mislindən” sözləri müvafiq olaraq “iki min manatdan əlli min manatadək” və “əlli
min manatdan” sözləri ilə əvəz edilmişdir.
26 dekabr 2000-ci il tarixli 49-IIQD nömrəli “Azərbaycan Respublikasının Cinayət və
İnzibati Xətalar Məcəllələrinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il,
№ 1, maddə 24) ilə 213.1-ci maddənin dispozisiyası yeni redaksiyada verilmişdir. Əvvəlki
redaksiyada deyilirdi:
213.1. Xeyli miqdarda vergilərdən yayınmaq məqsədi ilə vətəndaşlar tərəfindən gəlirlər və xərclər barədə
bilə-bilə təhrif olunmuş məlumatların deklarasiyada göstərilməsi —
28 noyabr 2006‐cı il tarixli 185‐IIIQD nömrəli Azərbaycan Respublikasının Cinayət və İnzibati
Xətalar Məcəllələrinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006‐cı il, № 12, maddə 1020) ilə 213.1‐ci və
213.3‐cü maddələrində «başqa icbari ödənişləri» sözləri «məcburi dövlət sosial sığorta haqlarını»
sözləri ilə əvəz edilmişdir.
26 dekabr 2000‐ci il tarixli 49‐IIQD nömrəli “Azərbaycan Respublikasının
Cinayət və İnzibati Xətalar Məcəllələrinə əlavələr və dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2001‐ci il, № 1, maddə 24) ilə 213.2‐ci maddənin dispoziyası
yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
213.2. Eyni əməllər külli miqdarda törədildikdə—
26 dekabr 2000‐ci il tarixli 49‐IIQD nömrəli “Azərbaycan Respublikasının
Cinayət və İnzibati Xətalar Məcəllələrinə əlavələr və dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2001‐ci il, № 1, maddə 24) ilə 213.3‐cü maddənin
dispoziyası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
213.3. Xeyli miqdarda vergilərdən yayınmaq məqsədi ilə gəlirlər və ya xərclər barədə bilə‐bilə
təhrif olunmuş məlumatların təşkilatın mühasibat sənədlərinə daxil edilməsi—
31 may 2007‐ci il tarixli 357‐IIIQD nömrəli Azərbaycan Respublikası qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 6, maddə 579) ilə 213‐cü maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 213. Vergi ödəməkdən yayınma
213.1. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda
gəlirlər haqqında bəyannamə təqdim etməməklə, yaxud gəlirlər və ya xərclər barədə bilə-bilə təhrif olunmuş
məlumatları bəyannamədə göstərməklə, yaxud digər üsulla xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial
sığorta haqlarını ödəməkdən yayınma—
şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək
müddətə islah işləri ilə cəzalandırılır.
213.2. Eyni əməllər:
213.2.1. külli miqdarda ziyan vurduqda;
213.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;
213.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—
şərti maliyyə vahidi məbləğinin iki min mislindən beş min mislinədək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
213.3. Gəlirlər və ya xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatları təşkilatın mühasibat sənədlərinə
daxil etməklə, yaxud digər üsulla xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını
ödəməkdən yayınma—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
213.4. Bu Məcəllənin 213.3-cü maddəsində nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə—
beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 213.1. və 213.2-ci maddələrində «xeyli miqdar» dedikdə,
şərti maliyyə vahidi
məbləğinin iki min mislindən beş min mislinədək olan məbləğ, «külli miqdar» dedikdə isə beş min mislindən
yuxarı olan məbləğ başa düşülür.
2. Bu Məcəllənin 213.3. və 213.4-cü maddələrində «xeyli miqdar» dedikdə,
şərti maliyyə vahidi
məbləğinin on beş min mislindən yuxarı olan, «külli miqdar» dedikdə isə iyirmi beş min mislindən yuxarı olan
məbləğ başa düşülür.
3. Bu Məcəllənin 213.1—213.4‐cü maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
20 iyun 2003-cü il tarixli 485-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il,
№ 8, maddə 425) ilə Məcəlləyə 213-1-ci maddə əlavə edilmişdir.
31 may 2007‐ci il tarixli 357‐IIIQD nömrəli Azərbaycan Respublikası qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 6, maddə 579)
ilə
213‐1.1‐ci maddənin sanksiyasında
ʺbir
ilədək müddətə
azadlığın
məhdudlaşdırılması və ya altı ayadəkʺ sözləri ʺiki ilədəkʺ sözləri ilə əvəz
edilmişdir.
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, №
6, maddə 454) ilə 213‐1.1‐cü maddənin sanksiyasında 213‐1.1‐ci maddənin sanksiyasında “şərti
maliyyə vahidinin min mislindən üç min mislinədək” sözləri “min manatdan üç min manatadək”
sözləri ilə əvəz edilmişdir.
31 may 2007‐ci il tarixli 357‐IIIQD nömrəli Azərbaycan Respublikası qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 6, maddə 579)
ilə
213‐1.2‐ci
maddənin
sanksiyasında
ʺüç
ilədək
müddətə
azadlığın
məhdudlaşdırılması və ya üç ilədəkʺ sözləri ʺbeş ilədəkʺ sözləri ilə əvəz edilmişdir.
31 may 2007‐ci il tarixli 357‐IIIQD nömrəli Azərbaycan Respublikası qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 6, maddə 579)
ilə 213‐1‐ci maddənin ʺQeydʺ hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Qeyd:
bu maddədə ʺxeyli miqdarʺ dedikdə, şərti maliyyə vahidinin 500
mislindən, külli miqdar dedikdə isə şərti maliyyə vahidinin min mislindən yuxarı
olan məbləğ başa düşülür.
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 454) ilə 213‐1‐ci
maddənin “Qeyd”ində “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən iki
min mislinədək” və “şərti maliyyə vahidi məbləğinin iki min mislindən” sözləri
müvafiq olaraq “beş yüz manatdan iki min manatadək” və “iki min manatdan”
sözləri ilə əvəz edilmişdir.
17 aprel 2007‐ci il tarixli 320‐IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 6,
maddə 562) ilə Məcəlləyə 213‐2‐ci və 213‐3‐cü maddələr əlavə edilmişdir.
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 454) ilə 213‐2‐ci
maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin min mislindən beş min
mislinədək” sözləri “min manatdan beş min manatadək” sözləri ilə əvəz edilmişdir.
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 454) ilə 213‐2‐ci
maddənin “Qeyd”ində “şərti maliyyə vahidinin yeddi min mislindən” sözləri və
“yeddi min manatdan” sözləri ilə əvəz edilmişdir.
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, №
6, maddə 454) ilə 213‐3.1‐cü maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin min
mislindən beş min mislinədək” sözləri “min manatdan beş min manatadək” sözləri ilə əvəz
edilmişdir.
17 may 2002-ci il tarixli 332-IIQD nömrəli "Terrorizmin maliyyələşdirilməsi ilə
mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə"
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il,
№ 5, maddə 258) ilə 214-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada
deyilirdi:
Maddə 214.
Terrorçuluq
214.1. Terrorçuluq, yəni adamların həlak olması, əhəmiyyətli əmlak ziyanının vurulması, habelə başqa
ağır nəticələrin baş verməsi təhlükəsi törədən partlayışların, yanğınların və ya digər hərəkətlərin edilməsi, bu
hərəkətlər ictimai təhlükəsizliyi pozmaq, əhalini qorxutmaq, yaxud təqsirkarın tələbinə əsasən hakimiyyət
orqanlarının qərar qəbul etməsinə təsir göstərmək məqsədi ilə habelə həmin məqsədlə bu hərəkətlərin edilməsi
hədəsi ilə törədildikdə
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
214.2. Eyni əməllər:
214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
214.2.2. təkrar törədildikdə;
214.2.3. odlu silahdan istifadə etməklə törədildikdə
214.3 Bu Məcəllənin 214.1 və ya 214.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə
tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb
olduqda
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar
etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin
tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
17 may 2002-ci il tarixli 332-IIQD nömrəli "Terrorizmin maliyyələşdirilməsi ilə
mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə"
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il,
№ 5, maddə 258) ilə Məcəlləyə 214-1-ci maddə əlavə edilmişdir.
05 mart 2010-cu il tarixli 973-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 21 mart 2010-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №03,
maddə 178) ilə 214-1-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi.
Pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə
terrorçuluğun törədilməsinə qəsdən yönəldilməsi və ya pul vəsaitlərinin və ya digər əmlakın qəsdən həmin
məqsədilə toplanılması
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
17 may 2002-ci il tarixli 332-IIQD nömrəli "Terrorizmin maliyyələşdirilməsi ilə
mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə"
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il,
№ 5, maddə 258) ilə 216-cı maddədə "Terror aktı" sözləri, "Terrorçuluq" sözü ilə,
"yeddi" sözü "beş ildən səkkiz" sözləri ilə əvəz edilmişdir.
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il,
№ 7, maddə 455) ilə Məcəlləyə 219-1-ci maddə əlavə edilmişdir.
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il,
№ 7, maddə 455) ilə 221.2.1-ci maddədə "tərəfindən" sözündən sonra "və ya təkrar"
sözləri əlavə edilmişdir.
14 may 2002‐ci il tarixli 321‐IIQD nömrəli ʺŞəhərsalmanın əsasları haqqındaʺ
Azərbaycan
Respublikası
Qanununun
tətbiqi
ilə
əlaqədar
Azərbaycan
Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2002‐ci il, № 5, maddə 248) ilə Məcəlləyə 222‐1‐ci maddə əlavə edilmişdir.
9 oktyabr 2007‐ci il tarixli 428‐IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 10,
maddə 937) ilə 222‐ci və 222‐1‐ci maddələr yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 222. Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik
qaydalarını pozma
222.1. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu
obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının
təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin
vurulmasına səbəb olduqda—
şərti maliyyə vahidi məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
222.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb
olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 222-1. Tikinti qaydalarını pozma
222-1.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını
almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu
tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma
nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulması
şərti maliyyə vahidinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
222-1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb
olduqda
bir ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
26 oktyabr 2004-cü il tarixli 781-IIQD nömrəli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11,
maddə 900) ilə Məcəlləyə 222-2-ci maddə əlavə edilmişdir.
9 oktyabr 2007‐ci il tarixli 428‐IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 10,
maddə 937) ilə 222‐2.l‐ci maddənin sanksiyası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
şərti maliyyə vahidinin yeddi yüz mislindən min mislinədək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
9 oktyabr 2007‐ci il tarixli 428‐IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 10,
maddə 937) ilə 222‐2.2‐ci maddədə ʺiki ildən dördʺ sözləri ʺüç ildən altıʺ sözləri ilə
əvəz edilmişdir.
9 oktyabr 2007‐ci il tarixli 428‐IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 10,
maddə 937) ilə 222‐3‐cü maddə əlavə edilmişdir.
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, №
6, maddə 454) ilə 223.1‐ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin yüz mislindən
beş yüz mislinədək” sözləri “yüz manatdan beş yüz manatadək” sözləri ilə əvəz edilmişdir.
20 sentyabr 2005-ci il tarixli 991-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 994) ilə Məcəlləyə 224-1-ci maddə əlavə
edilmişdir.
20 sentyabr 2005-ci il tarixli 991-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 994) ilə Məcəlləyə 224-2-ci maddə əlavə
edilmişdir.
16 may 2008‐ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, №
6, maddə 454) ilə 225.1‐ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin yüz mislindən
beş yüz mislinədək” sözləri “yüz manatdan beş yüz manatadək” sözləri ilə əvəz edilmişdir.
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 454) ilə 227.1‐ci
maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin min mislindən dörd
min mislinədək” sözləri “min manatdan dörd min manatadək” sözləri ilə əvəz
edilmişdir.
KM2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228‐ci maddəsinin adı və onun
dispozisiyası (228.4‐cü maddə) arasında olan uyğunsuzluğun aradan qaldırılması Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4‐cü maddəsində nəzərdə
tutulan «tullayıcı silah» termini «Xidməti və mülki silah haqqında» qanunda
göstərilən «soyuq atıcı silah» termini mənasında tətbiq olunmalıdır. ( «Azərbaycan»
qəzeti, 03 yanvar № 1 2004‐ci il, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Məlumatı 1/2004)
16 may 2008‐ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, №
6, maddə 454) ilə 233‐cü maddənin sanksiyasında “ şərti maliyyə vahidi məbləğinin beş yüz
mislindən min mislinədək” sözləri “ beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.
14 iyun 2005-ci il tarixli 937-IIQD nömrəli “Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 575) ilə
Məcəlləyə 233-1-ci maddə əlavə edilmişdir.
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan
Dostları ilə paylaş: |