[135]
142.2. Eyni əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
142.3. Eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 1 4 3 . Təhlükədə qoyma
Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir
görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi
köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat
və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək
imkanı olduğu halda bunu etmədikdə—
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[136]
M a d d ə 143-1. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə
məcbur etmə
[137]
Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
19-cu fəsil
ŞƏXSIYYƏTİN AZADLIĞI VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR
M a d d ə 1 4 4 . Adam oğurluğu
144.1. Adam oğurluğu—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144.2. Eyni əməllər:
144.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə;
144.2.2. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı
törədildikdə;
144.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və
ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
144.2.4. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq
etməklə törədildikdə;
144.2.5. silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə
törədildikdə;
144.2.6. tamah məqsədi ilə və ya sifarişlə törədildikdə—
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144.3. Bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik
yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs
cinayət məsuliyyətindən azad olunur.
Maddə 144-1. İnsan alveri
[138]
144-1.1. İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-
qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə,
təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə
nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya
güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi,
əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi –
əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
144-1.2. Eyni əməllər:
144-1.2.1. İki və ya daha çox şəxs barəsində törədildikdə;
144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
144-1.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın
barəsində törədildikdə;
144-1.2.4-1. insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən
keçirməklə törədildikdə;
[139]
144-1.2.5. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar
birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
144-1.2.6. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə;
144-1.2.7. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor
tətbiq etmək hədəsi ilə törədildikdə;
144-1.2.8. zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani,
yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə;
144-1.2.9. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək
məqsədilə törədildikdə -
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
144-1.3. Bu məcəllənin 144-1.1 və 144-1.2-ci maddələrində göstərilən əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə
bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz
çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə
edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür.
2. İnsan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız
davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.
3. Yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi,
saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bu Məcəllənin 144-1.1-ci
maddəsində göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir.
[140]
Maddə 144-2. Məcburi əmək
[141]
144-2.1. hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə
qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını
məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə)
məcbur etmə -
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[142]
144-2.2. Eyni əməllər:
144-2.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə;
14-2.2.2. təkrar törədildikdə;
144-2.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
144-2.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın
barəsində törədildikdə;
144-2.2.5. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə;
144-2.2.6. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar
birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə -
yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[143]
144-2.3. Bu məcəllənin 144-2.1 və 144-2.2-ci maddələrində göstərilən əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə etmə ilə
cəzalandırılır.
[144]
Maddə 144-3. İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər
[145]
144-3.1. İnsan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya
şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin
saxtalaşdırılması -
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-3.2. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta
şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol
(sərhədkeçmə) sənədləri ilə təmin etmə -
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-3.3. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta
şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol
(sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə -
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-3.4. İnsan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu
və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini
götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə -
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 4 5 . Qanunsuz azadlıqdan məhrum etmə
145.1. Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə—
iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
145.2. Eyni əməllər:
145.2.1. iki və ya daha çox şəxsə qarşı törədildikdə;
145.2.2. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı
törədildikdə;
145.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
145.2.4. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
145.2.5. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq
etməklə törədildikdə;
145.2.6. silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə
törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
145.3. Bu Məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb
olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 4 6 . Qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirmə
146.1. Psixi cəhətdən sağlam olan şəxsi bilə-bilə psixiatriya xəstəxanasına
yerləşdirmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
146.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
146.3. Bu Məcəllənin 146.1 və ya 146.2-ci maddələrində göstərilən əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb
olduqda—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 4 7 . Böhtan
147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini
ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş
etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda
internet informasiya ehtiyatında yayma—
[146]
yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan
dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[147]
147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 1 4 8 . Təhqir
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya
vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya
ehtiyatındaşəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —
[148]
üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd
yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[149]
20-ci fəsil
ŞƏXSIYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 1 4 9 . Zorlama
149.1. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə
və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən
istifadə etməklə onunla cinsi əlaqədə olma—
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
149.2. Eyni əməllər:
149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
149.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;
149.2.3. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı
törədildikdə;
149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər
vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə;
149.2.5. təkrar törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
149.3. Eyni əməllər:
149.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;
149.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə
yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda;
149.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində
törədildikdə—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[150]
M a d d ə 1 5 0 . Seksual xarakterli zorakılıq hərəkətləri
150.1. Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq
etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə
uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
150.2. Eyni əməllər:
150.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
150.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;
150.2.3. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində
törədildikdə;
150.2.4. zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla
törədildikdə;
150.2.5. təkrar törədildikdə;
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
150.3. Eyni əməllər:
150.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;
150.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə
yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda;
150.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində
törədildikdə—
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 5 1 . Seksual xarakterli hərəkətlərə məcbur etmə
Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud
zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə
girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[151]
M a d d ə 1 5 2 . On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual
xarakterli digər hərəkətlər etmə
Yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi
əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
[152]
M a d d ə 1 5 3 . Əxlaqsız hərəkətlər
Təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq
etmədən əxlaqsız hərəkətlər törətmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[153]
21-ci fəsil
İNSAN VƏ VƏTƏNDAŞIN KONSTİTUSİYA HÜQUQ VƏ AZADLIQLARI
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 1 5 4 . Bərabərlik hüququnu pozma
154.1. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və
qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah
işləri ilə cəzalandırılır.
[154]
154.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[155]
M a d d ə
1 5 5 . Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər
məlumatların sirrini pozma
Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah
işləri ilə cəzalandırılır.
[156]
M a d d ə 1 5 6 . Şəxsi həyatın toxunulmazlığını pozma
156.1. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən
sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə
satılması və ya başqasına verilməsi qanunsuz toplanılması
[157]
—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd
yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
[158]
156.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 5 7 . Mənzil toxunulmazlığını pozma
157.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan,
mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd
yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
[159]
157.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
157.3. Bu Məcəllənin 157.1 və ya 157.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 1 5 8 . Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını
pozma
158.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan
hüquqi şəxslərin mülkiyyətində və ya icarəsində olan binalara (otaqlara) daxil olma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan
dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
[160]
158.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
158.3. Bu Məcəllənin 158.1 və ya 158.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 1 5 9 . Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə
maneolma
[161]
159.1. Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə
maneolma-
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
[162]
159.2. Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin
müdafiəsi üçün imza yığılmasına maneolma -
iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd
yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
[163]
159.3. Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs
verməsinə maneolma -
üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan
dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.
[164]
159.4. Bu Məcəllənin 159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş əməllər;
159.4.1. ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi
ilə törədildikdə;
159.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə
-
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
[165]
M a d d ə 1 5 9 - 1 . Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma
[166]
Dostları ilə paylaş: |