Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti



Yüklə 198 Kb.
səhifə3/9
tarix27.01.2023
ölçüsü198 Kb.
#81126
1   2   3   4   5   6   7   8   9
kurs işi makro

«Milli iqtisadiyyat» terminini qəbul etməklə biz ona əsaslanarıq ki, ölkənin təsərrüfatı müxtəlif mülkiyyət formalarına məxsus müəssisələri birləşdirir. Onlar, təbii ki, institusional sistemin qarşıya qoyduğu tələblərə uyğun, dövlətin strateji məqsədlərini nəzərə alaraq fəaliyyət göstərməldir. Lakin iqtisadi agentlərin maraqları həm strateji, həm də taktiki münasibətdə müxtəlif ola bilər, onların bilavasitə vahid mərkəzdən idarə edilməsi də praktiki olaraq qeyri-mümkündür. Başqa sözlə, bazar iqtisadiyatı şəraitində yalnız struktur yox, həmçinin ölkə iqtisadiyyatı daxilində qarşılıqlı münasibətlər də iqtisadiyyatın məskənləşdirilmiş qaydada idarə olunan iqtisadiyyatın şərtlərindən köklü şəkildə fərqlənir. Ölkənin iqtisadiyyatı mərkəzi hakimiyyət orqanlarına tabe olan vahid xalq təsərrrüfatı kompleksindən, müxtəlif iqtisadi agentlər məcmununa çevrilir. Bu şəraitdə iqtisadiyyatın dövlət tənzimlənməsi üzrə dövlətin funksiyaları kökündən dəyişilir. Burada iqtisadi agentlərin fəaliyyətinin bütün aspektlərini reqlamentləşdirən, o cümlədən, xalq təsərrüfatı kompleksinin müvafiq proporsiyalarmı təmin edən, icraçı məcburi olan direktivlər yox, cəmiyyətin mənafeyinə bütün iqtisadi agentlər məcmunun fəaliyyətinin müvafıqliyini müdafiə etməyə meylli institutlar birinci plana daxil olur.
Nə qədər ki, müasir dünyada praktiki bütün ölkələr iqtisadi fəaliyyətdə çox və ya az dərəcədə dövlətin təsirinə əsaslanan bazar münasibətləri şəraitində işləyir, dilçilik nöqteyi nəzərindən bu terminlər oxşar olsa da, «xalq təsərrüfatı» yox, «milli iqtisadiyyat» terminindən istifadə etmək məqsədəuyğundur.
«Sahə məkanı» termininin şərhi.
İndi sahə məkanında iqtisadi fəaliyyətin strukturlaşdırılması nəyi göstərir, məsələsini araşdıraq.
Ölkənin iqtisadiyyatı ictimai əmək bölgüsünün müxtəlif formalarının nəticəsində yaranan və inkişaf edən, qarşılıqlı fəaliyyət göstərən müxtəlif səviyyəli agentlər kompleksidir.
İctimai əmək bölgüsü bütövlükdə cəmiyyətdə müəyyən sosial əhali qruplarının yerinə yetirdikləri müxtəlif sosial fun­ksiyaları və bununla əlaqədar olaraq milli iqtisadiyyatın ayrı-ayrı sferalarının (sənaye, kənd təsərrüfatı, nəqliyyat və rabitə və s.) ayrılması, hansı ki, bunların da öz növbəsində daha xırda bölmələrə-sahələrə, alt-sahələrə, istehsal növlərinə və s. bölünməsini göstərir.
K. Markısm təklif etdiyi məşhur triadanı müasirləşdirməklə müasir şəraitdə ictimai əmək bölgüsünü uyğun aşağıdakı formalara ayırmaq olar:

  • milli iqtisadiyyatın iri növləri arasında əmək bölgüsü: sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və iqtisadi fəaliyyətin başqa iri növləri arasındakı bölgü əməyin ümumi bölgüsü adlanır;

  • sahələrdə və alt sahələrdə əmək bölgüsü (iqtisadi fəa­liyyətin növləri və alt növlərində), milli iqtisadiyyatda buna xüsusi əmək bölgüsü deyilir;

  • ayrıca müəssisənin daxilində əmək bölgüsü az təsadüf edilən əməyin bölgüsü adlanır;

  • əmək bölgüsünün bu formalarının hamısı sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir və bir-birinə əhəmiyyətli təsir göstərir. Ümumi və az təsadüf edilən əmək bölgüsü prosesində müxtəlif sahə bölmələri fərqləndirilir. İqtisadi fəaliyyət sahəsi ifadəsi altında onu digər hissələrindən fərqləndirilən bu fəaliyyətin bəzi tərəfləri kimi nə başa düşülür?

İqtisadi fəaliyyətin hər bir növü maddi və qeyri maddi nemətlərin istehsalı və mübadiləsi prosesində müəyyən funksiyaları yerinə yetirirlər. Bu fəaliyyətin nəticəsi fərdlərin, qrupların və təşkilatların da bu və ya digər təlabatlarmm ödənilməsidir. Beləliklə, bu cür fəaliyyətin hər bir növü müəyyən iqtisadi təyinata malik məhsullar istehsal (əmtəələr və xidmətlər) etməlidir: bu məhsul ya fərdi, ya da istehsal istehlakı təyinatlı olmalıdır. Nə qədər ki, məhsul öz texniki keyfiyyətlərə görə seçiləcək, onun istehsalı üçün müəyyən texnologiyalar və əsaslandırılmış resursları tələb oluna bilər.
Beləliklə, milli iqtisadiyyatın tərkibində oxşar texno­logiyalardan və resurslardan istifadə edən, oxşar iqtisadi təyinatlı məhsulları istehsal edən müəssisələrin birləşməsi baş verir. Belə, birləşmələri sahələr adlandırmağı qəbul edilmişdir.
Bununla belə qeyd olunan sahə bölmələrinin tərkibinin oxşarlıq dərəcəsi müxtəlif ola bilər. Məsələn, sənaye adlandırılmış milli iqtisadiyyat sahəsi mövcuddur. Bu sahənin müəssisələri nəyi birləşdirir? Başlıca olaraq məhsulun iqtisadi təyinatını. Sənaye cəmiyyətin istehsal vasitələrinə olan tələbatını ödəyir. Ancaq bu vasitələr istehlak və texniki keyfiyyətlərinə görə o qədər müxtəlifdir ki, bəzən onların istehsalına tamamilə müxtəlif texnologiyalar və resurslar tələb olunur. Məsələn, filiz-mədən və kimiya sənayesini, maşınqayırma və elektroenergetika və s. müqayisə etmək kifayətdir. Beləliklə, gələcəkdə milli iqtisadiyyat sahələrinin daha yüksək dərəcədə oxşarlığa malik həm müəssisələrin, həm texnologiyaların, həm də resursların olduğu müəssisələr (iqtisadi agentlər qruplarına bölgüsü zəruridir. Milli iqtisadiyyatın alt sahələri, istehsal sahələri, istehsal növləri və s. yaranır. Belə bölmələrin yaranması ilə milli iqtisadiyyat sahələri daimi yeniləşən təsnifatlarda əks olunur. Yuxarı səviyyəli təsnifatlardan aşağı dərəcəliyə keçdikcə qeyd olunan tərkiblərin birliyi də artır. Sahə bölmələrinin formalaşması prosesi istehsalın sahə differensiallaşması adını aldı. Bu proses xeyli mürəkkəbdir və bir neçə xaraktekrik mərhələdən- həyat tsikli fazalarından keçir:

  1. mövcud sahənin icində və ya yeni iqtisadi fəaliyyət növlə­rinin elmi axtarışlarında irəliləyişlərin nəticəsində törənən;

  2. bu fəaliyyətin miqyaslarının tədricən artması və onun milli iqtisadiyyatın inkişaf səviyyəsinə təsirinin güclənməsi;

  3. iqtisadi fəaliyyətin keyfiyyətcə yenidən pöhrələnməsi, onun iqtisadi cəhətdən ayrılaraq yeni sahənin yetişməsi;

  4. ictimai tələbatların səmərəli ödənilməsi müddətini əhatə edən dövr;

  5. rəqabət qabliyyətinin itirilməsi və ya sahənin mənəvi köhnəlmiş məhsullarına tələbin köklü dəyişilməsi ilə əlaqədar sahənin köhnəlməsi;

  6. sahənin fəaliyyətinin dayanması (istehsal edilmiş əmtəələrin və xidmətlərin bazardan çıxması).




Yüklə 198 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin