fasiləsiz proseslərdə vaxt itgisi olmadığından məhsuldarlıq yüksək olur;
fasiləsiz proseslərdən alınan məhsul bircins olduğundan onun
keyfiyyətini yüksəltmək mümkün olur;
fasiləsiz işləyən prosesləri mexanikləşdirmək, avtomatlaşdırmaq, idarə
etmə sistemlərini tətbiq etmək asandır, bu da əl əməyini xeyli
asanlaşdırır;
fasiləsiz işləyən aparatlar yığcam olurlar, quraşdırma, təmir və qulluq
etmək asandır
Ona görə də kimya texnologiyasının müxtəlif sahələrində aparılan texnoloji
proseslərin əksəriyyəti fasiləsiz olaraq aparılır. Lakin buna baxmayaraq, bəzi
məhsulların istehsalını fasiləsiz aparmaq mümkün olmadığından onları dövrü
işləyən aparatlarda aparmaq daha məqsədəuyğundur. Kimya texnologiyasında elə
proseslər mövcuddur ki, onun bir və ya bir neçə mərhələsi dövrü olaraq aparılır.
Belə proseslərə kombinə olunmuş proseslər deyilir.
Dostları ilə paylaş: