filologiya üzrə fəlsəfə doktoru, dosent İslam Vəliyev
filologiya üzrə fəlsəfə doktoru, dosent
Aqil Cəfərov. Nəbi Xəzrinin poetik dili.
Bakı,«Elm və təhsil», 2012, 144 səh. Azərbaycan filologiyasında bədii əsərlərin dil və üslub xüsusiyyətlərinin tədqiqinə hər zaman böyük maraq göstərilir. Oxuculara təqdim olunan bu dərs vəsaiti ilk dəfə olaraq ayrıca, sistemli şəkildə tədqiq edilən Nəbi Xəzrinin bədii əsərlərinin dil və üslub xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir. Şairin ədəbi dilimizin lüğət tərkibinin zənginləşməsində rolu, üslubunun yeniliyi və orijinallığı, leksik-semantik kateqoriyalar (sinonim və antonimlər), özünəməxsus məcazlar sistemi, frazeoloji vahidlərin yaradılmasında novatorluğu, lüğət tərkibini təşkil edən leksik-üslubi layların semantik, bədii ifadə imkanları və üslubi funksiyaları açılır.
Dərs vəsaitindən ədəbi dil tarixi, yazıçı dili, üslubiyyat məsələləri ilə məşğul olan dilçilər, müəllimlər, ali məktəblərin filologiya fakültəsinin bakalavr və magistrləri, aspirant və dissertantlar faydalana bilərlər.