toxumasında olan göbələk hifləri; 2 – bazidilər.
Xəstə orqan daxilində göbələyin ikinüvəli (dikariotik)
mitseli hüceyrəsi görünür. Sahib bitki epidermisi altında
çoxsaylı paralel düzülmüş bazidilər yerləşir. Bazidinin inkişafı
zamanı onun iki nüvəsi birləşir, diploid nüvə isə meyoz yolla
bölünür, bazidi üzərində 2 – 6 ədəd nazik, uzunsov
bazidiosporlar inkişaf edir. Onlar xəstə orqan üzərində ağ örtük
əmələ gətirir. Bazidiosporlar bir damla suya düşdükdə bölünüb
3 – 5 ədəd hüceyrə verir. Spordan yaranmış hüceyrələr nazik
hif əmələ gətirir. Hifin ucunda isə xırda konidilər formalaşır.
Konidi və ya bazidiospor inkişaf edib, hif əmələ gətirir ki, bu
da bitkinin bığcıqlarından keçib toxumalara daxil olur və
mitseliyə çevrilir. E. burtii növünə Qafqazda bitən bir sıra
mədəni və yabanı bitkilər üzərində rast gəlinir. Bu cinsin
E.vexans növü Hindistanda çay bitkisinə böyük ziyan vurur.
Hazırda ekzobazidial göbələklərin dörd cinsi məlumdur,
növlərin isə dünyanın bütün ölkələrində təsadüf olunur. Bu
qrupun mənşəyi hələlik məlum deyildir. Onları yalnız
himenomisetlərin yan budağı kimi qəbul etmək olar.
Ekzobazidial göbələklərin Aphyllophorales sırasının ibti-
dai nümayəndələrindən mənşə alması güman edilir. Odur ki, bu
göbələklərə sərbəst qrup kimi baxmaq olar.
Dostları ilə paylaş: