AZƏrbaycan respublikasinin döVLƏT İmtahan məRKƏZİ



Yüklə 46.98 Kb.

tarix16.06.2017
ölçüsü46.98 Kb.

AZƏRBAYCAN RESPUBLİKASININ 

DÖVLƏT İMTAHAN MƏRKƏZİ

 

 

 

YADDAŞ  

KİTABÇASI

 

(Ümumi orta təhsil  bazasında orta ixtisas təhsili müəssisələrinə 

qəbul imtahanının I mərhələsi) 

Aşağıdakıları imtahana gətirmək qadağandır:

 

 

 



 

 

 



 

İmtahan binasına  giriş  zamanı üzərində  mobil telefon  və  digər 

rabitə  vasitələri,  konspekt  və    başqa  yardımçı  vasitələr  aşkar 

olunan  abituriyentlər  barədə  akt  tərtib  olunur,  bu  vasitələr  və 

onların  imtahan  sənədləri  alınır  və  onlar  imtahan  binasına 

buraxılmırlar. 



 

 

İmtahanının nəticələrini www.tqdk.gov.az internet səhifəmizdən öyrənə bilərsiniz! 



2017

 




 

 

 

ƏZİZ ABİTURİYENTLƏR! 

 

  Azərbaycan  Respublikası  Dövlət  İmtahan  Mərkəzi  (DİM)  biliyin  yekun 



qiymətləndirilməsi mərhələsində sizə uğurlar arzulayır! 

  DİM-in məqsədi imtahanda biliklərinizi nümayiş etdirmək üçün sizə rahat şərait 

yaratmaq, şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. 

  Yüksək  bilik  nümayiş  etdiyiniz  və  imtahanın  texnoloji  tələblərinə  düzgün  əməl 

etdiyiniz təqdirdə uğur qazanacağınıza tamamilə əmin ola bilərsiniz. 

 

İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA 

ƏMƏL ETMƏLİSİNİZ: 

1.

 



Siz  imtahan  günü  buraxılış  vərəqənizdə  göstərilən  vaxtda  imtahan  verəcəyiniz 

binanın  qarşısına  gəlməli  (bina  haqqında  məlumat  imtahana  buraxılış  vərəqənizdə 

göstərilmişdir),  özünüzlə  mütləq  qara  və  ya  tünd  göy  rəngdə  yazan,  mürəkkəb 

axıtmayan  diyircəkli  qələm,

 

çertyoj  alətlərini  (xətkeş,  pərgar  və   transportir)    və 



aşağıdakı sənədləri gətirməlisiniz:  

şəxsiyyəti təsdiq edən sənədin əslini, 

-

 



Azərbaycan  Respublikasının  vətəndaşları  (16  yaşı  tamam  olmayan 

abituriyentlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

-

 

əcnəbilər  icazə  vəsiqələrini  və  pasportlarını,  vətəndaşlığı  olmayan 



şəxslər  yaşadıqları  ölkənin  hüdudlarından  kənara  getmək  üçün  onlara 

verilən  sənədləri  və  icazə  vəsiqələrini,  Azərbaycan  Respublikasında 

daimi  yaşayan  vətəndaşlığı  olmayan  şəxslər  şəxsiyyət  vəsiqələrini, 

qaçqın  statusu  almış  şəxslər  və  onların  ailə  üzvləri  isə  qaçqın 

vəsiqələrini,  onlara  verilmiş  yol  sənədini,  beynəlxalq  müqavilələrdə 

nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini; 



imtahana buraxılış vərəqəsini 

Qeyd:  Şəxsiyyəti  təsdiq  edən  sənədində  şəkli  olmayan   abituriyentlər   digər 

sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış 

arayışı  (arayışa  abituriyentin  3x4sm  ölçülü  şəkli  yapışdırılır  və  şəkil  möhürlə 

təsdiqlənir) da təqdim etməlidirlər.



 

DİQQƏT!  Göstərilən  sənədlərdən  biri  olmadıqda  və  ya  sənədlər  arasında 

uyğunsuzluq olduqda imtahana buraxılmayacaqsınız!  

2.

 

Göstərilən  sənədləri  imtahan  binasının  giriş  qapısında  buraxılış  rejimini  həyata 



keçirən mühafizə əməkdaşlarına təqdim edib yoxlamadan keçdikdən sonra imtahana 

buraxılış vərəqənizdə göstərilmiş  müvafiq kodlu zala gedin. 



ŞAGİRDİN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR:

 

1.



 

İmtahan zalında imtahana buraxılış vərəqənizdə göstərilən sıra və yerdə oturduqdan 

sonra  nəzarətçinin  izahatını  diqqətlə  dinləyin.  Aydın  olmadıqda  əlinizi  qaldırıb 

nəzarətçiyə müraciət edin. 





 

2.

 



Nəzarətçinin  imtahanda  davranış  qaydaları  və  texnoloji  tələblərlə  bağlı  izahat  işi 

qurtardıqdan  sonra  sizə  ana  dili  və  riyaziyyat  fənlərinin  hər  biri  üzrə  üzərində 

soyadınınz,  adınız  və  ata  adınız  çap  edilmiş  cavab  vərəqləri  eyni  vaxtda  təqdim 

edilir.  Cavablarınızı  qara  və  ya  tünd  göy  rəngdə  yazan,  mürəkkəb  axıtmayan 

diyircəkli  qələmlə  yazın.  Cavab  vərəqləri  optik  qurğu  vasitəsilə  oxunur.  Onlarla 

işləyərkən  ehtiyatlı  olun.  Cavab  vərəqlərində  lazımsız  qeydlər  aparmayın.  Cavab 

vərəqlərini əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz.  

DİQQƏT! Korlanmış cavab vərəqləri dəyişdirilmir. 

Cavab vərəqlərinin 1-ci bölmələrində iş nömrəniz, soyadınız, adınız, atanızın adı, 

sizə təqdim olunacaq sual kitabçasının variantı və digər məlumatlar çap edilmişdir. 

Özünüz    haqqında  çap  edilmiş  şəxsi  məlumatları  yoxlayın.  Uyğunsuzluq  aşkar 

etdikdə mütləq nəzarətçiyə müraciət edin.  



Cavab  vərəqlərinin  2-ci  bölmələrində  verilmiş  bəyannaməni  oxuyun  və 

imzalayın.  Bununla  siz  birinci  bölmədə  soyadı,  adı  və  ata  adı  çap  edilmiş  şəxs 

olduğunuzu  təsdiq  edir,  əks  təqdirdə  qanunvericiliyə  uyğun  məsuliyyət 

daşıyacağınız  barədə  üzərinizə  öhdəlik  götürür  və  imtahan  zamanı  cavabları 

köçürməyəcəyinizə,  başqalarının  da  sizdən  köçürməsinə  şərait  yaratmayacağınıza 

dair söz verirsiniz. Cavab vərəqinin birinci səhifəsində verilmiş qaydalarla diqqətlə 

tanış olun və onlara əməl edin. 

3.

 



Bundan  sonra  üzərində  sizin  iş  nömrəniz,  soyadınız,  adınız,  ata  adınız  çap  edilmiş 

sual kitabçası paylanır.  



DİQQƏT! Təqdim olunan sual kitabçası sizə məxsus deyilsə, dərhal  nəzarətçiyə 

müraciət edin.  

Nəzarətçi  sual  kitabçasını  açmağa  icazə  verdikdən  sonra  onu  vərəqləyərək  çap 

qüsurlarının  olub-olmadığını  yoxlayın.  Bu  cür  qüsurlar  olarsa,  onların  aradan 

qaldırılması üçün nəzarətçiyə  müraciət edin. 

4.

 



“İmtahan  başlandı!”  elan  edilən  andan  test  tapşırıqlarının  cavablandırılması  üçün 

ayrılan  2  saat  vaxtdan  səmərəli  istifadə  edin.  Sizə  ana

 

dili  fənnindən  oxuyub-



anlama  və  yazı  bacarıqlarınızı  yoxlamaq  məqsədilə  10  açıq  və  10  qapalı  tipli, 

riyaziyyat  fənnindən  riyazi  bacarıqlarınızı  yoxlamaq  məqsədilə  10  açıq  tipli, 

ümumilikdə isə 30 test tapşırığı təqdim edilir. Ana dili fənni üzrə təqdim olunan 20 

test  tapşırığı  2  mətn  əsasında  tərtib  olunmuş  test  tapşırıqlarıdır.  Bu  test 

tapşırıqlarından  1-10-cu  tapşırıqlar  1-ci  mətnə,  11-20-ci

 

tapşırıqlar  2-ci  mətnə 



aiddir.  6–10  və  16–20-ci  tapşırıqlar  açıq  tipli,  digər  tapşırıqlar  isə  qapalı  tipli 

tapşırıqlardır.  Riyaziyyat  fənni  üzrə  təqdim  olunan  10  test  tapşırığından  1-7-ci 

tapşırıqlar  sərbəst  tapşırıqlar,  8-10-cu  tapşırıqlar  isə  qoyulan  situasiya  məsələsinə 

aid tapşırıqlarıdır.  



Qapalı  tipli  (verilən  cavab  variantlarından  doğru  cavabın  müəyyənləşdirilib  qeyd 

edilməsi  tələb  olunan  test  tapşırıqları)

 

test  tapşırıqlarında  hər  suala  verilmiş  beş 




 

cavabdan (bunlar A, B, C, D, E hərfləri ilə işarələnmişdir) düzgün hesab etdiyiniz 

yalnız  bir  cavabı  seçin  və  cavab  vərəqində  ona  uyğun  dairəni  qaralayın. 

Cavablarınızı  qeyd  edərkən  dairələri  tam  qaralayın  (nümunə:),  vərəqin  əks 

üzünün  qabarmaması  üçün  qələmi  bərk  basmayın.  Əgər  bir  suala  cavab  olaraq 

birdən  çox  dairə  qaralanarsa,  həmin  cavab  səhv  hesab  edilir.  Açıq  tipli  (cavab 

variantları  verilməyən,  doğru  cavabın  müəyyənləşdirilib  yazı  ilə  ifadə  olunması 

tələb edilən test tapşırıqları) test tapşırıqlarının cavablarını cavab vərəqində o sual 

üçün ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın. 

Səhv cavabların nəticələri düzgün cavablara təsir göstərmir.



  

5.

 



İmtahanın  başlandığı  elan  edilən  andan  ayrılan  2  saat  vaxtdan  səmərəli  istifadə 

etməlisiniz.  Cavabların  cavab  vərəqində  qeyd  olunması  (uyğun  dairələrin 

qaralanması və cavabların onlar üçün ayrılmış çərçivələr daxilində yazılması) üçün 

sərf olunan vaxt da bu müddətə daxildir. 

Unutmayın!  Nəticələr  hesablanarkən  yalnız  cavab  vərəqlərində  qeyd  olunan 

cavablar nəzərə alınır. Odur ki, cavablarınızı mütləq cavab vərəqlərinə köçürün. 



DİQQƏT! Başqasının cavablarını köçürməyin. Özünüz də diqqətli olun ki, 

sizin  cavablarınızı  heç  kim  köçürməsin.  Nəticələriniz  yoxlanarkən  xüsusi 

araşdırma  zamanı  köçürmə  faktı  aşkar  edilərsə,  həm  köçürənin,  həm  də 

köçürməyə şərait yaradanın imtahan nəticələri ləğv olunacaqdır. 

6.

 

Hesablamaları  və  qeydləri  aparmaq  üçün  sual  kitabçasında  boş  yerlər  nəzərdə 



tutulmuşdur. Buna görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir. 

7.

 



İmtahan başlandıqdan etibarən 1 saat  müddətində və imtahanın son 15 dəqiqəsi 

ərzində imtahan zalından çıxmaq qadağandır. Qalan vaxt ərzində imtahandan çıxan 

abituriyentlər  cavab  vərəqləri  ilə  birlikdə  sual  kitabçasını  da  nəzarətçiyə  təhvil 

verməlidir.   

8.

 



İmtahan  başlandığı  andan  2  saat  müddət  keçdikdən  sonra  imtahanın  qurtardığı 

elan edilir. Cavab vərəqləri və sual kitabçası zal nəzarətçisi tərəfindən yığılır. Cavab 

vərəqlərini və sual kitabçasını nəzarətçiyə təhvil verdikdən sonra imtahana buraxılış 

vərəqəsində nəzarətçiyə  imza etdirməlisiniz. Cavab vərəqlərini və sual kitabçasını 

nəzarətçiyə təhvil verməsəniz, imtahan nəticələriniz ləğv olunacaqdır.  

DİQQƏT!

  Cavab  vərəqlərinin  və  sual  kitabçasının  təhvil  verilməsinə  görə 

abituriyent şəxsən 

məsuliyyət

 daşıyır. 

9.

 



Siz  cavab  vərəqlərinin  sayılıb  onlar  üçün  nəzərdə  tutulmuş  zərfə  qoyularaq 

bağlanmasında iştirak edib, zərfin üzərindəki aktı imzalaya bilərsiniz.  



ABİTURİYENTƏ QADAĞANDIR: 

-

 

saxta sənəd təqdim etmək; 



-

 

imtahana öz yerinə başqasını göndərmək; 





 

-

 

imtahana  mobil  telefon  və  digər  rabitə  vasitələri,  kalkulyator  və  digər  elektron 

cihazlar,  konspekt,  lüğət,  cədvəl,  məlumat  kitabçası,  xarici  yaddaş  qurğuları  və 

başqa  yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək; 



-

 

yandırıcı,  partlayıcı,  kəsici,  deşici,  atıcı  və  digər  bu  növ  əşyalarla  imtahan 

binasına girmək, özü ilə siqaret gətirmək; 

-

 

sual kitabçaları paylandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk 

edib yenidən geri dönmək; 

-

 

nizam-intizam  qaydalarını  pozmaq,  zalda  yerini  dəyişmək,    gəzişmək,  yerindən 

durmaq və bu kimi hallarla imtahanın gedişinə mane olmaq; 

-

 

başqasının cavab vərəqinə, sual kitabçasına baxmaq və ya öz cavab vərəqinə, sual 

kitabçasına başqasının baxması üçün şərait yaratmaq;  

-

 

“İmtahan başlandı!” elan olunan andan 1 saat müddətində və imtahanın son 15 



dəqiqəsi ərzində səbəbindən asılı olmayaraq imtahan zalından çıxmaq;  

-

 

nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək; 



-

 

Cavab  vərəqlərini  və  sual  kitabçasını  nəzarətçiyə  təhvil  vermədən  imtahan 

zalından çıxmaq; 

 

DİQQƏT! Abituriyentin göstərilən hərəkətlərə yol verməsi halları aşkar edildikdə 

o, imtahandan xaric olunur və onun imtahan nəticələri DİM tərəfindən ləğv olunur. 

  DİM  abituriyentin  imtahan  qaydalarına  zidd  hərəkətini  imtahandan  sonra  da 

aşkar etmək üçün müxtəlif üsullardan istifadə edir. 

  Əgər  Siz  imtahan  zamanı  qaydaların  pozulması  halları  ilə  rastlaşsanız,  mütləq 

nəzarətçiyə müraciət edin, nəzarətçi lazımi ölçü götürməzsə, imtahan rəhbərinin və 

ya DİM-in nümayəndəsinin zala gəlməsini tələb edin. 

  Nəzarətçi müəllimlər qeyri-fənn müəllimləridir. Onların vəzifəsi imtahanın gedişi 

zamanı  nizam-intizam  yaratmaqdır.  İmtahanın  başlandığı  elan  edildikdən  sonra 

Sizin  onlara  sual  verməniz,  onların  Sizə  yaxınlaşıb  hər  hansı  bir  məlumat  almaq 

üçün müraciət etməsi imtahan qaydalarına ziddir.  

  Nəzarətçi  müəllimlərin  fəaliyyəti  imtahan  prosesinin  tələblərinə  uyğun  olmazsa, 

bu barədə imtahan rəhbəri zala gəldikdə ona məlumat verin. Siz imtahan binasından 

çıxdıqdan sonra imtahanın gedişi ilə əlaqədar şikayətlərinizə baxılmayacaqdır. 

  Sizə müvəffəqiyyətlər arzulayırıq! 






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə