AZƏRBAYCAN RESPUBLİKASININ
İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ
MÜNDƏRİCAT
(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni basın)
ÜMUMİ HİSSƏ
BÖLMƏLƏR (Fəsillər)
I.
ÜMUMİ MÜDDƏALAR
(1‐5)
XÜSUSİ HİSSƏ
II.
İNZİBATİ XƏTALAR
(6‐24)
III.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXMAQ SƏLAHİYYƏTİ OLAN
ORQANLAR (VƏZİFƏLİ ŞƏXSLƏR)
(25‐26)
IV.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAAT
(27‐30)
V.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN MƏRHƏLƏLƏRİ
(31‐33)
VI.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ QƏRARLARIN İCRASI
(34‐35)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
ÜMUMİ HİSSƏ
FƏSİLLƏR (Maddaələr)
I.ÜMUMİ MÜDDƏALAR
1.
AZƏRBAYCAN RESPUBLİKASININ İNZIBATİ XƏTALAR QANUNVERİCİLİYİ, ONUN
VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ
(1‐11)
2.
İNZİBATİ XƏTA VƏ İNZİBATİ MƏSULİYYƏT
(12‐17)
3.
İNZİBATİ MƏSULİYYƏTİ İSTİSNA EDƏN HALLAR
(18‐21)
4.
İNZİBATİ TƏNBEH
(22‐31)
5.
İNZİBATİ TƏNBEH TƏTBİQ ETMƏ
(32‐38)
XÜSUSİ HİSSƏ
II.İNZİBATİ XƏTALAR
6.
SİYASİ, SOSİAL VƏ ƏMƏK HÜQUQLARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
(39‐60)
7.
ƏHALİNİN SAĞLAMLIĞI, SANİTARİYA‐GİGİYENA VƏ SANİTARİYA‐EPİDEMİOLOJİ
SALAMATLIĞI QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
(61‐68)
8.
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
(69‐75)
9.
ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ, TƏBİƏTDƏN İSTİFADƏ VƏ EKOLOJİ
TƏHLÜKƏSİZLİK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
(76‐113)
10.
SƏNAYE, ELEKTRİK VƏ İSTİLİK ENERJİSİNDƏN İSTİFADƏ QAYDALARI ƏLEYHİNƏ
OLAN İNZİBATİ XƏTALAR
(114‐118)
11.
DAMAZLIQ, BAYTARLIQ‐SANİTARİYA QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ
XƏTALAR
(119‐129)
12.
HAVA, DƏNİZ, ÇAY VƏ DƏMİR YOLU NƏQLİYYATINDA OLAN QAYDALAR
ƏLEYHİNƏ İNZİBATİ XƏTALAR
(130‐150)
13.
YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
(151‐159)
14.
YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ QAYDALARI ƏLEYHİNƏ
OLAN İNZİBATİ XƏTALAR
(160‐168)
15.
RABİTƏ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
(169‐180)
16.
İNFORMASİYADAN İSTİFADƏ EDİLMƏSİ, ONUN YAYILMASI VƏ MÜHAFİZƏSİ
QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
(181‐192)
17.
MƏNZİL TƏSƏRRÜFATI VƏ ABADLIQ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ
XƏTALAR
(193‐198)
18.
İQTİSADİ FƏALİYYƏT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
(199‐223)
19.
TİCARƏT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
(224‐242)
20.
VERGİLƏRİN, RÜSUMLARIN ÖDƏNİLMƏSİ, MALİYYƏ VƏ SIĞORTA QAYDALARI
ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
(243‐257)
21.
GÖMRÜK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
(258‐295)
22.
İCTİMAİ QAYDA, İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ
OLAN İNZİBATİ XƏTALAR
(296‐309)
23.
İDARƏÇİLİK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
(310‐348)
24.
HƏRBİ UÇOT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
(349‐356)
III.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXMAQ SƏLAHİYYƏTİ OLAN ORQANLAR
(VƏZİFƏLİ ŞƏXSLƏR)
25.
ƏSAS QAYDALAR
(357‐359)
26.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRİN AİDİYYƏTİ
(360‐361)
IV.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAAT
27.
ÜMUMI MÜDDƏALAR
(362‐370)
28.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN İŞTİRAKÇILARI, ONLARIN
HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
(371‐384)
29.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRİN İCRAATI ÜZRƏ SÜBUTLAR VƏ ONLARIN
QİYMƏTLƏNDİRİLMƏSİ
(385‐395)
30.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN TƏMIN EDİLMƏSİ
TƏDBİRLƏRİNİN TƏTBİQ EDİLMƏSİ
(396‐408)
V.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN MƏRHƏLƏLƏRİ
31.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATA BAŞLAMA
(409‐416)
32.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXILMASI
(417‐429)
33.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ QƏRARLARIN YENİDƏN BAXILMASI
(430‐438)
VI.
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ QƏRARLARIN İCRASI
34.
ÜMUMİ MÜDDƏALAR
(439‐449)
35.
İNZİBATİ TƏNBEH NÖVLƏRİ HAQQINDA QƏRARLARIN İCRASI QAYDASI
(450‐458)
AZƏRBAYCAN RESPUBLİKASININ
İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ
1
ÜMUMİ HİSSƏ
I BÖLMƏ
ÜMUMİ MÜDDƏALAR
B i r i n c i f ə s i l
AZƏRBAYCAN RESPUBLİKASININ İNZIBATİ XƏTALAR QANUNVERİCİLİYİ, ONUN
VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ
M a d d ə 1 . Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi
1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir.
1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş
beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır.
1.3. İnzibati məsuliyyət müəyyən edən və inzibati xətalar törətmiş şəxsin tənbeh
edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir.
M a d d ə
2 . Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin
vəzifələri
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və
vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya‐epidemioloji
salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və
ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu
möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
M a d d ə 3 . İnzibati məsuliyyətin əsasları
Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab
edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya
hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
M a d d ə
4 . Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin
prinsipləri
Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq,
qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların
qarşısının alınması prinsiplərinə əsaslanır.
M a d d ə 5 . İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi
5.1. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və
azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları (vəzifəli şəxslər) Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli
şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir.
5.3. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən
insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkət edilməsinə yol verilmir.
M a d d ə 6 . Qanunçuluq prinsipi
6.1. İnzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.
6.2. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən
qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti
ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.
6.3. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə
tətbiqinə yol verilmir.
M a d d ə 7 . Qanun qarşısında bərabərlik prinsipi
7.1. İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən,
mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı
olmayaraq qanun qarşısında bərabərdirlər və inzibati məsuliyyətə cəlb olunurlar. Bu maddədə
nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati
məsuliyyətdən azad oluna, yaxud heç kəsə inzibati tənbeh tətbiq oluna və ya daha yüngül
inzibati tənbeh tətbiq edilə bilməz.
2
7.2. Hüquqi şəxslər mülkiyyət formasından, olduqları yerdən, təşkilati‐hüquqi
formalarından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb olunurlar.
M a d d ə 8 . Təqsirsizlik prezumpsiyası prinsipi
8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə
nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata
baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən
edilmədikdə o, təqsiri olmayan hesab edilir.
8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun
xeyrinə həll olunur.
M a d d ə 9 . Ədalətlilik prinsipi
9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni
inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
9.2. Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.
M a d d ə 1 0 . İnzibati xətaların qarşısının alınması prinsipi
Dövlət və ya yerli özünüidarəetmə orqanları inzibati xətaların qarşısının alınması, inzibati
xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan
qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan
Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər
hazırlayırlar və həyata keçirirlər.
M a d d ə
1 1 . Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin
qüvvəsi
11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması,
inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə
olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata
keçirilir.
11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran
normativ‐hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qəbul edildiyi
vaxtadək törədilmiş xətalara da şamil edilir.
11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən
normativ‐hüquqi aktların geriyə qüvvəsi şamil edilmir.
İ k i n c i f ə s i l
İNZİBATİ XƏTA VƏ İNZİBATİ MƏSULİYYƏT
M a d d ə 1 2 . İnzibati xəta anlayışı
Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan
(qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət
və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
M a d d ə 1 3 . İnzibati xətanın qəsdən törədilməsi
İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd
xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə,
yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş
xəta hesab olunur.
M a d d ə 1 4 . İnzibati xətanın ehtiyatsızlıq üzündən törədilməsi
İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli
nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüşdürsə, lakin onların qarşısını alacağına
yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli
və görməli olduğu halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta
hesab olunur.
M a d d ə 1 5 . Fiziki şəxslərin inzibati məsuliyyəti
15.1. İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə
cəlb olunurlar.
15.2. İşin konkret halları, psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla
inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati
məsuliyyətdən azad oluna və onların barəsində ʺYetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnaməʺ ilə müəyyən edilmiş təsir
tədbirləri tətbiq edilə bilər.
15.3.İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular
inzibati xətalara görə, intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati
məsuliyyət daşıyırlar. Göstərilən şəxslərə inzibati həbs tətbiq edilə bilməz. Müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçularına isə inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz.
15.4. Bu Məcəllənin 15.3‐cü maddəsində göstərilmiş şəxslərdən başqa, intizam
nizamnamələrinin və ya intizam haqqında əsasnamələrin qüvvəsinin şamil edildiyi digər
şəxslər qulluq vəzifələrinin icrası zamanı inzibati xətalar törətməyə görə həmin
nizamnamələrdə və ya əsasnamələrdə bilavasitə nəzərdə tutulmuş hallarda intizam
məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar.
15.5. İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu
Məcəllənin 15.3‐cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək
əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll
edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarına verə bilərlər.
15.6. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində
törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar.
15.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən,
Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan
Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq
hüquq normalarına uyğun olaraq həll edilir.
Qeyd: Bu Məcəllənin 15.3‐cü maddəsində ʺhərbi qulluqçularʺ dedikdə, Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları,
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları başa düşülür.
Bu Məcəllənin 15.4‐cü maddəsində ʺintizam nizamnaməsi (əsasnaməsi) tətbiq edilən digər şəxslərʺ dedikdə,
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında öz qulluq vəzifələrini icra edən şəxslər başa
düşülür.
Bu Məcəllənin 15.6‐cı maddəsində ʺəcnəbilərʺ dedikdə, Azərbaycan Respublikasının vətəndaşı olmayan və
başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslər başa düşülür.
ʺVətəndaşlığı olmayan şəxslərʺ dedikdə isə Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin
vətəndaşlığına mənsub olmayan şəxslər başa düşülür.
M a d d ə 1 6 . Vəzifəli şəxslərin inzibati məsuliyyəti
Vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə
yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, yerli
özünüidarəetmə orqanlarında, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq surətdə yaradılmış başqa qoşun birləşmələrində, dövlət və qeyri‐dövlət təşkilatlarında,
idarə və müəssisələrində təşkilati‐sərəncamverici və ya inzibati‐təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti
işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab
edilirlər.
M a d d ə 1 7 . Hüquqi şəxslərin inzibati məsuliyyəti
Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati
xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar.
Ü ç ü n c ü f ə s i l
İNZİBATİ MƏSULİYYƏTİ İSTİSNA EDƏN HALLAR
M a d d ə 1 8 . Son zərurət
Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş
olsa da, son zərurət vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyini, həmin şəxsin və ya
başqa şəxsin sağlamlığını, hüquqlarını və qanuni mənafelərini qorxu altına alan təhlükəni
aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər bu təhlükə başqa vasitə ilə aradan qaldırıla
bilməzdisə və əgər vurulmuş zərər qarşısı alınmış zərərdən daha az əhəmiyyətli olmuşsa, bu,
inzibati xəta hesab olunmur.
M a d d ə 1 9 . Zəruri müdafiə
Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş
olsa da, zəruri müdafiə vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyinə, özünü müdafiə
edənin və ya başqa şəxsin sağlamlığına, hüquqlarına və ya qanuni mənafeyinə qəsd edənə zərər
vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət inzibati xəta hesab olunmur.
M a d d ə 2 0 . Anlaqsızlıq
Hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsızlıq vəziyyətində
olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya
başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk
etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir.
M a d d ə 2 1 . İnzibati xəta az əhəmiyyətli olduqda daha yüngül inzibati tənbeh tətbiq
etmə və ya inzibati məsuliyyətdən azadetmə
Törədilmiş inzibati xəta az əhəmiyyətli olduqda inzibati tənbeh tətbiq etmə hüququ olan
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq edilməsi
nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə və ya həmin
şəxsi inzibati məsuliyyətdən azad edə bilər.
D ö r d ü n c ü f ə s i l
İNZİBATİ TƏNBEH
M a d d ə 2 2 . İnzibati tənbehin məqsədləri
İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi
ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər
tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
M a d d ə 2 3 . İnzibati tənbeh növləri
23.1. İnzibati xətalar törətməyə görə aşağıdakı inzibati tənbeh növləri tətbiq edilə bilər:
23.1.1. xəbərdarlıq;
23.1.2. inzibati cərimə;
23.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin ödənişlə alınması;
23.1.4. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin müsadirəsi;
23.1.5. inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun
məhdudlaşdırılması;
23.1.6. əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxartma;
23.1.7. inzibati həbs.
23.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin 23.1.1‐23.1.4‐cü maddələrində nəzərdə tutulan
inzibati tənbeh növləri tətbiq edilir.
M a d d ə 2 4 . Xəbərdarlıq
Xəbərdarlıq inzibati tənbeh növü olmaqla hüquqazidd əməlin yolverilməzliyi barədə
şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir.
M a d d ə 2 5 . İnzibati cərimə
25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul
məbləğidir.
25.2. İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla ifadə oluna bilər:
25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə
obyekti olmuş predmetin dəyəri;
25.2.2. inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, lakin
ödənilməmiş ödənişlərin, vergilərin məbləği.
3
25.3. İnzibati xətalara görə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və
konsulluqları tərəfindən tətbiq edilən inzibati cərimələr həmin nümayəndəlik və konsulluqların
yerləşdiyi xarici ölkənin valyutası ilə tutulur.
4
25.4. İnzibati xətalara görə alınan cərimənin miqdarı üç manatdan az ola bilməz.
5
25.5. Manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin
miqdarı üç min manatdan, vəzifəli şəxslərdən alınan inzibati cərimənin miqdarı beş min
manatdan, hüquqi şəxslərdən alınan inzibati cərimənin miqdarı əlli min manatdan artıq ola
bilməz.
6
25.6. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin
miqdarı həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin
məbləği ilə ölçülən cərimənin miqdarı isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq
ola bilməz.
25.7. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan
Respublikasının dövlət büdcəsinə keçirilir.
M a d d ə 2 6 . İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə
obyekti olmuş predmetin ödənişlə alınması
26.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmet ödənişlə, məcburi qaydada alınır, sonra satılır və əldə edilən məbləğ həmin predmetin
satılması ilə əlaqədar xərclər çıxıldıqdan sonra onun keçmiş sahibinə verilir.
26.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin ödənişlə alınması hakim tərəfindən tətbiq edilir.
26.3. Əsas dolanacaq mənbəyi ov olan şəxslər barəsində odlu silahın, döyüş sursatının və
digər ov alətinin ödənişlə alınması tətbiq edilə bilməz.
26.4. Predmetin ödənişlə alınması qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər
qanunvericiliyi ilə müəyyən edilir.
M a d d ə 2 7 . İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə
obyekti olmuş predmetin müsadirəsi
27.1. İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu
Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və
ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir.
27.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir.
27.3. Əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov
alətləri müsadirə edilə bilməz.
27.4. Müsadirənin tətbiqi qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər
qanunvericiliyi ilə müəyyən edilir.
M a d d ə 2 8 . Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması
28.1. Verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozmağa
görə fiziki şəxsin həmin hüququ iki aydan iki ilədək müddətə məhdudlaşdırılır.
28.2. Nəqliyyat vasitələrini sərxoş halda idarəetmə halları istisna olmaqla, nəqliyyat
vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitələrini idarəetmə
hüququ məhdudlaşdırıla bilməz.
28.3. Bu Məcəllənin 151.2‐ci, 151.3‐cü, 152‐1.1‐ci, 152‐1.2‐ci, 155.3‐cü və 156‐cı maddələrində
müəyyən edilmiş balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində
10 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini
idarə etmək hüququ məhdudlaşdırılır.
7
28.4. Əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməz.
M a d d ə 2 9 . Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxartma
Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati
qaydada çıxartma tətbiq edilir.
M a d d ə 3 0 . İnzibati həbs
30.1. İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı‐ayrı növlərinə görə on
beş gün müddətinədək müəyyən olunur və tətbiq edilir.
30.2. Hamilə qadınlar və ya himayəsində səkkiz yaşınadək uşağı olan qadınlar, səkkiz
yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci
və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər
barəsində inzibati həbs tətbiq edilə bilməz.
8
30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilir.
M a d d ə 3 1 . Əsas və əlavə inzibati tənbehlər
31.1. Xəbərdarlıq, inzibati cərimə və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi
tətbiq edilir.
31.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin ödənişlə alınması, yaxud müsadirəsi, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş
xüsusi hüququnun məhdudlaşdırılması, əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma həm əsas, həm
də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.
31.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər.
B e ş i n c i f ə s i l
İNZİBATİ TƏNBEH TƏTBİQ ETMƏ
M a d d ə 3 2 . İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları
32.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.
32.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri,
inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə
məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
32.3. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri,
hüquqi şəxsin maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran
hallar nəzərə alınır.
32.4. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin
yerinə yetirilməsindən şəxsi azad etmir.
M a d d ə 3 3 . İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar
33.1. İnzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab
edilir:
33.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı;
33.1.2. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən
aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi;
33.1.3. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi;
33.1.4. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən
törədilməsi.
33.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti
yüngülləşdirən başqa hallar da nəzərdə tutula bilər. İnzibati xətalar haqqında işlərə baxan
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qanunvericiliklə nəzərdə tutulmayan halları da
məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər.
M a d d ə 3 4 . İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar
34.1. İnzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab
edilir:
34.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə
baxmayaraq, bu hərəkətin davam etdirilməsi;
34.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı il ərzində təkrar
törətməsi;
34.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi;
34.1.4. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi;
34.1.5. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsi;
34.1.6. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi.
34.2. İnzibati tənbeh tətbiq edən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın
xarakterindən asılı olaraq bu Məcəllənin 34.1.6‐cı maddəsində göstərilən halı məsuliyyəti
ağırlaşdıran hal hesab etməyə də bilər.
M a d d ə 3 5 . Bir neçə inzibati xəta törədildikdə inzibati tənbeh tətbiq etmə
9
35.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati
xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.
35.2. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya
dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə
müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı
birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.
10
35.3. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə
baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır.
11
M a d d ə 3 6 . İnzibati məsuliyyətə cəlb etmə müddətləri
36.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər.
Gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, qrant müqavilələrinin (qərarlarının)
qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları
əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci
bir il keçənədək verilə bilər.
12
36.2. Davam edən inzibati xətalara görə inzibati tənbeh onun aşkara çıxarıldığı gündən ən
geci iki ay keçənədək verilə bilər.
36.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin
şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət
işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi
gündən ən geci iki ay keçənədək verilə bilər.
36.4. On altı yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi
inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiya tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına
qaytarıldıqda, inzibati tənbeh həmin iş qaytarıldığı gündən ən geci iki ay keçənədək verilə
bilər.
13
M a d d ə 3 7 . Şəxsin inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan
müddət
Barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasının qurtardığı gündən etibarən
bir il ərzində yeni inzibati xəta törətməmişsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş sayılır.
M a d d ə 3 8 . Vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi
38.1. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş
əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq
etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər.
38.2. Vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə
olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin
ödənilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.
XÜSUSİ HİSSƏ
II BÖLMƏ
İNZİBATİ XƏTALAR
A l t ı n c ı f ə s i l
SİYASİ, SOSİAL VƏ ƏMƏK HÜQUQLARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
M a d d ə
3 9 . Seçkiqabağı və ya referendum ilə bağlı təşviqatın aparılması
qaydalarının və müddətinin pozulması
14
39.1. Seçkiqabağı və ya referendum ilə bağlı təşviqatın aparılmasının qanunvericiliklə
müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə ‐
iyirmi beş manatdan əlli manatadək miqdarda cərimə edilir.
15
39.2. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi şərəf və
ləyaqətini seçki qanunvericiliyi ilə müəyyən olunmuş teleradio verilişləri təşkilatlarının
teleradio proqramlarında və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək
imkanının verilməməsinə görə ‐
vəzifəli şəxslər əlli manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli
manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.
16
M a d d ə
4 0 . Təşviqat‐nəşr materiallarını qəsdən məhv etmə və ya namizədin
seçicilərlə görüşünə mane olma
Mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə qanunvericiliklə müəyyən edilmiş
yerlərdə asılmış seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat
materiallarını məhv etməyə və ya korlamağa və ya təşviqat materiallarının yayılmasına mane
olmağa, yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə‐
17
otuz beş manatdan altmış manatadək miqdarda cərimə edilir.
18
M a d d ə 4 1 . Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma
19
Seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə)
namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə və ya onları başqa üsullarla
yaymağa görə ‐
iyirmi manatdan əlli beş manatadək miqdarda cərimə edilir.
20
M a d d ə 4 2 . Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün,
müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi
Dostları ilə paylaş: |