Naxçıvan Muxtar Respublikası – 90
1 yanvar 1993-cü ildən 1 yanvar 2004-cü ilədək olan dövr
ərzində muxtar respublikada 15 inzibati bina, 24 nasos stansiyası,
135 subartezian quyusu, 34 körpü, 6 ticarət mərkəzi, 60 elm və
təhsil müəssisəsi, o cümlədən 16038 şagird yerlik 55 ümumtəhsil
məktəbi, 43 mədəniyyət obyekti, 28 səhiyyə müəssisəsi, 5 idman
obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii
fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan
şəxslər üçün 47 fərdi ev, 123 istehsal və xidmət obyekti tikilərək
istifadəyə verilmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış
evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2003-cü ildə
muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 12,7 min
kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.
Ölkəmizdə ilk dəfə olaraq aqrar islahatlara başlayan
muxtar respublikada artıq bu islahatlar başa çatdırılmışdır. Aqrar
sektorda əldə olunan nailiyyətlər göz önündə idi. Məhz bununla
bağlı ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar
Respublikasının 75 illiyi münasibətilə keçirilən yubiley iclasında
çıxış edərək demişdir: “
İndi deyəndə ki, ət, süd, yağ, pendir
Dostları ilə paylaş: