156
İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin sosial
xidmət müəssisələrinə yerləşdirilməsindən və onlara sosial xidmət
göstərilməsindən imtina edilməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək
məbləğdə cərimə edilir.
Maddə 184. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulması
184.1. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına,
yəni:
184.1.1. siyasi partiya tərəfindən dövlət orqanının və ya vəzifəli
şəxsin fəaliyyətinə müdaxilə edilməsinə;
184.1.2. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə qadağan olunmuş vəsaitin, o cümlədən ianələrin siyasi
partiyalar tərəfindən qəbul edilməsinə;
184.1.3. Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin
siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının
yaradılmasına və fəaliyyətinə;
184.1.4. ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya
fəaliyyət göstərməyə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində
və ya işində iştirak etməyə görə-
fiziki şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək
məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək
məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min
manatadək məbləğdə cərimə edilir.
184.2. Bu Məcəllənin 184.1-ci maddəsində nəzərdə tutulmuş
xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə-
fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə,
vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə,
hüquqi şəxslər on beş min manatdan otuz min manatadək
məbləğdə cərimə edilir.
157
Maddə 185. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması
Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az
miqdarda ziyan vurduqda-
pirat nüsxələr, həmçinin pirat nüsxələrin hazırlanmasında
(istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar,
avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə
edilməklə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə
edilir.
Qeyd: Bu Məcəllənin 185-188-ci maddələrində “az miqdarda
ziyan vurduqda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.
Maddə 186. İnteqral sxem topologiyasından istifadəyə müstəsna
hüququn pozulması
Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral
sxem topologiyasının orijinal olmayan hissəsinin çıxarılması istisna
olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsinin inteqral
sxemə daxil edilməsi yolu ilə və ya surətinin başqa şəkildə
çıxarılmasına, habelə topologiyanın və ya həmin topologiyadan
ibarət inteqral sxemin tətbiq edilməsinə, gətirilməsinə, satış üçün
təklif edilməsinə, satılmasına, yaxud başqa formada təsərrüfat
dövriyyəsinə daxil edilməsinə görə, bu az miqdarda ziyan
vurduqda-
səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 187. Folklor nümunələrindən istifadə tələblərinin
pozulması
Folklor nümunələrindən istifadə tələblərinin pozulmasına görə, bu
az miqdarda ziyan vurduqda-
158
folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə
hazırlanmış (istehsal edilmiş) və yayılmış folklor obyekti nüsxələri
(pirat nüsxələr) müsadirə edilməklə, fiziki şəxslər səksən manatdan
yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan
səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz
manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 188. Məlumat toplularından qeyri-qanuni istifadə edilməsi
Məlumat toplularından qeyri-qanuni istifadə edilməsinə görə, bu
az miqdarda ziyan vurduqda-
məlumat toplusunun pirat nüsxələri, həmçinin pirat nüsxələrin
hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə
olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər
vasitələr müsadirə edilməklə, fiziki şəxslər səksən manatdan yüz əlli
manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz
manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min
beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 189. Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və
ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi
189.1. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi
vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən
üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca
yerinə yetirilməməsinə görə–
xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək
məbləğdə cərimə edilir.
189.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər
istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün
şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə -
valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində
cərimə edilir.
159
189.3. Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş
əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb
olduqda –
altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
189.4. Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş
əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr
və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul
olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş
həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai
təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı
yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin
törədilməsinə səbəb olduqda-
altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 190. Valideynlərə kömək göstərməkdən qəsdən boyun
qaçırma
Yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan
valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun
qaçırmasına görə-
xəbərdarlıq edilir və ya altmış manatdan yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 191. Əmək pensiyaları haqqında qanunvericiliyin
pozulması
191.1. Əmək pensiyasını təyin edən orqan tərəfindən əmək
pensiyasının ödənilməsi barədə qərarın “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə
qəbul edilməməsinə, əmək pensiyasının təyin olunmasından imtina
barədə qərarda pensiya təyin olunmasından imtinanın səbəblərinin
göstərilməməsinə və əmək pensiyasının təyin olunmasından imtina
160
barədə qərarın həmin Qanunda nəzərdə tutulan müddətdə müraciət
edənə göndərilməməsinə görə-
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
191.2. Əmək pensiyaçısı və işəgötürən tərəfindən əmək
pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə
və ödənilməsinin dayandırılmasına səbəb olan hallar barədə
məlumatın əmək pensiyasını təyin edən orqana verilməməsinə görə-
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 192. Əmək qanunvericiliyinin pozulması
192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə
tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə
minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin
(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-
fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli
şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi
şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə
cərimə edilir.
192.2. İşəgötürən tərəfindən işçilərin və iş yerlərinin
attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə-
yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə
edilir.
192.3. İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı
verilməsinə görə-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
192.4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və
ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar
istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-
vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək
məbləğdə cərimə edilir.
161
192.5. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək
məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək
məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın
ödənilməməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək
məbləğdə cərimə edilir.
192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri
pozularaq xitam verilməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək
məbləğdə cərimə edilir.
192.7. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən
edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə-
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
192.8. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb
edilməsinə görə-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə
cərimə edilir.
192.9. İşəgötürən tərəfindən uşaqların onların həyatına,
sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə
cəlb edilməsinə görə-
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə
cərimə edilir.
192.10. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri,
işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla,
insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə
qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad
etməyə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək
məbləğdə cərimə edilir.
162
192.11. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla
əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək
müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi)
olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına
yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar
istisna olmaqla) görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək
məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 192.1-ci maddəsi həmin maddədə göstərilən
əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq
maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq
edilir.
Maddə 193. İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti)
yerinə yetirməyə məcbur etmə
Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə
müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-
qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti)
yerinə yetirməyə məcbur etməyə görə-
min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 194. Kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul
etməmə
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri,
sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial
müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə
müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, yaxud dövlət
büdcəsinə vəsait köçürülməməsinə görə-
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
163
Maddə 195. Sosial müavinətlər haqqında qanunvericiliyin
pozulması
195.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial
müavinətin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən
edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından
imtina edilməsi barədə qərar qəbul edildikdə, imtinanın səbəbləri
göstərilməklə, müraciət edən şəxsə qanunvericiliklə müəyyən
edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın
səbəbləri göstərilməməklə verilməsinə görə-
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
195.2. Müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən
müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə
müvafiq icra hakimiyyəti orqanlarına məlumatın verilməməsinə
görə-
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 196. Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına
üzvlük haqqı köçürməmə
Mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən
həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından
mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının
tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin
idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi
hesabına köçürülməməsinə görə-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 197. Sosial xidmət haqqında qanunvericiliyin pozulması
164
197.1. Dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbatın
qiymətləndirilməsi, müəyyən edilməsi və qərar qəbul edilməsi üçün
düzgün olmayan məlumatların verilməsinə görə-
əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.
197.2. Dövlət tərəfindən sosial xidmət göstərilməsinin
dayandırılmasına təsir göstərən dəyişikliklər barədə sosial xidmət
göstərən subyektlərin məlumatlandırılmamasına görə-
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
197.3. Sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya
əsassız olaraq dövlət tərəfindən sosial xidmətə götürülməsinə və ya
dövlət tərəfindən sosial xidmət göstərilməsi üçün əsaslar olduqda,
şəxsin sosial xidmətə götürülməsindən imtina edilməsinə görə-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
197.4. Sosial xidmət göstərilməsi və ya sosial xidmət
göstərilməsindən imtina barədə qərar haqqında “Sosial xidmət
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
olunmuş müddətdə müraciət edən şəxsə rəsmi məlumatın
verilməməsi və ya sosial xidmətdən imtina barədə qərarda imtinanın
səbəblərinin göstərilməməsinə görə-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
197.5. Sosial xidmət göstərilməsinin keyfiyyətini, həcmini və
şərtlərini müəyyən edən tələblərin pozulmasına görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 198. Əməyin mühafizəsi qaydalarının pozulması
198.0. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni:
165
198.0.1. əməyin mühafizəsi üzrə standartların, normaların və
qaydaların tələblərinə əməl edilməməsinə;
198.0.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin
təhlükəsizliyinə riayət edilməməsinə;
198.0.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena
şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə
uyğunlaşdırılmamasına;
198.0.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika
xidmətinin təşkil edilməməsinə;
198.0.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə;
198.0.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan
çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi
mühafizə vasitələrinin verilməməsinə;
198.0.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə
təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının
təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə;
198.0.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların
daxil edilməməsinə;
198.0.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların
qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin
nəticələri haqqında statistik hesabatın verilməməsinə;
198.0.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin
istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan
istismar edilməsinə görə-
min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 199. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin
təmin edilməməsi
İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz
əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv
166
müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə
görə-
yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 200. Əməyin mühafizəsi xidmətinin rəhbərinin və
mütəxəssislərinin başqa işlərin yerinə yetirilməsinə cəlb
edilməsi
İşəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin rəhbərinin və
mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə
yetirilməsinə cəlb olunmasına görə-
min iki yüz manat məbləğində cərimə edilir.
Maddə 201. Kollektiv müqavilənin (sazişin) bağlanmasından
əsassız olaraq imtina edilməsi
Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq
imtina edilməsinə görə-
min beş yüz manat məbləğində cərimə edilir.
Maddə 202. Kollektiv müqavilənin (sazişin) yerinə yetirilməməsi və
ya pozulması
Kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklərin
işəgötürən tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına
görə-
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 203. Kollektiv danışıqlar aparılması və kollektiv
müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata
keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsi
167
Kollektiv danışıqlar aparılması və ya kollektiv müqavilənin (sazişin)
yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan
məlumatların təqdim edilməməsinə görə-
yeddi yüz əlli manat məbləğində cərimə edilir.
Maddə 204. Tətillərdə iştirak etməyə və ya iştirakdan imtina
etməyə məcbur etmə
Şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu
tətillərdə iştirak etməyə, yaxud iştirakdan imtina etməyə məcbur
etməyə görə-
altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 205. Seksual qısnamaya məruz qalmış işçiyə təzyiq
göstərilməsi
Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət
etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına
görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə cərimə edilirlər.
FƏSİL 22
NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ
DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR İNZİBATİ XƏTALAR
Maddə 206. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop
168
maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak
miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması,
daşınması və ya göndərilməsi
Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin
istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında
hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya
göndərilməsinə görə-
üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir,
işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,
bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə
inzibati həbs tətbiq edilir.
Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı,
daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik
vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu
maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən
azad edilir.
Maddə 207. Narkotik vasitələrin, psixotrop maddələrin istehlakı
və ya daşınması hallarının, həmçinin belə istehlak
nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi
məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmaq
Narkotik vasitələrin, psixotrop maddələrin istehlakı və ya
daşınması hallarının, həmçinin belə istehlak nəticəsində yaranmış
sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi
müayinədən boyun qaçırmağa görə-
üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 208. Satış məqsədi olmadan tərkibində narkotik maddələr
olan bitkilərin şəxsi istehlak miqdarında kultivasiyası
169
Satış məqsədi olmadan tərkibində narkotik maddələr olan
bitkilərin şəxsi istehlak miqdarında əkilməsinə, yetişdirilməsinə və
ya toplanılmasına görə-
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 209. Tərkibində narkotik maddələr olan yabanı bitkilərin
məhv edilməsi üzrə tədbirlər görülməməsi
Yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə
kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi
şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq
sahələrində aşkar edilmiş, tərkibində narkotik maddələr olan yabanı
bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə-
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər dörd yüz
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə
edilir.
FƏSİL 23
ƏHALİNİN SANİTARİYA-GİGİYENA VƏ SANİTARİYA-EPİDEMİOLOJİ
SALAMATLIĞI QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
Maddə 210. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə
və ya əczaçılıqla məşğul olma
210.1. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla
məşğul olmağa görə-
fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə,
vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə,
hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə
cərimə edilir.
|