2
Mövzu 1, 2. Mədəniyyət anlayışı və kulturologiyanın
predmeti. Maddi v
ə mənəvi mədəniyyət. Mədəniyyətin
strukturu, funksiyaları və inkişaf qanunları
Öyrənməliyik:
Mədəniyyət anlayışı;
Kulturologiyanın predmeti;
Maddi
və mənəvi mədəniyyət;
Mədəniyyətin strukturu;
Mədəniyyətin funksiyaları;
Mədəniyyət tarixi tipləri.
“Mədəniyyət” anlayışı çoxmənalılığı və çoxəhəmiyyətliyiylə diqqəti
çəkir. Mədəniyyətşünaslıq mədəniyyətin yaranması, inkişafı və tətbiqi
haqqında elmdir. “Mədəniyyət” anlayışının tərifi yüzlərlədir. Bu elm
antropologiya, arxeologiya, etnologiya
, dilçilik, psixologiya, tarix, fəlsəfə,
mədəniyyət fəlsəfəsi, mədəniyyətin sosiologiyası və digər sahələrin
öyrənilməsi ilə də çox sıx bağlıdır. Bu elm sahələrinin tədqiqatçılarının
fikirlərini eyni məxrəcə gətirən amillərdən biri, məhz “mədəniyyət”
anlayışının eyni məzmunda olması təşkil edir. Beləliklə, “mədəniyyət” -
latınca “kultura” (cultura) sözündən olub, işləmə, qulluqetmə,
yaxşılaşdırma, həmçinin tərbiyə, inkişaf, tərəqqi deməkdir. Qədim latın
dilində həmin söz məhz bu mahiyyəti kəsb edərək “aqri kultura” (aqri
kultura) mənasını, yəni torpağı əkinə hazırlamaq fikrini izah edirdi. Bu fikri
qətiləşdirməkdə bizə kömək edən əsas informasiya mənbəyi dövrümüzə
gəlib çatan Mark Porsi Katonun kənd təsərrüfatı məsələlərinə həsr edilən
eyni a
dlı “De aqri kultura” əsəridir. “Kultura” sözünə qədim romalılar
özünəməxsus şəkildə tərif vermişlər. “Kultura”nı hər hansı bir obyektin
insan tərəfindən dəyişdirilməsi, yenidən yaradılması kimi qəbul edirdilər. Bu
anlayışını nəzəri termin kimi ədəbiyyata ilk dəfə b.e.ə. 45-ci ildə roma
natiqi, ritorikanın görkəmli banisi, filosof Mark Tulli Siseron gətirmişdir.
Onun “Tuskulan söhbətləri” əsərində bu anlayış məcazi mənada
işlədilmişdir. Belə ki, Siserona görə, “kultura” insan zəkasının
reallaşmasının özünəməxsus təzahürüdür. Kəndlilər torpağı becərib, ona
qulluq edib, məhsul yığdıqları kimi, insanlar da beyinlərini hərəkətə
gətirərək, ruhunu təkmilləşdirərək əsil mədəniyyət yaradırlar. Məhz bu
xüsusiyyətinə görə M.T.Siseronun məşhur ifadəsi belə səslənir: “Düşüncə
mədəniyyəti- fəlsəfədir». Tarixi inkişafın sonrakı mərhələlərində
mədəniyyətin digər sahələrinə aid terminlər formalaşmağa başladı:
“sivilizasiya”, “təhsil”, “tərbiyə”, “tərəqqi”, “inkişaf” və s. Qədim xalqlardan
3
biri hesab edilən və Şərq sivilizasiyasının aparıcı sütunlarından olan çinlilər
və hindlilər də “mədəniyyət” anlayışını öz fəlsəfi nəzəriyyə və təlimlərinə
müvafiq mənalandırmışlar. Türklərdə isə “kültür” formasında ifadə olunur.
Çox qəribədir ki, mənşəcə soy kökü türk olan bizim xalqın dilində “kultura”
anlayışı ərəb dilindən gətirilərək “mədəniyyət” sözü ilə ifadə olunub. Belə ki,
ərəb dilində “mədinətun” anlayışı “şəhər” sözü ilə bağlıdır. Bu, xam
vəziyyətində olanın insan əli ilə dəyişdirilməsi, təkmil formaya salınması
mənasını verir.