Tomas Müntser təlimi. Reformasiyanın radikal mərhələsi.
Lüterin ən barışmaz apponentlərindən biri, onun keçmiş ardıcıllarından biri ruhani Tomas Münser (1489-1525) olmuşdur. O, Reformasiyanı kilsənin və dünyanın yeniləşdirilməsi kimi qəbul edirdi və hesab edirdi ki, İlahi hakimiyyət bərqərar olacaq, onun hakimiyyətindən başqaheç bir hakimiyyət olmayacaq. Lüterdən fərqli olaraq Münser Bibliyanın yeganə mənbə olduğunu hesab etmirdi. Onun fikrincə, insan öz «daxili səsi» ilə Allahı dərk edə bilər. (Y.H.Gözəlova, “Orta əsrlərdə Avrasiyanın ticarət əlaqələri”, Bakı – 2012. (səh. 264))
Münserin təliminə görə, Tanrı Müqəddəs Kitabından sonra susmamışdır, insanlara ünsiyyətini davam edir. Lüter onun bu fikrini kinayə edib deyirdi: «Tanrı onu mələk bilib onunla danışır». Münser isə cavab verirdi ki, təkcə katolik ruhanilər yox, Lüter də Bibliyanı «ölü» hərflər kimi qəbul edir, çünki Tanrını dərk etmək qabiliyyəti ona verilməyib. Xalqı maarifləndirmək üçün, Tanrının sözünü insanlara çatdırmaq üçün Münser Almaniyada ilk dəfə dini ayini alman dilində etdi. O, «imanında yanılmayan» kəsləri sadə xalqda görürdü və deyirdi: «Mən xalqa şübhə etmirəm».
Lüterdən fərqli olaraq Münser peyğəmbər Danielin dediklərinə əsaslanıb bildirirdi ki, tezliklə böyük dəyişiklik ola-caq və bütün hakimiyyət sadə xalqa veriləcək. Lüterin «yalançı din»ini ifşa edən Münser onu xalqı qəzəbləndirən səbəbləri gizlətməkdə günahlandırırdı. Bütün bədbəxtliklərin kökündə o, knyazları görürdü. Münser bildirirdi ki, hər gür zorakılığın əleyhinədir və ona görə də hakimləri xəbərdarlıq edir ki, xalqı öz düşmənlərinə çevirməsinlər. Lüter Münseri xalqı qiyama çağıran «Şeytan əməlli Ruh» adlandırdı. Reformasiyanın hər iki xadimi iki müxtəlif cərəyanın ifadəçisi idi.
Onların hər biri çox mürəkkəb dini-fəlsəfi və eyni zamanda dünyəvi problemləri özündə cəm edən ideyalar irəli sürürdülər. Lüterçilik mötədil-mühafizəkar cərəyanın, digəri isə radikal cərəyanın əsasını təşkil edirdi. Lakin bu cərəyan yalnız 1525-ci il Kəndli Müharibəsi zamanı açıq sosial münaqişələr gedişində mükəmməl oldu.
Reformasiyanın ilk illərində bu hərəkatı öz maraqları üçün istifadə etmək cəhdini alman cəngavərləri etdi. Orta əsrlərlə müqayisədə cəngavərlərin mövqeyi xeyli dəyişmişdi. Onlar yenə də öz əsas vəzifələrini hərbi xidmətdə görürdülər, lakin odlu silahın, xüsusilə artilleriyanın inkişafı açıq silahlı cəngavər dəstələrinin əhəmiyyətini azaltmışdı. Əmtəə təsərrüfatının inkişafı cəngavərlərin iqtisadi mövqeyini də zəiflədir. Xüsusilə Cənub-Qərbi Almaniyada onlar kilsənin var-dövlətinə paxıllıq edirdilər.
Cəngavərlər yaranmış vəziyyətdən çıxış axtarmaq üçün «vahid cəbhədə» çıxış edirdilər. Onların məqsədi knyazlarla rəsmi hüquqi sazişə girmək, imperiyada öz siyasi statuslarını möhkəmləndirmək idi. Eyni zamanda cəngavərlər knyaz məhkəmələrindən, açıq rüsumlardan şikayətlənirdilər. Hüquqi saziş cəhdi bir neçə dəfə boşa çıxandan sonra ümumimperiya miq-yaslı ittifaq yaratması ideyası yayılır. Yuxarı Reynin cəngavərləri Frans fon Zikkingenin (1481-1523) başçılığı ilə bu ittifaqda birləşirlər. (Y.H.Gözəlova, “Orta əsrlərdə Avrasiyanın ticarət əlaqələri”, Bakı – 2012. (səh. 266))
Cəngavərlərin birləşməsi ideyasının tətbiqində Ulrix fon Qutten də fəal rol oynayırdı. O, ümid edirdi ki, zadəganlar geniş müxalifətin özəyi olacaq və Almaniyada Romaya qarşı böyük dayaq kimi çıxış edəcək. Roma ağalığından xilas olmaq işində Reformasiyanın milli-vətənpərvər əhəmiyyətini dərk edən Qutten Lüterin fəal müdafiəçisi kimi çıxış edir. Quttenlə yaxınlaşan Zikkingen də Reformasiyanın tərəfdarı olduğunu bildirir.
1522-ci ilin avqustunda o, Almaniyanın ən iri knyazlığı – Trir kurfürlüyünə qarşı yürüş təşkil edir. Bu yürüş iştirakçıları bir tərəfdən, böyük bir knyazlığın dünyə-viləşdirilməsinə, digər tərəfdən, yerli cəngavərlərin kilsə ədliyyəsindən azad olacağına ümid edirdilər. Lakin Tririn müharibəsi uğursuz oldu. Arxiyepiskopun və knyazların ordusu 1523-cü ilin yazında Zikkingenin qalasını ələ keçirdilər, özünü isə öldürdülər. Qutten ağır xəstə halında İsveçrəyə qaçdı tezliklə orada vəfat etdi. Şvabiya ittifaqının qanunları Zikkingenin tərəfdarlarının qəsrini dağıtdı. Cəngavərlərin siyasi iddialarına bir neçə onillik son qoyuldu.
Dostları ilə paylaş: |