AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


  Keyfiyyət sahəsində məqsədləri kim müəyyənləşdirir ?



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   ...   14   15   16   17   18   19   20   21   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


9.  Keyfiyyət sahəsində məqsədləri kim müəyyənləşdirir ? 
Keyfiyyət sahəsində məqsədləri Ali rəhbərlik  müəyyənləşdirir. 
10.  Rəhbərlik ildə neçə dəfə məlumatların  təhlilini təşkil etməlidir ? 
Rəhbərlik  ildə  bir  dəfədən  az  olmayaraq    məlumatların    təhlilini  təşkil 
etməlidir. 
11.  Audit hansı beynəlxalq standartda təsvir edilir ? 
Audit ISO 19011 beynəlxalq standartında təsvir edilir. 
12.  Auditin  mərhələləri hansılardır  ? 
 Hazırlıq 
 Audit 
 yekun tədbirlər.  
13.  Audit hansı müddəalara əsasən keçirilməlidir ? 
Audit qüvvədə olan standartlara, normativlərə, təlimatlara və prosedurlara 
əsasən keçirilməlidir. 
14.  Auditin keçirilməsi barədə əvvəlcədən məlumat verilməlidirmi ? 
Bəli auditin keçirilməsi barədə əvvəlcədən məlumat verilməlidir. 
15.  Auditor hansı keyfiyyətlərə malik olmalıdır ? 
Auditorlar aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar: 
 Diplomatik, dürüst, qərəzsiz, ünsiyyətcil 
 Köməksevər, inadkar, vicdanlı, professional 
 Səbirli, açıq fikirli, dəqiq, məntiqli 
 Əməkdaşlıq edən, müşahidəçi, etik. 
16.  Auditor işlədiyi bölməni audit edə bilərmi ? 
Xeyr Auditor işlədiyi bölməni audit etməməlidir. 
17.  Bədbəxt hadisə nədir? 
Bədbəxt  hadisə işçinin zədə  almasına,  xəstələnməsinə  və ya ölümünə  
səbəb olan  arzuolunmaz  haldır. 
 

 
 
18.  Keyfiyyəti İdarəertmə Sisteminin sənədləri necə idarə olunur ? 
Keyfiyyəti İdarəertmə Sisteminin sənədləri Kodlaşdırılaraq idarə olunur. 
19.  Uyğunsuzluq təyin edilərkən hansı amillərə əsaslanmaq lazımdır?  
Uyğunsuzluq təyin edilərkən yazılı təlimatlara əsaslanmaq lazımdır. 
20.  Uyğunsuzluğun aradan qaldırılmasına kim tam əmin olmalıdır ? 
Auditor uyğunsuzluğun aradan qaldırılmasına tam əmin olmalıdır. 
21.  İdarəertmə necə həyata keçirilir ? 
İdarəertmənin həyata keçirilmə ardıcıllığı belədir: 
 Planlaşdırılır 
 yerinə yetirilir 
 yoxlanılır 
 təkmilləşdirilir. 
22.  Müəssisə hansı tələblər əsasında fəaliyyət göstərir ? 
Müəssisə qanunvericilik və müştəri tələbləri əsasında fəaliyyət göstərir. 
23.  Keyfiyyət hədəfləri hansı amillərə  əsasən təyin edilir ? 
Keyfiyyət hədəfləri keyfiyyət siyasətinə və məqsədinə əsasən təyin edilir. 
24.  Müəssisənin  iş prosedurlarını kim hazırlamalıdır ? 
Müəssisənin    iş  prosedurlarını  işi  birbaşa  icra  edən  səlahiyyətli  şəxslər 
qrupu hazırlamalıdır. 
25.  Məhsulun uyğunluğunun saxlanılması nə deməkdir? 
İstehsal  olunmuş  məhsulda  olan  nöqsanın  istehlakçıya  çatmadan  aradan 
qaldırılması məhsulun uyğunluğunun saxlanılması deməkdir.  
26.  Uyğunsuzluq nədir? 
Uyğunsuzluq hər hansı bir mütləq şərtin yerinə yetirilməmiş olmasıdır.   
27.  Aspektlərin 
qiymətləndirilməsi  hansı  standartın  tərkib 
hissəsidir? 
Aspektlərin qiymətləndirilməsi ISO 14001 standartın tərkib hissəsidir. 
28.  Obyektiv dəlil nədir? 
Bir  şeyin  doğruluğunu  və  ya  mümkünlüyünü  dəstəkləyən  məlumatlar 
obyektiv dəlil adlanır. 
29.  Planlı audit hansı aralıqlarda keçirilməlidir? 
Planlı audit İldə bir dəfədən az olmayaraq keçirilməlidir. 
30.  Daxili audit nədir? 
Müəssisənin özü tərəfindən aparılan auditə daxili audit deyilir.  

 
 
31.  Azərbaycan  neçənci  ildən  ISO-nun  tam  hüquqlu  üzvü 
seçilmişdir? 
Azərbaycan 2003–cü ildən ISO-nun tam hüquqlu üzvü seçilmişdir. 
32.  ISO 14001 nədir? 
ISO 14001 Ətraf mühitin mühafizəsi  üzrə standartdır. 
33.  Audit  prosesinin  başlamasından  bitmə  tarixinədək  auditdən 
məsul şəxs kimi kim qeyd olunur? 
Audit  prosesinin  başlamasından  bitmə  tarixinədək  auditdən  məsul  şəxs 
kimi Baş auditor qeyd olunur. 
34.  Aşkar  olunmuş  uyğunsuzluqların  səbəblərinin  aradan  qaldırıl-
ması üçün görülən fəaliyyət necə adlanır? 
Aşkar  olunmuş  uyğunsuzluqların  səbəblərinin  aradan  qaldırılması  üçün 
görülən fəaliyyət düzəldici fəaliyyət adlanır. 
35.  Obyektiv dəlil hansı yollarla əldə edilə bilər? 
Obyektiv dəlil müşahidə, ölçmə, müayinə vasitəsi ilə əldə edilə bilər. 
36.  Daxili Auditi zəruri edən amillər hansılardır? 
 Rəhbərlik tərəfindən istifadə edilən nəzarət mexanizmidir 
 personalın maarifləndirilməsi yoludur 
 davamlı inkişafi təmin edən vasitədir. 
37.  Sınaq  və  kalibrasiya  laboratoriyalarının  işinin  təşkili  hansı 
beynəlxalq standartda təsvir edilir? 
Sınaq  və  kalibrasiya  laboratoriyalarının  işinin  təşkili  ISO  17025 
beynəlxalq standartda təsvir edilir. 
38.  Qanunvericilik tələblərinin yerinə yetirilməməsi nə ilə nəticələnə 
bilər? 
Qanunvericilik  tələblərinin  yerinə  yetirilməməsi  intizam  tənbehi,  işdən 
azad edilmə və ya azadlıqdan məhrum olunma ilə nəticələnə bilər. 
39.  Təhlükə nədir? 
Təhlükə  xəsarət  hadisəsinin  baş  verə  biləcəyi  haldır.  Həmçinin  təhlükə 
işçilərin  həyatına  və    sağlamlığına    zərər  verən,    təşkilatın  əmlakının 
dağılması  və    iş    yerlərində  əmək  şəraitinin  pozulması  hallarının  baş 
verməsi  üçün potensial  vəziyyət  və  mənbədir. 
 
 

 
 
40.  Risk nədir? 
Risk təhlükə ilə bir başa təmasda olmaqdır. Həmçinin təhlükəli hadisənin 
və onun nəticələrinin ehtimalının uyğunluğu risk adlanır. 
41.  Əməyin mühafizəsi sahəsində insident nə deməkdir? 
Qəza  vəziyyəti  və  bədbəxt hadisənin  baş  verməsinə  səbəb  olan  və  ya  
qəza vəziyyəti  və  bədbəxt  hadisənin  potensial  baş verməsinə  imkan  
verən  hadisəyə insident deyilir. 
42.  Hədəf nədir? 
Hədəf ölçülə bilən və dəqiq olmalıdır. 
43.  Müştəri  məmnuniyəti  və  şikayətlərin  araşdırılması  hansı 
beynəlxalq standartda əks olunur? 
Müştəri məmnuniyəti  və şikayətlərin araşdırılması ISO 10002 beynəlxalq 
standartında əks olunur. 
44.  Laboratoriya ölçmələrində xətalar necə müəyyənləşdirilir? 
Laboratoriya ölçmələrində xətalar müqayisə yolu ilə müəyyənləşdirilir. 
45.  Müəssisənin fəaliyyəti hansı tələblər əsasında həyata keçirilir ? 
Müəssisənin fəaliyyəti qanunvericilik və müştəri tələbləri əsasında həyata 
keçirilir. 
46.  Təşkilati baxımdan müəssisə hansı resurslara malik olmalıdır? 
Təşkilati baxımdan müəssisə Maddi və insan resurslarına malik olmalıdır. 
47.  Qeyd nədir? 
Qeyd  həyata  keçirilən  fəaliyyətin  dəlilini  təmin  edən  və  ya  əldə  edilən 
nəticələri sübut edən sənəddir.  
48.  Önləyici fəaliyyət nəyə deyilir? 
Potensial uyğunsuzluğun  səbəbinin aradan qaldırılması üçün görülən işə 
önləyici fəaliyyət deyilir. 
49.  Müştəri anlayışı nədir? 
Müştəri məhsulu alan müəssisə və ya şəxsdir
50.  Təlimat özündə nələri əks etdirməlidir? 
Təlimat  müəssisənin  daxilində  hər  hansı  konkret  işlərin  yerinə  yetirilmə 
ardıcıllığını və məxsusi detallarını özündə əks etdirən sənəddir.   
51.  Keyfiyyət  İdarəetmə Sisteminin tətbiqindən hansı faydalar əldə 
edilə bilər? 
 İstehsalat itkisini minimuma endirir 

 
 
 Müəssisənin imicinin yüksəlməsinə səbəb olur 
 Müştəri məmnuniyyətini artırır 
 Daha çox potensial müştəri cəlb olunur və s. 
52.  Peşə  Təhlükəsizliyi və Əməyin Mühafizəsi sahəsini əks etdirən 
standart hansıdır? 
Peşə  Təhlükəsizliyi və Əməyin Mühafizəsi sahəsini əks etdirən standart 
OHSAS 18001-dir. 
53.  Keyfiyyət  idarəetmə  sisteminin  inkişafını  təmin  etmək  məqsədi 
ilə  sistematik,  müstəqil,  sənədləşmiş    olaraq  həyata    keçirilən 
proses necə adlanılır? 
Keyfiyyət  idarəetmə  sisteminin  inkişafını  təmin  etmək  məqsədi  ilə 
sistematik,  müstəqil,  sənədləşmiş    olaraq  həyata    keçirilən  proses  Audit 
adlanılır. 
54.  Potensial təhlükələrin neqativ nəticələri və baş vermə ehtimalı nə 
deməkdir? 
Potensial  təhlükələrin  neqativ  nəticələri  və  baş  vermə  ehtimalı  Risk 
deməkdir. 
55.  Ümumdünya  standart  günü  və  ya  Ümumdünya  standartlaş-
dırma günü nə vaxtdır? 
Ümumdünya standart günü və ya Ümumdünya standartlaşdırma günü 14 
oktyabrdır. 
56.  Beynəlxalq Standartlarda Sistem anlayışı nədir? 
Beynəlxalq Standartlarda Sistem anlayışı Qarşılıqlı əlaqələrin və qarşılıqlı 
fəaliyyətin məcmusudur. 
57.  Bir  neçə  idarəetmə  sisteminin  birgə  təşkil  edilən  audit  prosesi 
necə adlanır? 
Bir neçə idarəetmə sisteminin birgə təşkil edilən audit prosesi kompleks 
audit adlanır. 
58.  Sənədləşmiş  auditin  məqsədləri,  əhatə  dairəsi  və  kriteriaları 
özündə əks etdirən audit proqramı kim  tərəfindən idarə olunur? 
Baş auditor tərəfindən idarə olunur. 
 
 

 
 
59.  Auditin  başlanması  üçün  təşkil  edilən  və  məlumat  xarakteri 
daşıyan toplantı necə  adlanır? 
Auditin  başlanması  üçün  təşkil  edilən  və  məlumat  xarakteri  daşıyan 
toplantı açılış toplantısı adlanır. 
60.  Xarici audit nədir? 
Xarici audit  Sertifikatlaşdırma təşkilatı tərəfindən  keçirilən auditdir. 
61.  Enerji idarəetmə sistemi nədir? 
Enerji siyasətinin və enerji məqsədlərinin eləcədə prosess və prosedurların 
işlənməsinə  və  tətbiqinə  yönəlmiş  qarşılıqlı  əlaqədə  və  ya  qarşılıqlı 
hərəkətdə olan elementlər toplusu deməkdir. 
62.  Enerji bazisi nədir? 
Enerji  məhsuldarlığının müqayisə edilməsi üçün əsas verən və kəmiyyət 
baxımından hesablana bilən vahid enerji bazisidir. 
Enerji  bazisi  konkret  zaman  nisbətində  özünü  əks  etdirir.  Enerji  bazisi 
enerji sərfiyyatı ilə əlaqədar parametrlərə uyğun olaraq normativləşdirilə 
bilər: məsələn – istehlak həddi, temperatur-gün və s. 
Enerji  bazisi  həm  də  enerjinin  qənaətinə  yönəlmiş  hesabatlarda  da 
başlanğıc  nöqtə  kimi  də  enerji  məhsuldarlığının  yaxsılaşdırılmasına 
yönəlmiş  fəaliyyətdən  əvvəlki  və  sonrakı  xarakteristikaları  müqayisə 
etmək üçün istifadə edilə bilər.  
63.  Enerji məhsuldarlığı nədir? 
İstehssal  edilmiş  mal-material,  xidmət  və  ya  enerji  üçün  sərf  olunmuş 
enerji ilə, daxil olunmuş (alınmış) enerji arasındakı əlaqədir. 
Misal. Yeni formaya düşmə koofisienti; tələb olunan enerji/istifadə olunan 
enerji;  istehsal  olunan  güc/sərf  olunan  güc;  işin  yerinə  yetirilməsi  üçün 
nəzərdə tutulmuş enerji/işə sərf olunmuş faktiki enerji.  
64.  Enerji təhlili nə deməkdir? 
Müəssisənin enerji məhsuldarlığının verilmiş və əldə olunmuş məlumatlar 
əsasında  təyininə  uyğun  fəaliyyətinin  yaxşılaşdırılması  imkanlarının 
identifikasiyasına enerji təhlili deyilir.  
65.  Şikayət nədir? 
Bir müəssisəyə məhsulları və ya şikayətləri ələ alma prosesləri ilə əlaqədar 
edilən məmnuniyyətsizlik ifadəsinə şikayət deyilir. Burada birbaşa və ya 
dolayı olaraq cavab və ya həll gözlənilir. 

 
 
66.  Müştəri məmnuniyyəti nə deməkdir? 
Həll edilən müştəri tələblərinin müştəri tərəfindən görünmə dərəcəsi. 
67.  Müştəri xidməti nə deməkdir? 
Bir xidmətin tətbiq dövrü ərzində müştəri ilə təşkilatın qarşılıqlı əlaqəsi 
müştəri xidməti adlanır. 
68.  Proses nə deməkdir? 
Giriş məhfumunu çıxış məhfumuna çevirən fəaliyyətə proses deyilir. 
 
 

 
 
İxtisarlar 
 
ABA – Aralıq balon anbarları. 
AQDS – Avtomobil qazdoldurma stansiyası 
FİƏ – Faydalı iş əmsalı 
İM – İdarəetmə məntəqəsi 
İSYO – İnfraqırmızı şua yayan odluq 
QDM – Qazdoldurucu məntəqə 
QDS – Qazdoldurucu stansiya 
QPS – Qaz paylayıcı stansiya 
QTM – Qaz tənzimləyici məntəqə 
QTQ – Qaz tənzimləyici qurğu 
QAK – Qoruyucu atqı klapan 
QBK – Qoruyucu bağlayıcı klapan 
MKHQ – Mayeləşdirilmiş karbohirogen qazı 
MİM – Mərkəzi idarəetmə məntəqəsi 
NÖC – Nəzarət ölcü cihazı 
NOM – Nəzarət olunan məntəqə 
SYS – Suyun yuxarı səthi  
TM  və  TPAİS  –  Telemexanizasiya  və  Texnoloji  proseslərin 
avtomatlaşdırılmış idarəetmə sistemləri. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
İstifadə edilmiş ədəbiyyatların siyahısı: 
 
1. Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları. 1987-ci il. 
2. Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydaları. 2005-ci il. 
3. Qaz təsərrüfatında texniki istismar Qaydaları. 2008-ci il. 
4. Azərbaycan    neft  sənayesində  əməyin  mühafizəsinin  vahid  idarəetmə  sistemi. 
2008-ci il. 
5. Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi Qaydaları. 2012-ci il. 
6. Qaz təchizatı. Layihələndirmə normaları  AzDTN 2.13-1 
7. Bədbəxt hadisələr və fövqəladə vəziyyətlər zamanı ilk tibbi yardım. 2008-ci il.  
8. ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi” üzrə standart.                                                                                                                                                                                                                                                         
9. ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” üzrə standart.   
10. OHSAS  18001  “Əməyin  mühafizəsi  və  təhlükəsizliyi  idarəetmə  sistemi”  üzrə 
standart.                                                                                                                                                                                                                                                                              
Ölçmələrin  vəhdətinin  təmin  eilməsi  haqqında  Azərbaycan  Respublikasının 
qanunu (13 iyun 2000-ci il N-893 İQ).    
11. Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  27.01.2000-ci  il  tarixli  10 
nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  "Təhlükəli  yüklərin  avtomobil  nəqliyyatı  ilə 
daşınması Qaydaları". 
12. Metalların qaynaq edilməsi və kəsilməsi  D.L.Qlizmanenko. 
13. “Enerji  resurslarından  istifadə  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu. 
Bakı, 1999. 
14. “Qaz təchizatı haqqında “Azərbaycan Respublikasının Qanunu, 1999. 
15. “Qazdan  istifadə  qaydaları”.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  12 
may 2011-ci il tarixli 80 № - li qərarı. 
16. AzDTN 2.13- L “Qaz təchizatı. Layihələndirmə normaları”. Bakı, 2009. 
17. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. 
18. “Azərbaycan Respublikasının yanacaq enerji kompleksinin inkişafı 
19. (2005 
2015 ci illər) üzrə Dövlət Proqramı.” Bakı, 2005. 
20. РД 
153-39.4-079-01.  Методика  определения  расходов  газа  на 
технологические  нужды  предприятий  газового  хозяйства  и  потерь  в 
системах распределения газа. 
21. Методология расчета расхода природного газа на технологические нужды и 
технические потери в распределительных сетях. Кишинев. 2001. 
22. ГОСТ  5542-87.  Газы  горючие  природные  для  промышленного  и 
коммунально- бытового назначения. 
23. ГОСТ 2939 - 63.Газы. Условия для определения объема. 
24. Газ природный. Методы расчета физических свойств. 

 
 
25. Dənizdə  Neft  və  Qazçıxarma  idarələrində  qazın  sərfi  normaları.  V.İ.Əliyev, 
Azərnəşr, Bakı. 2001. 
26. Методика  по  расчету  удельных  показателей  загрязняющих  веществ  в 
выбросах (сбросах) в атмосферу (водоемы) на объектах газового хозяйства. 
ОАО «Ростазификация». 1996г. 
27. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu, 1998. 
28. СТО  ГАЗПРОМ  1  1-2005.  Методические  указания  по  расчету  валовых 
выбросов углеводородов в атмосферу в ОАО «ГАЗПРОМ» 
29. Типовая методика расчета норм потребления природного газа населением в 
квартирах  (домах)  на  приготовление  пищи,  горячей  воды  и  отопление  в 
условиях  отсутствия  приборов  учета  расхода  газа  (По  состоянию  на  18 
октября 2006 г.). 
30. «Azneft»  İB-nin  neft  və  qazçıxarma  idarələrində  və  müştərək  müəssisələrində 
neftin və qazın texnoloji itkilərinin təyini. Metodiki göstəriş. Bakı, 2005. 
31. “Qazın  nəqlə  hazırlanması,  nəqli,  saxlanması  və  korroziya  problemləri”  Elmi 
əsərlər toplusu. Bakı, “Elm”, 2006. 
32. Порядок  содержания  и  ремонта  внутридомового  газового  оборудования  в 
Российской  Федерации.  Приказ  министра  регионального  развития  РФ 
26.06.2009 г. №239. 
33. “Qaz təsərrüfatının istismarı”. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov. Bakı, 
34. Qaz  təsərrüfatı  müəssisələrində  qaz  sərfi  və  qazpaylayıcı  şəbəkələrdə  texniki 
itkilərin təyin olunma metodikası. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 
“Neftqazelmitədqiqatlayihə” İnstitutu. Bakı. 11.12.2012. 
                                                    
 
 

 
 
MÜNDƏRİCAT 
 
 
1. 
Ön söz .................................................................................................................. 3 
I Bölmə.  
2. 
Qaz təsərrüfatı haqqında .................................................................................... 4 
  I Fəsil.  Təbii qaz  və qaz təsərrüfatı haqqında ümumi məlumat .................... 5 
  II Fəsil. Xarici qaz kəmərləri və üzərindəki avadanlıqlar, onların tikintisi  
və istismarı qaydaları  haqqında ................................................................... 18 
  III Fəsil. Daxili qaz avadanlıqları və xətlərinin tikintisi və istismarı 
haqqında ........................................................................................................ 61 
  IV Fəsil. Qəzaların ləğvi, məhdudlaşdırılması və qaz təhlükəli işlər 
haqqında ........................................................................................................ 75 
  V Fəsil. Qaynaq işləri haqqında .................................................................... 83 
II Bölmə.  
3. 
Qazın alqı-satqısı, ölçü vasitələri və Qaz təsərrüfatı müəssisələrində  
qaz sərfi və qazpaylayıcı şəbəkələrdə texniki itkilərin təyin olunması  
metodikası haqqında ........................................................................................  99 
  I Fəsil.  Qazın alqı-satqısı haqqında .............................................................. 99 
  II Fəsil. Metrologiya haqqında .................................................................... 105 
  III Fəsil. Smart sayğaclar haqqında ............................................................ 112 
  IV Fəsil.  Qaz təsərrüfatı müəssisələrində qaz sərfi və qazpaylayıcı 
şəbəkələrdə texniki itkilərin təyin olunması metodikası haqqında ............. 124 
III Bölmə.  
4. 
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası haqqında ........................... 142 
  I Fəsil. Ümumi müddəalar .......................................................................... 142 
  II Fəsil. Tibbi xidmət və sağlamlıq haqqında ............................................. 156 
  III Fəsil. Əməyin təhlükəsizliyi üzrə işlərin təşkili haqqında ..................... 172 
 
 

 
 
IV Bölmə. 
5. 
Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi  
qaydaları haqqında ....................................................................................... 186 
  I Fəsil. Ümumi müddəalar .......................................................................... 186 
  II Fəsil.  Anbarlarda yanğın təhlükəsizliyi qaydaları haqqında .................. 195 
  III Fəsil. İsitmə və ventilyasiya sistemlərində yanğın təhlükəsizliyi  
  qaydaları haqqında .......................................................................................198 
  IV Fəsil. Yanğın təhlükəsizliyində su təsərrüfatı haqqında ........................ 201 
  V Fəsil.  Elektrik təsərrüfatında yanğın təhlükəsizliyi haqqında ................ 202 
  VI Fəsil. Qaz təsərrüfatının istismarında yanğın təhlükəsizliyi qaydaları  
haqqında ...................................................................................................... 205 
  VII Fəsil. Nəqliyyat müəssisələrində yanğın təhlükəsizliyi haqqında ........ 209 
  VIII Fəsil. Yanğınsöndürmə qurğu və vasitələri haqqında ......................... 212 
V Bölmə. 
6. 
Yükqaldırma mexanizmləri, Təhlükəli yüklərin daşınması, Təhlükə 
potensiallı obyektlər və Təzyiq altında işləyən qabların istismarı zamanı 
təhlükəsizlik qaydaları haqqında ................................................................. 215 
  I Fəsil. Yükqaldırma mexanizmləri haqqında ............................................. 215 
  II Fəsil Təhlükəli yüklərin daşınması zamanı təhlükəsizlik qaydaları  
haqqında ...................................................................................................... 223 
  III Fəsil. Təhlükə potensiallı obyektlər haqqında ....................................... 227 
  IV Fəsil. Təzyiq altında işləyən qabların istismarı zamanı  
təhlükəsizlik qaydaları haqqında ................................................................. 230 
VI Bölmə. 
7. 
Ətraf mühitin mühafizəsi haqqında ............................................................ 238 
VII Bölmə.  
8. 
Beynəlxalq idarəetmə sistemləri haqqında ................................................. 246 
9. 
İxtisarlar ........................................................................................................  254 
10. 
İstifadə edilmiş ədəbiyyatların siyahısı ......................................................  255
 

Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin