AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

125 
 
FƏSİL 18 
 
ÜMUMİ MÜDDƏALAR 
 
Maddə 138. İnzibati xəta haqqında iş üzrə qərarın, şikayət ya 
protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi 
 
138.1. İnzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və 
ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni 
qüvvəyə minir: 
138.1.1. əgər bu qərardan şikayət və ya protest 
verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 
qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 
138.1.2. əgər bu qərardan şikayət və ya protest 
verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və 
ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş 
qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 
138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya 
protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. 
 
Maddə 139. İnzibati xəta haqqında iş üzrə qərarın icrasının 
məcburiliyi 
 
139.1. İnzibati xəta haqqında iş üzrə qərarın icrası bütün 
dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi 
şəxslər üçün məcburidir. 
139.2. İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə 
mindiyi vaxtdan dərhal icra olunmalıdır. 

126 
 
 
Maddə 140. İnzibati xəta haqqında iş üzrə qərarın icraya 
yönəldilməsi 
 
 
   
İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi 
vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə 
qoyulur. 
 
Maddə 141. İnzibati xəta haqqında iş üzrə qərarın icrası 
 
141.1. İnzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və 
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə 
tutulmuş qaydada icra edilir.  
141.2. Məhkəmələr tərəfindən baxılan inzibati xətalara dair 
işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar, bu 
Məcəllənin 142, 143, 144.1, 145, 146.3, 147, 150.2-ci, 150.8, 
150.9 və 150.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla, “İcra 
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 
icra edilir. 
141.3. Bir şəxs barəsində bir neçə inzibati tənbeh tətbiq etmə 
haqqında qərar qəbul edildikdə, hər bir qərarın icrası müstəqil 
həyata keçirilir.   
 
Maddə 142. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası 
ilə  əlaqədar məsələlərin həll edilməsi 
 
142.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının 
təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam 

127 
 
verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş 
cərimənin onun valideynlərindən və ya digər qanuni 
nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar 
olduqda, həmin məsələlərə  qərarı çıxarmış hakim, səlahiyyətli 
orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. 
142.2. Bu Məcəllənin 142.1-ci maddəsində göstərilən 
məsələlərin həllində maraqlı olan şəxslərə həmin məsələlərə 
baxılmanın yeri və vaxtı barədə məlumat verilir. Maraqlı şəxslərin 
üzrlü səbəblər olmadan iştirak etməmələri göstərilən məsələlərə 
baxılması üçün maneə yaratmır. 
142.3. Qərarın icrasının təxirə salınması, dayandırılması, onun 
icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına 
çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən 
və ya digər qanuni nümayəndələrindən tutulması barədə qərardad 
qəbul edilir. Qərardadın surəti, barəsində bu qərardad qəbul edilmiş 
fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, yetkinlik yaşına 
çatmayan şəxsin qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə 
bu barədə müvafiq qeyd aparılmaqla verilir.  
 
Maddə 143. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın 
icrasının təxirə salınması və ya onun icrasına möhlət verilməsi 
 
143.1. İnzibati həbs, inzibati xəta törətmiş fiziki şəxsin ona 
verilmiş xüsusi hüququnun məhdudlaşdırılması və ya inzibati cərimə 
növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın müəyyən 
edilmiş müddətdə icrasının həyata keçirilməsini qeyri-mümkün edən 
hallar mövcud olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan 
(vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə salır. 

128 
 
143.2. İnzibati məsuliyyətə cəlb olunan şəxsin maddi vəziyyəti 
nəzərə alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar 
qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən altı 
ayadək müddətə uzadıla bilər. 
 
Maddə 144. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın 
icrasının dayandırılması 
 
144.1. Qərardan şikayət və ya protest verildikdə, inzibati 
tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli 
orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə 
baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad 
qəbul edilir və qərardad dərhal onu icra edən orqana (vəzifəli şəxsə) 
göndərilir. 
144.2. İnzibati həbs və ya ictimai işlər növündə tənbeh tətbiq 
etmə haqqında qərardan şikayət və ya protest verilməsi həmin 
qərarın icrasının dayandırılmasına səbəb olmur.   
 
Maddə 145. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın 
icrasına xitam verilməsi 
 
145.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş 
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın 
icrasına xitam verir: 
145.1.1. bu Məcəllənin inzibati məsuliyyət müəyyən edən 
müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə; 
145.1.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar 
çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki 

129 
 
Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab 
edildikdə; 
145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu 
Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti 
keçdikdə; 
145.1.4. bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən 
azad edilməsi üçün əsaslar yarandıqda; 
145.1.5. ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə 
haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində 
nəzərdə tutulmuş hallar yarandıqda; 
145.1.6. barəsində inzibati xəta haqqında iş üzrə qərar 
çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 
529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati 
məsuliyyətə cəlb edildikdə. 
145.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına 
xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) 
tərəfindən qərardad qəbul edilir.   
 
 
 
 
 
Maddə 146. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icra 
müddəti 
 
  
   
146.1. Bu Məcəllənin 22.1.2-ci maddəsində nəzərdə tutulmuş 
inzibati tənbeh istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə 

130 
 
haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il 
müddətində icra edilməmişdirsə, daha icra edilmir. 
146.2. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh 
tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu 
Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı 
dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan 
hesablanır. 
146.3. Bu Məcəllənin 142 - 144-cü maddələrinə uyğun olaraq 
inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına möhlət 
verildikdə və ya onun icrası dayandırıldıqda, qərarın icrası 
müddətinın axımı möhlət verilmə və ya dayandırılma müddəti 
bitənədək dayanır.   
 
Maddə 147. İnzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə 
icraatın  başa çatması 
 
İnzibati tənbehin tətbiqi üzrə icraat tamamilə başa çatdıqda, 
bu barədə müvafiq qeyd aparılmaqla, inzibati tənbeh tətbiq etmə 
haqqında qərar, onun icrasını həyata keçirən səlahiyyətli orqan 
(vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə, 
səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır. 
 
Maddə 148. Azərbaycan Respublikasının hüdudlarından 
kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində 
 
     əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq  
 
 
     etmə haqqında qərarın icrası 
 

131 
 
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və 
Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs 
barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun 
olaraq icra edilir. 
 
FƏSİL 19 
 
İNZİBATİ TƏNBEHİN AYRI-AYRI NÖVLƏRİNİN İCRASI QAYDASI 
 
Maddə 149. Xəbərdarlıq haqqında qərarın icrası 
 
Xəbərdarlıq növündə inzibati tənbeh tətbiq etmə haqqında 
qərar onu qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) 
tərəfindən bu Məcəllənin 117-ci maddəsində nəzərdə tutulmuş 
qaydada qərarın surətinin göndərilməsi və ya təqdim edilməsi yolu 
ilə icra olunur. 
 
 
Maddə  150. İnzibati cərimənin tətbiqi haqqında qərarın icrası 
 
150.1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə 
haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə 
mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə 
tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz 
gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni 
ödəməlidir. 

132 
 
150.2. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə 
haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu 
Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət 
verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec 
olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 
150.3. Yetkinlik yaşına çatmayanın müstəqil qazancı 
olmadıqda, inzibati cərimə onun valideynlərindən və ya digər qanuni 
nümayəndəsindən tutulur. 
150.4. İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən 
yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. 
Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xəta 
haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) 
tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir. Yol hərəkəti 
qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq 
edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya 
poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron 
qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya 
sistemlərinə göndərir. 
150.5. Bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş 
müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi 
ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı 
qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 
150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, 
təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması 
üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu
yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya 
təyin edən orqana; 

133 
 
150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul 
vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər 
kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı 
qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. 
Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti 
olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq 
edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini 
göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) 
dərhal qaytarmalıdır. 
150.6. İnzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən 
çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər 
gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək 
müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini 
göstərməklə (əgər bu mümkündürsə), ödəmənin 
mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu 
barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın 
surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. 
150.7. Barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən 
fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər 
gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, 
eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında 
hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti 
olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati 
cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan 
Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi 
icraya yönəldilir. 
150.8. Bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş 
müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə 

134 
 
inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi 
icraya yönəldilir.  
150.9. Fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə 
növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın 
(vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, 
məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün 
müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və 
ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında 
protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra 
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi 
icra tədbirləri davam etdirilir. 
150.10. İnzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati 
tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 
150.9-cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu 
Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş 
inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra 
tədbirləri davam etdirilir. 
150.11. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların 
törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq 
etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün 
müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan 
ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə 
məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu 
bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə 
tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay 
müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan 
ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta 
törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat 

135 
 
vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq 
dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun 
orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış 
nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi 
gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar 
olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən 
şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun 
məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin 
ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. 
Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında 
qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu 
tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra 
hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının 
Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol 
hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə 
barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı 
dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü 
müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi 
məbləğində ödənişdən azad edilir. 
150.12. Hüquqi və ya fiziki şəxs olan işəgötürənin 
mülkiyyətindəki və ya istifadəsindəki nəqliyyat vasitəsinin sürücüsü 
inzibati xəta törətdikdən sonra onun işəgötürənlə əmək 
münasibətlərinə xitam verilmişdirsə və inzibati xətanı törətmiş şəxs 
2 ay müddətində inzibati cəriməni ödəməmişdirsə, nəqliyyat 
vasitəsinin saxlanılması barədə qərar qəbul edilmədən, inzibati 
xətanı törətmiş şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun 
məhdudlaşdırılması barədə qərar qəbul edilir və cərimənin 
ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. 

136 
 
150.13. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji 
təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə 
görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında 
qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni 
qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun 
ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi 
məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş 
müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərar 
qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla 
müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, məcburi icraya 
yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə 
haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda 
borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra 
hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının 
Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür.  
150.14. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji 
təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə 
görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı 
dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü 
müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi 
məbləğində ödənişdən azad edilir.   
 
Maddə 151. İnzibati xətanın törədilməsində alət və ya inzibati  
xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi 
haqqında qərarın icrası 
 
151.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati 
xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında 

137 
 
qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi 
olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. 
151.2. Predmetin müsadirəsi haqqında qərarın icrası başa 
çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu 
qəbul etmiş hakimə qaytarılır. 
 
Maddə 152. Fiziki şəxsə verilmiş xüsusi hüququn 
 
 
     məhdudlaşdırılması haqqında qərarın icrası 
 
152.1. Nəqliyyat vasitəsini idarə etmək hüququnun 
məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması 
yolu ilə icra edilir. 
152.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ 
məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən 
imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən təmin edilir. 
152.3. Gəmiləri (kiçik həcmli gəmiləri) idarə etmək hüququnun 
məhdudlaşdırılması haqqında qərarın icrası müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən həyata keçirilir. 
152.4. Ov etmə hüququnun məhdudlaşdırılması haqqında 
qərarın icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata 
keçirilir. 
152.5. Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati 
xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq 
etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini 
idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış 
şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu 

138 
 
ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin 
şəxsin vəsatəti əsasında xitam verilir.   
 
Maddə 153. Fiziki şəxsə verilmiş xüsusi hüququn 
 
 
     məhdudlaşdırılması müddətinin hesablanması 
 
153.1. Fiziki şəxsə verilmiş xüsusi hüququn 
məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 
həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. 
153.2. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar 
qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi 
hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq 
edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində 
nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd 
bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl 
götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin 
müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. 
153.3. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun 
xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, 
xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu 
halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin 
itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. 
153.4. Xüsusi hüququn məhdudlaşdırılması müddəti 
qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq 
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması 
haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh 
növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır. 

139 
 
153.5. Nəqliyyat vasitəsini idarə etmək hüququnun 
məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi 
aşağıdakı qaydada qaytarılır: 
153.5.1. nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən cox 
müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə 
etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 
153.5.2. nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha 
az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət 
bitdiyi gün. 
153.6. Nəqliyyat vasitəsini idarə etmək hüququ 
məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü 
maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun 
məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara 
əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun 
məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş 
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması 
müddətinin son günündən etibarən hesablanmağa başlayır.   
 
Maddə  154. İctimai işlər haqqında qərarın icrası 
 
154.1. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə 
haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin 
yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
ictimai yerlərdə icra məmuru icra edir. 
154.2. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq 
edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul 
etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin 
yerinə yetirilməsinə cəlb olunur. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin