temperaturlarda daxil olurlar.Bunun nəticəsində məhlul daxil olduğu korpusda (2-
ci və ya 3-cü) qaynama temperaturuna qədər soyuyur.Məhlulun soyuması isə
buxarlanma hesabına əldə olunur və bu zaman ayrılan istiliyin hesabına müəyyən
qədər əlavə təkrar buxar əmələ gəlir.Bütün korpuslarda (1-cidən başqa) baş verən
bu hadisəyə öz-özünə buxarlanma hadisəsi deyilir. Zəif xammal məhlulunun
qaynama temperaturuna qədər qızdırılması ayrıca aparatda (sıfır korpus) həyata
keçirilir ki, bu da 1-ci korpusda qızdırıcı səthin çox böyüməsinin qarşısını alır.
Axırıncı korpusdan çıxan təkrar buxar barometrik kondensatora verilir və burada
buxarın soyuducu su ilə qarışaraq kondensləşdirilməsi tələb olunan vakuumu
yaratmağa imkan verir.
Soyuducu su ilə və boru kəmərlərinin kip olmayan birləşmələrindən qurğuya hava
daxil ola bilən,istilikötürmə prosesini kəskin yavaşıdan hava və eləcə də
kondensləşməyən qazlar vakuum-nasos ilə sistemdən sorulur və damcıtutan
aparatdan keçməklə atmosferə verilir. Düzaxınlı sxemin mənfi cəhətlərindən
başlıcası odur ki,qurğunun axırıncı korpusunda məhlulun qaynama temperaturu
nisbətən aşağı olur və bu korpusda ən qatı məhlul buxarlandırılır.Eyni zamanda
məhlulun temperaturunun azalması və qatılığının artmasınun özlülüyün kəskin
artmasına və bununla əlaqədar olaraq istilikötürmə əmsalının azalmasına səbəb
olur;buna görə də düz axınlı sxem üzrə işçi qurğunun birinci korpusundan
sonuncuya doğru getdikcə istilikötürmə əmsalı azalır.
Dostları ilə paylaş: