövlətinin yeni sultanı V Mehmed elan edildi. 30 ildən çox sultan Əbdül Həmidin saray həbsi şəraitində qalmış V Mehmed faktiki olaraq nə ölkə daxilindəki siyasi proseslərə, nə də artıq dağılmaqda olan ölkənin xarici siyasətinə nəzarət etmək, onun daha məqbul şəkildə qurmaq imkanına malik deyildi. Belə bir vəziyyət ittahadçılara vəziyyəti ələ almaq, onu istiqamətləndirmək üçün əlverişli imkan yaratmış oldu. Ona görə də gənc türklər asanlıqla hakimiyyətə gəldilər. Hakimiyyətə gəldikdən sonra gənc türklər seperatçılarla birgə fəaliyyətdən uzaqlaşdılar. Çünki Makedoniyada gedən proseslərin əsl mahiyyətini artıq dərk edən gənc türklər, müəyyən dərəcədə səhvlərini düzəltmək və Osmanlı dövlətinin parçalanmasının qarşısını almaq istiqamətində siyasi kurs götürdülər. Bu isə ilk növbədə ölkədə genişlənməkdə olan milli hərəkatın, deməli həm də Makedoniyadakı seperatçılığın qarşısının alınması istiqamətində atılan addımlarda öz əksini tapmış oldu. Seperatçılığa qarşı ciddi mübarizə aparan gənc türklərin bu siyasəti rus ədəbiyyatında şovinizm kimi qiymətləndirilsə də, analoji vəziyyətdə Rusiyadakı milli-azadlıq hərəkatına münasibətdə rus tarixçiləri vəziyyətə belə qiymət vermirlər.

Gənc türklər yaranmış vəziyyətdə hadisələrə istiqamətverici qüvvə kimi çıxış etsə də, apardıqları mübarizənin məqsədəuyğun şəkildə başa çatdıracaqlarına əmin deyildilər. Ona görə də onlar Osmanlı dövlətində maraqları toqquşan dövlətlərin müvafiq dəstəyindən yararlanmaq istəyirdilər. Əslində belə bir dəstəyin olmaması faktiki olaraq onların məğlubiyyətini əsaslandırırdı. Lakin xarici dəstəyin hansı forma və səviyyədə alınmasından asılı olmayaraq, Osmanlı dövlətinin süqutu qarşısıalınmaz bir prosesə çevrilmişdi. Çünki Osmanlı dövlətində yaranmış qeyrisabitlik ilk növbədə Avropa dövlətlərinə lazım idi. Hətta İtaliyanın Osmanlı dövlətinə qarşı ərazi iddiaları etməsi İstanbulun nə dərəcədə zəiflədiyinin bariz göstəricisi idi. Ona görə də gənc türklər xarici dövlətlərin İstanbuldakı səfir və konsulları ilə açıq və seperat danışıqlar apararaq vəziyyətdən çıxmaq istəyirdilər.

Belə bir dəstək isə Osmanlı dövlətində daha çox nüfuz və təsirə malik olan Almaniyadan gəldi. Bu da təsadüfi deyildi. Almaniya Osmanlı dövlətində gedən prosesləri nəzarətdə saxlamaq istəyirdi. Dünya müharibəsinin yaxınlaşdığı, xüsusilə də hərbi bloklaşmanın sürətlə formalaşdığı bir dövrdə Almaniya Osmanlı imperiyasında gedən proseslərə biganə qala bilməzdi.

Bununla belə gənc türklərin almanlarla yaxınlaşmasına İngiltərənin mövqeyi öz təsirini göstəmiş oldu. Belə ki, İngiltərə Osmanlı dövlətinin parçalanması mövqeyindən çıxış edirdisə Almaniya əksinə, Osmanlı dövlətinin parçalanmasının əleyhinə idi ki, bu da Almaniyanın bütünlüklə Osmanlı dövlətini öz təsiri altına almaq və onun ərazilərində öz nüfuz dairələrini bərqərar etmək istəyirdi. Digər tərəfdən bu fakt da nəzərdən qaçırıla bilməz ki, ingilislər liberalları dəstəkləməklə faktiki olaraq türkləri bir-birinə qarşı qoyaraq, ölkədə vətəndaş müharibəsinə təkan vermək və ölkənin parçalanması üçün daha əlverişli şəraitin yaradılması məqsədindən çıxış edirdilər. Məhz buna görə də ingilislər Osmanlı dövlətində öz məqsədlərinə çatmaq üçün 1911-ci ildə yeni feodal-komprador partiya olan “Hürriyyət və ittilaf” partiyası yaratdılar. Bu partiyaya “Birlik və Tərəqqi” partiyasının müxalifətdə olan bütün üzvləri daxil oldular.

1909-cu il Konstitusiya dəyişikliyi qiyamın yatırılmasından və Əbdül Həmidin taxtdan endirilməsindən sonra yenidən toplanan “Məclis-i Umumi” sıx bir qanunvericilik fəaliyyətinə girişdi. Yığıncaq, mətbuat, iş həyatı və dövlətin xərcləmələrinə istiqamətli bir çox qanun çıxardıldı. Bu məclisin əhəmiyyətli funksiyası, 1876 Konstitusiyasında meydana gətirdiyi dəyişiklikdir. 8 Avqust 1909-cu ildə çıxardılan bir qanun ilə, 1876 Konstitusiyasının 21 maddəsi dəyişdirilmiş, bir maddə qaldırılmış, 3 yeni maddə əlavə olunmuşdur. Dəyişikliklər əsas etibarilə dövlət strukturunun yenidən təşkilinə və hüquq vvə azadlıqlara istiqamətli idi . 1909-cu il dəyişikliyinin ən böyük qatqısı, monarxiyanın həqiqətən məhdudlaşdırılmış olması idi. Nazirlər kabineti padşah deyil məclis qarşısında məsul olacaq, padşahın səlahiyyətlərini ancaq sədrəzəm və əlaqədar nazirin cəhd və imzasıyla istifadə edilə biləcəkdir. Yəni icra səlahiyyəti artıq demokratik quruluşlu bir nazirlər heyətinə verilirdi. Padşahın səlahiyyətləri qanunvericilik lehinə də məhdudlaşdırılmışdır. Xüsusilə bəzi müqavilələrin imzasından Məclis-i Umuminin təsdiq şərti vacib idi. Məclisi ləğv səlahiyyəti tək başına padşaha verilməmişdir. Bu dəyişikliklər, klassik parlament hökumət sisteminin Konstitusiya hüququna girməsi deməkdir. Insan hüquq və azadlıqları baxımından gətirilən dəyişikliklər də demokratikləşmə istiqamətində idi. Həm cəzalandırmaları həm də həbslər baxımından “qanuna uyğunluq” şərti gətirilmişdir. Məşhur 113-cü maddə (padşaha tanınan “sürgünə göndərmə” səlahiyyəti) mətndən çıxarılmışdır. “Düşüncə azadlığı” anlayışı yox idi, amma mətbuat azadlığı nəzərdə tutulmuşdur.

Qurulan Partiyalar və Cəmiyyətlər. II Hökumət dövründə İttihat və Tərəqqi xaricində və ona müxalif bir çox təriqət və cəmiyyətlər qurulmuşdur. Bunlar: Fedakaran-ı Millət Cəmiyyəti (quruluşu Avqust 1908), Osmanlı Əhrar Firqəsi(14 Sentyabr 1908), Osmanlı Demokrat Firqəsi (6 Fevral 1909), İttihad-ı Məhəmmədi Firqəsi (5 Aprel 1909), mötədil HürriyetperveranTəriqəti (noyabr 1909), islahat-ı əsasıdır Osmaniye Firqəsi (1909 ilin sonu), Əhali Firqəsi (21 Fevral 1910), Osmanlı Sosialist Təriqəti(1910) kimi təşkilatlar olub.

1913-cü ildə başlayan tək partiya rejimi Hərb-i Umumi uduzması ilə bağlanacaq, 1-5 Noyabr 1918 Noyabr tarixlərində son konqresini edən İtttihat və Tərəqqi, “Təcəddüt Təriqəti” nə çevrildiyini elan edəcək, liderləri (Talat, Ənver və Camal Paşalar) yoldaşlarıyla qaçacaqlar.

“Masson Lojaları” ilə İttihat və Tərəqqinin milliyyətçi xəttinə paralel olarak qurulan “Türk Ocağı” gəlir. Xüsusilə Rumeli, Şərqi Anadolu və Ərəb ölkələrində qurulan “separatçı cəmiyyətlər” müstəqillik məqsədlərini əldə edə bilmək üçün terror üsullarına müraciət etmişlər. Osmanlı İmperatorluğunun qalib qərbli dövlətlərlə 30 Oktyabr 1918-ci il tarixində imzaladığı Mondros Sülhündən Osmanlı səltənətinin qaldırıldığı tarixə(1 Noyabr 1922) qədər keçən böhranlı dövrə “Sülh Mühiti”adı verilər.

Bu dövr milliyyətçi hərəkətlərlə, himayə və mandat problemlərinin bir-biriylə zidd düşdüyü bir siyasi qütbləşmə dövrüdür. İstanbul hökuməti xarici dövlətlərin də təsiriylə, cəmiyyət azadlığını geniş diametrdə məhdudlaşdırmışdır. Döyüşdəki məğlubiyyətin tək məsulu olaraq İttihat və Tərəqqi Təriqəti görülməkdə, bu partiyanın əzəli düşməni və siyasi qütbləşmənin başında iştirak edən Azadlıq və İttifaq Təriqəti özünü suveren görməkdə idi.

Nəticə
Fayda yerinə zərər, xidmət yerinə xəyanət, qərb texnikası və qərb elmi adına terror və təşviqat və dağıdıcı adətlər gətirmişlər, bir məqsəd üçün etdikləri hər davranış tərs nəticələr verərək məqsədlərinə şəxsən özləri xəyanət etmiş olurdular. Osmanlı dövləti islahata və müasirləşməyə, yenilənməyə bəlkə ehtiyac duyurdu amma bu ehtiyac xarici faktorların müdaxiləsi yolu ilə yox .Ehtiyacın, milli bir zərurət olaraq ortaya çıxması,öz bünyəsindən doğulması lazım idi. Halbuki görürük ki, Gənc Türklər, İttihat və Tərəqqi əliylə islahat adını alan hərəkətlər xarici planlarla başladılmışdı. Beləcə onlar dövləti deyil, öz iqtidarlarını qurmuşlar. İslahat hərəkətləri, milli bünyənin, ağrılarının aradan qaldırılmasını deyil,xarici qüvvələrin istəklərini yerinə yetirməkdən başqa nəticə verməmişdir. Gənc türklər, ölkə içində bir birlik ruhu yaratmaq yerinə özləri xaricində hər kəsi müxalif qəbul edərək bir çox təcrübəli dövləta damını və qərbin otuz üç il yerindən oynatamadığı II Əbdül Həmid kimi siyası dahiliyi bir qarışıqlıq meydana gətirərək vəzifədən uzaqlaşdırmışlar.

Onlar, Osmanlı dövləti içində azadlıq, ədalət, bərabərlik səslərini ucaldarkən, Osmanlı vətəndaşı heç gündəmin içində iştirak götürmürdü. Çünki dövlətin çətiri altındakı vətəndaş onların iddia etdikləri kimi əsir deyildi. Çünki dövlət, ədalətin, azadlığın,bərabərliyin İslam əsasları daxilində bir garantisiydi. Gənc türklərin, İttihat və Tərəqqinin ortaya atdıqları şüarlar, azlıqların başqaldırmalarını sürətləndirmiş, birlik ruhundan dağıtma və qarışıqlığa gətirmişdi. Gənc Türklər və İttihat və Tərəqqi, rəhbərliyə hakim olduqdan sonra, ordu əliylə idarə başlamış və beləcə o günlərdən bu günlərə gələn militarist xətt meydana gəlmişdir.



Ədəbiyyat


  1. Yrd. Dok. Dr. Durdu Mehmet Burak. Osmanlı devleti'nde Jön Türk hareketinin başlaması.

  2. Hasırcızade Metin Hasırcı. Böyük Osmanlı Tarihi

  3. M. Ali Kaya . Jön Türklerin Fikirleri.

  4. Xarici Asiya və Afrika ölkələrinin yeni tarixi. B.1962

  5. http://www.elestiri-yorum.org/jon-turklerin-fikirleri

  6. http://www.bizimsahife.org/Kutuphane/Osmanli_Tarihi_Ans/Osmanli_Tarihi_J/273_Jon_Turkler.htm

  7. http://tr.wikipedia.org/wiki/Jön_Türkler

  8. http://www.turkcebilgi.com/ansiklopedi/ittihat_ve_terakki_cemiyeti





Yüklə 65,03 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin