AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ naxcivan dovlet universiteti



Yüklə 75,7 Kb.
səhifə2/5
tarix11.03.2020
ölçüsü75,7 Kb.
#30643
1   2   3   4   5
BERQSONUN HEYAT FELSEFESI


Mexaniki və metafizik nöqteyi nəzərdən başa düşülən maddi dünyaya Berqson “Şüur axını” anlayışını qarşı qoyur. Şüurun özündə o, iki səviyyəni qeyd etmişdir: üzdə olan “mən” və daxili “mən”. Üzdə olan “mən” xarici dünya ilə bilavasitə kontaktdadır, məkanda müəyyən edilir. Daxili “mən” isə həqiqi psixi reallıqdır, şüurun bilavasitə özüdür. Daxili “mən” sonsuz axındır, dəyişkəndir. ( 26, 50).

Şüurun vəziyyəti müxtəlifdir,onlar arasında sərhəd yoxdur. Aramsız “şüur axınına” kəmiyyət xarakteristikasını aid etmək mümkün deyil.

Bunun mümkünsüzlüyü həm də şüurun hər yeni vəziyyətinin əvvəlkindən keyfiyyətcə cox fərqli olduğu ilə bağlıdır. Berqson şüuru sürəkli adlandırır, real- lığın keyfiyyət baxımından dəyişilməsidir, bu isə yalnız şüura aiddir. Sürəklilik – şüurun müxtəlif ardıcıl vəziyyətləridir.

Sürəklilik zamandan fərqlidir. Zaman yalnız məkan kəmiyyət dəyişikliyini xa- rakterizə edir, yalnız maddi dünyada istifadəsi mümkündur. Sürəklilik isə şüurun fəaliyyətini xarakterizə edir, onu psixoloji vaxt adlandırmaq olar. Maddi dünyada determinizm və qanunauyğunluq mövcüddursa, Berqsonun məntiqinə görə şüur öz-özünə baş verən aktivlikdir. Bu nöqteyi nəzəri dinamik adlandırır. Şüurun azad olduğunu sübüt edir “azadlıq faktdır”. Müəyyən psixoloji durumu anlamaq üçün onun əvvəlki vəziyyətini anlamaq gərəkdir.

Berqson ilk öncə psixikada müşahidə olunan keyfiyyət dəyişikliliyini, yeni bir şeyin yaradıcılığı faktını anlamağa calışır. Yaddaş şüurun funksiyasıdır (26, 53).

Həyat keçmişdən bu günə doğru uzanan aramsız bir axışdır. Keçmişin geriyə dönməsi mümkün deyildir. Bu uzanan sürəklilikdə, keçmiş özü özünü qoruyar, saxlar. Burada sürəkliliyin bitməyən bir axış oldugu vacib məqamdır. Sürəklilik sonu olmayan, yalnız özü özünü dərk edə bilən bir anlayışdır. Başqa bir tərəfdən, sürəklilik bölünmyən , ölçülməyən bir atılımdır, bir həqiqətdir. Sürəklilik ücün “vardır” deyilə bilməz, yalnız “olmaqdadır” deyilə bilər. “Vardır” demək, bəlli bir anlamda bir “yerə” qoymaqdır.Sürə bəlli bir yerdə deyildir,bitməyən dəyişiklikdir. İnsan düşünən bir varlıqdır, və onun həyatında anlayış gücünün (zeka) önəmli bir yeri vardır.Lakin zəka nə həyatı, nə də sürəkliliyi bir bütünlük içində qavrayabilir A.Berqsonun «Yaradıcı təkamülü» adlı fundamental tədqiqatında qeyd edirdi ki, axı bizim mövcudluğumuz bir-birini əvəz edən məqamlardan ibarət deyildir: belə olsaydı, həmişə ancaq indiki zaman olardı, nə keçmiş zamanın indiki zamanda davamı, nə təkamül, nə də konkret davamlılıq olmazdı. Davamlılıq (sürəklilik) gələcəyi öz içinə alan və irəli hərəkət etdikcə şişib böyüyən keçmişin arısıkəsilməz inkişafıdır. Ancaq keçmiş arasıkəsilməz şəkildə böyüyüb artırsa, demək o, sonsuza qədər qorunub saxlanır. Beləliklə Berqsonun fikrinə görə, yaddaş xatirələrin yığınından təşkil edilməmişdir və onları müvafiq rəflərə düzməklə fərqlənmir.

Burada nə siyahı, nə də rəf var; burada hətta sözün məxsusi mənasında bir elə xüsusi bacarıq da yoxdur, çünki bacarıq deyilən məvhum fasilələrlə hərəkət edir, istədiyi və bacardığı zaman bu hərəkəti icra edir, üstəlik keçmiş keçmişin üstünə qat-qat, arasıkəsilmədən yığılır. Əslində keçmiş öz-özlüyündə, avtomatik saxlanılır. Şübhəsiz, istənilən zaman keçmiş bütövlükdə arxamızca sürünür: uşaqlıqdan nəyi hiss etmişik, nəyin haqqında düşünmüşük – bütün bunlar indiki zamana doğru dartınır, onunla birləşməyə can atır, hər şey şüurun qapısına dirənir, onu sıxışdırıb çıxarmağa cəhd göstərir. Zehin mexanizmi də elə bu əsasda fəaliyyət göstərir, keçmişi məcmu halında şüursuz vəziyyətə sıxışdırmaq, şüur halında yalnız konkret vəziyyəti işıqlandıran faktları saxlamaq...Digər xatirələr yalnız kontrabanda yolu ilə yarımaçıq qapıdan içəri sızıb keçə bilir. Şüuraltının göndərdiyi casuslar bizə elə xəbərləri çatdırırlar ki, özümüz də bilmədən onları izləyirik. Ancaq qaranlıq şəkildə olsa belə, hiss edirik ki, keçmiş bizi tərk etmir.

Berqsona görə, həyat «bir mərkəzdən yayılan və bütün çevrəsi ilə dayanan və yerində sayan titrəyişlərlə hərəkət edən nəhəng bir dalğaya bənzəyir; maneə yalnız bir nöqtədə qalib gəldiyindən təkan sərbəst keçir. İnsan forması bu azadlıqla seçilir». XX əsr fəlsəfəsi insanı məhz bu düşüncə formasından kəşf etdi, onun

«zamana qarşı həssaslığını» artırdı.

Bizim özümüzdə yaddaş sürəkliliyin bir ifadəcisidir.zamanın qulluqcusudur. bizim kecmişimizin cox hissəsi onun vasitəsilə aktivliklə saxlanılır,zəngin alternativlər hər situasiya ücün öz mövcudluğunu saxlayır.Həyat öz miqyasında zənginliklə inkişaf etdiyi kimi,onun irsiyyəti və yaddaşı secim sahəsində genişlənir və nəhayətdə,mümkün cavabların müxtəlifliyi şüuru törədir,şüurun özü isə cavabların repetisiyası,məşq etdirilməsidir.Şüur canlı varlıqların secim qüdrətinə uyğunluğudur. O, əməli əhatə edən imkanlar zonasını işıqlandırır. O, edilmişlə edilə bilən arasındakı intervalı doldurur. Bu, faydasız bir əlavə deyil, bu, təxəyyü- lün canlı bir teatırıdır ki, burada alternativ cavablar labüd seçimdən öncə nümayış etdirilir və sınaqdan çıxarılır, realliqda canlı varlıq əməlin mərkəzidir. O, dünya- ya daxil olan ehtimalları təsvir edir, necə deyərlər, mümkün əməlin müəyyən kəmi- yyətidir. İnsan passiv surətdə uyğunlaşan maşın deyil, o, yönəldici qüvvənin foku-

sudur, yaradıcı təkamülün mərkəzidir (2, 434).

Berqson azad iradəni şüurla əlaqədə nəzərdən keçirir; biz azadlıq deyərkən, sa- dəcə olaraq, onu nəzərdə tuturuq ki, nə etdiyimiz bilirik.

Yaddaşın xüsusi funksiyası – bütün keçmiş qavrayışları yada salmaq, oyatmaq- dır. Bu, indiki qavrayışa analojidir, qabaqcadan gələni və onu izləyəni bizə çatdır- maq, beləliklə, ən faydalı ola bilən qərarı bizə məsləhət bilmək, tövsiyə etmək üçündür. Amma bu, məsələnin heç də hamısı deyildir. Sadə intuisiyada sürəkliliyin çoxsaylı anlarını tuta bilmək üçün o, bizə imkan yaradır, bizi şeylərin axınından, necə deyərlər, zərurətin ritmindən azad edir. Bu anlardan çoxusu materiya vasitəsilə birləşdirilə bilir və bizə verilir.

Əgər deterministlər haqlı olsaydılar, hər bir akt əvvəl mövcud olan qüvvənin avtomatik və mexaniki nəticəsi olsaydı, motiv asanlıqla əmələ çevrilərdi. Amma əksinə olaraq seçim ağır zəhmət, səy, qətiyyət tələb edir ki, şəxsiyyətin gücünü mənəvi qravitasiyaya və tənbəllik vərdişinə qarşı yönəldə bilsin. Seçim yaradıcılıq, yaradıcılıq isə əməkdir. İnsanın narahat cizgiləri də elə bu səbəbdəndir. Heyvanla- rın seçimsiz davranışı dəyişikliksiz və təmkinlidir. Amma sənin itinin sakit olması bu heç də bir fəlsəfi təmkin demək deyildir, bu instinktin bir müəyyənliyidir. Hey- vanın həyat üslubu seçim tələb etmir və bacarmır, heyvanlarda heç bir ixtira möv- cud deyildir. Heç bir ixtira qurulmuş davranış tərzini kökündən dəyişə bilməz. Biz bir davranış avtomatizmini yeni bir avtomatizmlə dəyişə bilərik. İnsanın gəlişi ilə isə vəziyyət dəyişir. Şüur bu zənciri qırır. Yalnız insan azaddır.

Zəka beyin ilə eyni deyildir. Şüur beyindən asılıdır və onunla birlikdə məhv olur. Beyin – obrazlar və reaksiya nümunələri sistemidir; şüur obrazların çağrılma- sı və reaksiyaların seçimidir. Selin istiqaməti çayın yatağından fərqlidir, baxmaya- raq ki, bu vəhşi axını qəbul etməlidir. Şüur ona canlılıq verən bədəndən fərqlidir, baxmayaraq ki, o, onun dəyişikliklərinə uyğunlaşmalıdır.

Bu niyə belədir ki, biz zəka və təfəkkür haqqında materiyanın və beynin ter- minləri ilə düşünürük? Bu ona görədir ki, bizim zəkamızın, “intellekt” adlandirdı ğımız hissəsi materialist yönümlüdür; o, təkamül prosesində inkişaf etmişdir, maddi obyektləri, məkan obyektlərini anlamaq üçündür. Elə buradan da onun və

onun qanunları haqqında təsəvvür formalaşmışdır. Bizim intellekt sözün dar məna- sında bizim bədənimizin ətraf mühitə qarşı münasibətlərini tənzimləmək, xarıcı predmetlərin arasındakı münasibətləri təsvir etmək, bir sözlə materiyanı düşünmək üçündür. Bu, bərk cisim, inert predmetlərin məskənidir. O, bütün təşəkkülü varlıq və vəziyyətlər seriyası kimi görür; o, şeylərin birləşdirici toxumalarını, onların həyatını quran sürəklilik axınını diqqət mərkəzindən kənarda saxlayır.

Kinofilmə fikir verin. Bu bizim yorğun gözlərimizə hərəkətdə və fəaliyyətdə olan canlı kimi görünür. Burada elm və mexanisizm, şübhəsiz ki, həyatın sürəkli- liyini tuta bilməmişdir. Əksinə, burada olan odur ki, elm və intellekt öz məhdud- luqlarını üzə çıxarır. Kinofilm hərəkət etmir, bu, hərəkətin şəkli deyildir, bu yalnız sürətli ardıcıllıqla ekranda verilən ani fotların seriyasıdır, amma bütün bunlar illü- ziyadan başqa bir şey olmasa da, tamaşaçı bu davamlılıqdan zövq alır, necə ki, uşaqlıqda öz baş barmağının dırnaqlarını yeyərək zövq alırdı.

Kamera da reallığın canlı axınını statik mövqelərə bölür, beləliklə, insan intel- lekti vəziyyətlərin seriyasını tutur. Biz materiyanı görürük, enerji isə nəzərimizdən yayınır. Biz materiyanı bildiyimizi, tanıdığımızı düşünürük, amma biz atomu necə deyərlər, qəlbində, ürəyində enerji tapdığımız zaman çasqınlıq halını keçiririk, bizim kateqoriyalarımız əriyib yox olur. Şübhəsiz, hərəkətin bütün təfərrüatları böyük dəqiqlik naminə riyazi prosesdən kənarlaşdırıla bilər. Riyaziyyatın XIX əsrdə bütün tərəqqisi demək olar ki, ənənəvi məkan həndəsəsinə zaman və hərəkət anlayışlarının əlavə edilməsi sayəsində mümkün olmuşdur. XX əsrin başlanğıcında Maxın, Pirsonun və Anri Puankarenin timsalında bütün elm boyu elmin öz təbiəti ilə bağlı belə bir şübhə gəlib keçir ki, dəqiq elm, sadəcə, təqribidir, o, materiyanın ətalətini həyatdan daha yaxşı qavraya bilir (2, 436).

Amma bu, bizim öz günahımızdır. Fiziki anlayışları, ümumiyyətlə, təfəkkür sahəsinə tətbiq etməkdə, biz determinizmin, mexanisizmin və materializmin çıxıl- maz vəziyyətində israrlı olaraq dayanmış oluruq. Düşüncənin sadə biz anı göstərə bilər ki, fizikanın anlayışları zəka dünyası üçün necə də yersizdir; biz mil haqqında yarım mil haqqında olduğu kimi həvəslə düşünürük, yer ətrafına sayahəti düşündü-

yümüz zaman isə qəfildən işıq saçırıq, fikrə dalırıq. Bizim ideyalarımız onları məkanda hərəkət edən maddi hissəciklər kimi təsvir edən hər bir səydən yayınır. Həyat bu cisim anlayışlarından qurtulmaq istəyir, çünki həyat məkanın işi olmaq- dan daha çox zamanın işidir. O, vəziyyət deyil, dəyişiklikdir; o, keyfiyyət olduğu qədər kəmiyyət deyildir; o, materiyanın və hərəkətin sadəcə olaraq, yenidən bölüş- dürülməsi deyil, axan və inadlı bir yaradıcılıqdır.



Şüur, Berqsonun fikrinə görə, coxqatlı həyacanlar axınıdır: aramsız, hər zaman dəyişən yaradıcı reallıqdır. Şüurun həyacanlar axını kimi başa düşülməsi Berqson- dan əvvəl Kyerkeqor fəlsəfəsindədə özünə yer almışdır. Berqsonla paralel analoji ideya praqmatizmin banilərindən hesab edilən Ceymsin yaradıcılığında mövcud olmuşdür. Bu axını, dəyişikliyi subyektiv vaxt birləşdirir, yəni sürəklilik, kecmiş və indiki zamanın qarşılıqlı və aramsız bir-birinə təsiri. Şüurun müxtəlif qatları vardır: dərin refleksəqədərki, yəni şüur altıdan başlayaraq üzdə olan intel-

lektual şüura qədər. Berqson şüuraltı anlayışından istifadə edir. Şüuraltının tədqiqi- ni vacib hesab edir. Bu baxımdan Freydin idealarını davam edir. İntellektual şüur şəxsiyyətin sosial həyatı ilə bağlıdır. Şüurun dərin qatlarında hec bir qanunlar yox- dur, yalnız faktlar mövcuddur, ən vacibi isə - sürəklilik və azadlıqdır.Yalnız üzdəki səviyyələrdə səbəbilik qanunları quvvədədir. Azadlıq problemi Kant fəlsəfəsində önəmli əhəmiyyət kəsb etmişdir. Əgər Kant fəsəfəsində azadlığın statusu – praktiki idrak postulatıdrsa, Berqson təlimində bilavasitə şüur faktıdır. Kantın fikrinə görə insan transendent varlıq olaraq azaddır, Berqson fəlsəfəsində isə insan şüuraltı sə- viyyədə azaddır. Berqson hesab edir ki, insan intellektual səviyyədə azad deyil.

Şüuru aramsız axın olaraq intellekt tərəfindən deyil yalnız intuisiya gücü ilə anlamaq olar.

II. YARADICI TƏKAMÜL TƏLİMİ

2.1.”HƏYATI CIRPINTI” YARADICI TƏKAMÜLÜN ƏSASI KİMİ

Berqson “Yaradıcı təkamülü” əsərində ondan oncəki təkamül təlimlərini tənqid etmişdir. Darvinizmi, neodarvinizmi, lamarkizmi, neoplatonizmi həmcinin Spenser tərəfindən təkamülün fəlsəfi interpretasiyasını tədqiq etmişdir. Bütün

təkamül təlimlərini determinist və teleoloji təlimlərə bölərək onların ümumui nöq- sanını qeyd etmişdir. Bu nöqsan – faktiki inkişafı nəzərə almamaqdadır. Determi- nistlərin fikrinə görə təkamül öncəki səbəblə müəyyən edilir; ənənəvi teleologiya- nın nümayəndələrinə görə isə müəyyən məqsədə yönəlmişdir. Hər iki halda, Berq- sonun fikrinə görə, proses qabaqcadan müəyyən edilmiş kimi görünür və həqiqi yeniliyin yaranmasını inkar edir.

Keyfiyyətcə hər bir hadisəBerqsona görə gözlənilməz baş verir və onun yaranması ehtimalını qabaqcadan nəzərə almaq mümkün deyil.

Bioloji təkamülə, Berqson şüurun fəaliyyəti izahi zamanı irəli sürülmüş inki- şaf – sürəklilikdir, idealistik sxem nöqteyi nəzərindən yanaşmışdır. Şüur, ilk öncə

üstün şüur,həyatın təməlidir. Berqson, bu baximdan obyektiv idealist kimi cıxış edir. Lakin yaradıcılığının ilkin mərhələlərində fərdi şüurun analizi ilə məhdudla- şaraq subyektiv idealist mövqeyindən cıxış etmişdir.

Berqson fəlsəfəsi öncəki obyektiv idealizm formalarından fərqlidir. Burada ənənəvi idealizmə xas olmayan yeni məsələlər qaldırılmışdır. Berqsonun təkamül konsepsiyası mexanistik materializmə xas olan metafizik düşüncəyə, həmcinin idealizmin başlangıcı forması olan platon fəlsəfəsinə qarşı cıxış edir. Platon fəlsə- fəsində, varlığın mahiyyəti dəyişilməzdir və müşahidə olunan dəyişıklıklər varlı- ğın yalnız üzdə olan tərəflərinə aiddir. Substansiya dəyişilməzdir fikrinə qarşı Berqson dəyişiklik – substansional və möhkəmdir fikrini irəli sürmüşdür. Artıq varlığın keyfiyyət dəyişiklikləri kimi başa düşülən sürəklilik Berqson tərəfindən tək şüurun fərqli xüsusiyyəti deyil, bütün varlığın xüsusiyyəti kimi qiymətlən- dirilir. Hər şey daxilən dəyişir, konkret reallıq təkrar olunmazdır.

Dəyişikliyin universall olduğunu geyd etməklə Berqson obyektiv dialektikanın problemini müzakirə edir. XX əsrin əvvələrində Berqsonun fikirləri – fəlsəfə tarixində vacib olan yeni fikir kimi qiymətləndirilmişdir.

Baxmayarq ki, yaradıcı təkamülü probleminə Berqsondan öncə də digər filo- soflar tərəfindən toxunulmuşdur, lakin yalnız Berqson bu məsələyə öz fəlsəfəsində daha geniş yer ayırmışdır. “Yaradıcı təkamülündə” Spenser təkamülünə qarşı cıxır.

Sürəklilik dairəsinə canlı orqanizmləri daxil edərkən, berqson maddi və mənə- vinin qarşılıqlı təsirini təhlil edir. Metaforaya müraciət edərək Berqson yazırdı ki, şüur və üstün şüur – bu bir fişəngdir, onun sönük qalıqları materiya halında yerə enir.İlk və əsas reallıq – üstün şüurdur.

Təkamül prosesi məqsədyönlüdür. Düşünən insanın yaranması təkamül prose- sinin ən vacib məqamidır.

Müəllifin fikrincə, təkamül – orqanizmlərin içərisinə düşdüyü mühitə passiv, mехaniki uyğunlaşması dеyildir, təkamül məqsədyönlü və yaradıcı prosеsdir

Berqsonun yaradıcı təkamül fəlsəfəsi həyat fəlsəfəsinin digər nümayəndələrin- dən fərqli olaraq, təbiətşünaslığa əsaslanırdı. O, “həyat” konsepsiyası əsasında dünyanın elə bir mənzərəsini yaratmaq istəyirdi ki, onun vasitəsilə təbiətin təka-

mülü və insanın inkişafının yeni şəkildə izahını versin, onların vəhdətini əsaslan- dırsın. A.Berqsonun fəlsəfi təliminin mərkəzi anlayışı – həyatı çırpıntıdır. Onun nöqteyi-nəzərincə, həyat – aramsız yaradıcı təşəkküldür. Varlığın ətaləti mənşəyi olan materiya müqavimət göstərsə də, həyata tabe olur. Bunun sayəsində, təbiət dünyasının təkamülü yaradıcı takamülə çevrilir. Nəticədə, Berqsonun fəlsəfəsində dünya vahid, aramsız və qarşısialınmaz şəkildə inkişaf edən, öz-özünə əmələ gələn və gözlənilməz şəkildə olan bir varlıq kimi təqdim olunur. Berqson belə hesab edirdi ki, bu dünya aramsız şəkildə təşəkkül tapır və daim yeni formalar yaradır.

Onun fikrincə, insan əqli, zəkası vasitəsilə materiya dünyasına kifayət qədər uyğunlaşıb (3, 499).

Bu yeni istiqamət nöqteyi-nəzərindən təkamül daha bizə Darvinin və Spense- rin təklif etdikləri kimi mübarizənin və dağılmanın körtəbii və tutqun mexanizmi kimi deyil, tamamilə, başqa bir baxış bucağı altında təqdim olunur. Biz təkamüldə sürəkliliyi, qüvvələrin toplanmasını, həyatın və zəkanın ixtiraçılıq qabiliyyətini, “mütləq olaraq yeni olanın ardıcılıqla, dəqiqliklə işlənib hazırlanmasını” hiss edirik.



Biologiya dünyasının hər yerində Darvinə qarşı qiyam qörünürdü.Darvinizmin bütovlükdə isə mənası ondan ibarətdir ki, yeni orqanların və funksiyaların, yeni orqanizmlərin və növlərin mənşəyini əlverişli variantların təbii seçimi ilə bağlayır. Amma bu konsepsiya o vaxt yarım əsrlik bir tarixə malik olsa da, çətin həzm olunan bir nəzəriyyə idi. Məsələn, instinktlərin öz başlanğıcını haradan götürməsi bu nəzəriyyə baxımdan məlum deyildi. Onları belə anlamaq daha əlverişli olardı ki, onlar əldə edilmiş vərdişlərin irsən mənimsənilən akkkumlyasiyalardır; əgər oxşar qabiliyyətlər və keyfiyyətlər ötürülə bilərsə, hər bir instinkt ilkin olaraq yarandığı anda indi olduğundan daha güclü olmalıdır; o, əməl üçün tam yararlı olmalıdır; başqa bir halda o, həyat uğrunda mübarizə qabiliyyətinə malik olmazdı. Əgər o, özünün ilkin təzahüründə zəifidisə özünü qoruya bilmə dəyərinə sahib ola bilməzdi.

İlkin instinktlərdə olduğu kimi hər bir variasiya da belədir: göz kimi mürəkkəb orqanları nəzərdən keçirdikdə buraya qarşıya çıxan çətinlik məyusədicidir; ya göz

özünün bütün forması və qabiliyyəti ilə bir dəfəyə meydana gəlmişdir, ya da öz varlığını təsadüfi variasiyalarla başlayır və özünü təsadüfi olaraq saxlayır. Hər bir addımda mürəkkəb strukturların, variasiyanın və seçimin körtəbii prosesi vasitəsilə mexaniki yaranışı nəzəriyyəsi bizə sanki bir nağıl təqdim edir. Bu nağıl öz kiçik- liyi ilə gözəldir.

Burada ən böyük çətinlik oxşar hadisələrin meydana çıxmasıdır. Bu halda müx- təlif mənalar üzə çıxır. Məsələn cinslər yenidən yaratma üslubu kimi bitkilərdə, heyvanlarda da mövcuddur; burada təkamülün müxtəlif yolları mövcüddür, amma hər iki halda eyni mürəkkəb “təsadüf” baş verir. Yaxud müxtəlif canlıların, məsə- lən, molyuskaların və onurğalıların görmə orqanlarını nəzərdən keçirək; təkamülün bir-birindən asılı olmayan iki istiqamətində eyni bir nizam necə qurula bilir, əgər o, təsaddüfidirsə? Bu misalları sonsuz sayda artırmaq olar. Çox möcüzəli bir haldır ki, təbiət eyni nəticələrə gəlib çıxır.

Amneziya, yəni yaddaşın itirilməsi və afaziya, yəni nitqin itirilməsi, itirilmiş yaddaşın və funksiyaların yenidən meydana çıxması və bu kimi digər faktlar bizə güman etməyə əsas verir ki, təkamüldə maddi hissələrin biçarə mexanizmindən daha əhəmiyyətli olan nə isə vardır. Həyat maşın olmaqdan daha yüksəkdədir, bu, elə bir qüdrətdir ki, arta bilər, özünü bərpa edə bilər, ətraf şəraiti öz iradəsinə uyğun şəkildə qura bilər. Bu möcüzələri müəyyənləşdirən xarici bir plan yoxdur.

Biz həm mexanizmdən, həm də fatalizmdən kənar durmalıyıq. Biz öncə düşü- nürdük ki,hər şey ona görə hərəkət edir ki, hansısa bir kvazi-insani iradə öz kosmik oynunda onlardan bir alət kimi istifadə edir. Sonra düşündük ki, kosmosun ozü bir maşındır, çünki biz özümüzü öz mexaniki əsrimizin xarakteri və fəlsəfəsi ilə belə bir düşüncəyə məhkum etmişik. Şeylərdə onların layihəsi vardır, amma bu, onların içərisindədir, kənarda deyildir; entellexiya, bütün hissələr bütövün funksiyası və niyyəti vasitəsilə daxildən determinasiya olunurlar, daxildən müəyyənləşirlər.

Həyat odur ki, şəy göstərir, bu və ya digər istiqamətdə təkanlar edir: ”dünyanı həmişə və həmişə yenidən doğulmağa məcbur edir”. O, ətalətin və təsadüfi əksliyidir. İnkişafın bir istiqaməti var ki, predmet bu istiqamətə özünü daxildən

məcbur edir. Buna qarşı materiyanın inersiyası durur və bu inersiya da şeyləri sükunətə və ölümə doğru yönəldir. Həyat hər bir mərhələsində özünün fəaliyyət vasitələrinin ətaləti ilə mübarizə aparmalıdır. Əgər o, ölümü yenidən yaratma vasitəsilə fəth edirsə, bədəni ətalətə və tənəzzülə məhkum edir. O, hətta bir yerdə duruş gətirmək üçün materiyanı və onun “qanunlarını” inkar etməlidir. Bitkilərə oxşamamaq və hərəkət edə bilmək üçün o, hər anda səy və yorğunluq vasitəsilə qələbə çalmalıdır. İnstinktin, vərdişin və yuxunun sakitedici avtomatizminə imkan verildiyi anda isə şüur uyuyur (2, 440).

Həyat əvvəlcə, demək olar ki, materiya qədər ətalətli olur. O, hərəkətsiz forma alır, sanki həyati impulslar hərəkəti törədə bilməyəcək dərəcədə zəifdir. Və inkişa- fın böyük bir istiqamətində bu hərəkətsiz stabilllik həyatın məqsədinə çevrilir; əyilən zanbaq və möhtəşəm palıd Tanrı əmin-amanlığı qarşısında bir mehrabdır.

Amma həyat bitkinin bu xanənişin mövcudluğu ilə qane olmur.Onun meyli həmişə təhlükəsizlikdən azadlığa doğrudur. Çanaqdan və başqa mühafizə vasitələrindən imtina edərək, o, quşların asudəliyinə, rahatlığına, dincliyinə və azadlığına can atır. Ağır zirehə bürünmüş cəngavər yüngül və rahat geyimli piyada döyüşçüyə cevril- məli idi və həyatın təkamülündə, insan cəmiyyətlərinə və talelərin təkamülündə ən böyük uğurları qazanmağın ən ümumi üsulu riskdir. İnsan öz bədənində yeni orqanların yaranmasının dayanmasını aşkar etdiyi zaman, bunun əvəzində müxtə- lif alətləri və silahları yaradır və onları ehtiyac olmadığı halda kənara qoyur, bu. əlbəttə ki, ağır bir zirehi öz üzərində daşınmaqdan daha yaxşıdır, ağır zireh onların məharətlərinin azalmasına gətirib çıxarır. Həyatın vasitələri və alətləri ona yardım da edə bilər, mane də ola bilər.

Bu, orqanlara aid olduğu kimi instinktlərə də aiddir. Onlar ruhun alətləridirlər İnsan bədəninə həmişə bitişik və daimi olan bütün digər organlara bənzər olaraq onlara ehtiyac yaradan mühitin aradan götürüldüyü halda onlar bədən üçun ağir bir yükə çevrilirlər. İnstinkt stereotip və irsi situasiyalara hazır, qəti və əksər hallarda uğurlu cavablar verir; amma bu, orqanizmi dəyişikliklərə uyğunlaşdırmır. O, insani müasir həyatın mürəkkəbliklərini çevik bir qaydada qarşilamaq üçün hazır etmir. Bu, təhhlükəsizliyin ifadəçisidir, intellekt isə macəralı, riskli azadlığın

orqanıdır.

Bu, necə də əhəmiyyətli bir faktdır ki, biz, adətən, o zaman gülürük ki, canlı varlıq özünü materiya kimi, mexanizm kimi aparır; o zaman ki, kloun məqsədsiz olaraq tullanır, mayallaq aşir və orada olmayan sütuna söykənir və ya sevgilimiz buz üzərində sürüşüb yıxıldığı zaman biz öncə gülməkdən özümüzü saxlaya bilmi- rik, yalnız sonra müxtəlif suallar veririk. Spinozanın demək olar ki, ilahi ilə qarışıq saldığı həndəsi həyat real olaraq yumora və göz yaşlarına əsas verir. Bu, həm gül- məli, həm də utandırıcıdır ki, adamlar maşın olmalıdırlar və onların fəlsəfəsi onları təsvir etməlidir.

Həyat öz təkamülündə üç istiqamətdə inkişaf etmişdir: birinci istiqamətdə o, qorxaqlıq və təhlükəsizlik şəraitində minilliklər ərzində, demək olar ki, bitkilərin cismani ətalətini yaşamışdır. Digər istiqamətdə onun ruhu və səyi qarışqalarda və arılarda olduğu kimi instinktdə dondurulmuşdur, amma onurğalılarda o, azad olmağa cəsarət etmiş, ona hazır bir şəkildə verilən instinktləri cəsarətlə bir kənara tullamış və təfəkkürün sonsuz risklərinə doğru inamla addımlamışdır. Amma instinkt bu günə qədər də reallığı dərindən görmək və dünyanın mahiyyətini tuta bilmək üçün ən yaxşı üsuldur. Amma ağıl, dərrakə də daha qüdrətlə, daha cəsarətlə yüksəlir və daha geniş miqiyası olur; nəhayət, intellekt vasitəsilə həyat öz maraqla- rını və ümidlərlərini izləyir.

Yüklə 75,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin