Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universiteti



Yüklə 97,04 Kb.
səhifə6/20
tarix02.01.2022
ölçüsü97,04 Kb.
#42083
1   2   3   4   5   6   7   8   9   ...   20
referat 3774

1.2.İqtisadiyyatı. İqtisadi rayon başlıca olaraq əkinçilik, üzümçülük, şərabçılıq və heyvandarlıq üzrə ixtisaslaşmışdır. Əkinçilikdə aparıcı yeri taxılçılıq tutur. Dağlarda yayılan qaratorpaqlarda kartof yetişdirilir, düzən sahələrində pambıq əkilir. Digər əkincilik sahələri yerli istehlak xarakteri daşıyır. Əhalisinin yerli təlabatının ödənilməsi üçün bostan-tərəvəz məhsulları, meyvə yetişdirilir, barama, arı saxlanılır. Heyvandarlığın başlıca sahəsi maldarlıq və qoyunçuluqdur. Şirvan iqtisadi rayonu qədim məskunlaşmış ərazi olsa da, sənaye cəhətdən nisbətən zəif inkişaf etmişdir. İqtisadi rayonun sənayesinin əsasını yerli kənd təsərrüfatı məhsullarını emal edən yeyinti və yüngül sənaye sahələri təşkil edir. İqtisadi rayonun yüngül sənayesi əsasən şərabçılıq, meyvəçilik, tikiş və xalçalıq sahələri ilə təmsil olunmuşdur. Yeyinti sənayesində əsas yerli üzüm məhsulunun emalı - şərabçılıq tutur. Konserv, yağ-pendir zavodları, tara müəssisələri fəaliyyət ğöstərir. Bundan əlavə, rayonun iqtisadiyyatında meşə və ağaç emalı, tikinti materialları istehsalı (İsmayıllı rayonunda ağaç emalı müəssisəsi, Şamaxı, Qobustan rayonlarında Daş karxanaları, kərpiç zavodu), kənd təsərrüfatı texnikasının təmiri müəssisələri mövcüddür. Şirvan torpağı tarixən sənətkarlıq və toxuçuluq mərkəzi olmuşdur. Lahıc qəsəbəsi özünün misgərlik məmulatları, Basqal kəndi isə xalq içində öz kələğayısı ilə məşhurdur. Şamaxı şəhərində də ipək kələğayı emalatxanaları fəaliyyət göstərir. Əksər kəndlər üçün xalçaçılıq ənənəvi sənətkarlıq növüdür.

Regionun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahə əsasən tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşmışdır. Bundan başqa, Dəvəçi, Siyəzən, Xaçmaz rayonlarında üzüm, Qusarda kartof yetişdirilir. İqtisadi rayonun əhali məskunlaşan hər yerində taxıl əkilir. İqtisadi rayonun düzənlik ərazisində maldarlıq, dağətəyi və dağlıq zonasında isə qoyunçuluq inkişaf etmişdir. Siyəzən, Çarxı və Dəvəçidə quşçuluq kompleksləri mövcüddür. Rayon iqtisadiyyatının sahə strukturunda kənd təssərufatının inkişafı, eyni zamanda, emal sənaye sahələrinin - yüngül və yeyinti sənayesinin inkişafına təkan vermişdir. Rayonun aqrar - sənaye kompleksinin əsasını meyvə-tərəvəz konservi istehsalı (Xaçmaz, Xudat, Quba), balıq emalı (Xudat), xalça toxuçuluğu (Quba, Xaçmaz, Qusar, Qonaqkənd, Pirəbədi) sahələri təşkil edir. Xaçmazda və Dəvəçidə taxıl və süd məhsulları emal edilir. Neft və qaz hasilatı (Siyazən), elektrotexnika zavodu (Quba), metal qırıntılarının emalı (Xaçmaz) iqtisadi rayonun ağır sənayesinin əsasını təşkil edir. Quba, Siyəzən və Xaçmazda kərpic zavodları, tara müəssisələri var.

Quba-Xaçmaz iqtisadi rayonu çox əlverişli nəqliyyat - coğrafi mövqeyə malikdir. İqtisadi rayon ərazisindən keçən dəmir yolu, avtomobil yolları, magistral neft, qaz və su kəmərləri, telekommunikasiya xətləri ölkənin nəqliyyat-iqtisadi əlaqələrinin inkişafında mühüm rola malikdir.Respublika üzrə ümumi dəmir yolunun 7,4%-i iqtisadi rayonunun payına düşür. Ərazidə dəmir yolunun ümumi uzunluğu 123 km olub, 62 km-i və ya 50,5%-i Dəvəçi və Siyəzən, 61 km-i və ya 49,5%-i isə Xaçmaz inzibati rayonunun payına düşür. Regionda avtomobil nəqliyyatı dəmir yolu nəqliyyatından sonra ikinci yeri tutur. İqtisadi rayonda avtomobil yollarının ümumi uzunluğu 1883 km təşkil edir ki, bu da respublika üzrə ümumi avtomobil yollarının 7,9%-i deməkdir. Azərbaycanı Rusiya Federasiyası ilə birləşdirən kommunikasiya xətləri bu regiondan keçir.


Yüklə 97,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin