212
284.3. Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at
cinslərinin damazlıq özəklərinin məhv edilməsinə görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 285. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının
pozulması
285.0. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının
pozulmasına, yəni:
285.0.1. istehsal olunan və satılan seleksiya nailiyyətinə
qeydiyyatda olan addan fərqli ad verilməsinə;
285.0.2. istehsal olunan və satılan seleksiya nailiyyətinə
bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin adının
verilməsinə;
285.0.3. lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən
istifadə edilməsinə;
285.0.4. seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına;
285.0.5. dövlət reyestrində, ərizədə, ekspertiza və ya sınaq
sənədlərində yanlış qeydlər aparılmasına görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 286. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və
səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulması
286.1. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və
səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına, yəni:
213
286.1.1. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni
brend bitkilərin areallarında başqa növ bitki nümunələrinin
istehsalçılarına dövlət vəsaiti hesabına yardım göstərilməsinə;
286.1.2. mədəni bitkilərin genetik ehtiyatlarının milli
kolleksiyalarının mühafizəsi qaydalarının pozulmasına;
286.1.3. Azərbaycan Respublikasının Milli Genbankının
davamlılığına mane olan hərəkətlərə, yəni soyuducu kameraların
motorlarının, quruducu aparatların elektrik təchizatının
dayandırılmasına (kəsilməsinə), yanğın törədə biləcək tezalışan
maddələrin Azərbaycan Respublikasının Milli Genbankının ərazisinə
gətirilməsinə, toxumların saxlanma rejiminin pozulmasına;
286.1.4. Azərbaycan Respublikasında aqroekosistemlər üçün
potensial əhəmiyyətə malik olan nadir və nəsli kəsilməkdə olan bitki
növlərinin (populyasiyalarının) genetik ehtiyatlarının mühafizəsinə
ziyan vuran fəaliyyətə, yəni arealları təyin edilmiş və mühafizəyə
cəlb edilən nadir və nəsli kəsilməkdə olan bitki növlərinin qanunsuz
toplanmasına, onların yerləşdiyi ərazilərdə mal-qaranın
otarılmasına, həmin ərazilərin yandırılmasına görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
286.2. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri
istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik
materiallarının rayonlaşdırılmasına və dövlət reyestrinə daxil
edilməsinə görə-
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər on min
manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində
cərimə edilir.
Maddə 287. Toxumçuluq haqqında qanunvericiliyin pozulması
287.0. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına, yəni:
214
287.0.1. karantin obyekti ilə yoluxmuş, dövlət standartlarına
uyğun gəlməyən toxumların əkilməsinə, səpininə, tədarükünə və
satılmasına;
287.0.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq
sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların idxalına,
ixracına və ticarət dövriyyəsinə daxil edilməsinə;
287.0.3. toxum partiyasının keyfiyyətinin qiymətləndirilməsi
qaydalarına əməl edilməməsinə, yaxud keyfiyyət göstəricilərinin
bilərəkdən təhrif olunmasına;
287.0.4. patent sahibi ilə lisenziya müqaviləsi bağlamadan bitki
sortlarının toxumlarından istifadə edilməsinə;
287.0.5. toxumçuluqda tətbiq edilən uçot-hesabat sənədlərində
düzgün olmayan məlumatların göstərilməsinə görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 288. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin
pozulması
288.0. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin
pozulmasına, yəni:
288.0.1. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik
texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, anbarlarda
və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin
saxlanmasına, satışına və tətbiq edilməsinə;
288.0.2. karantin nəzarətində olan materialların xüsusi təyin
edilmiş yerlərdən kənarda zərərsizləşdirilməsinə;
288.0.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas
bitkilərin həmin ərazidə yenidən əkilməsinə, habelə karantin
nəzarətində olan bitkilərin və bitki mənşəli digər məhsulların
karantin zonasından çıxarılmasına;
215
288.0.4. ətraf mühitin zərərli kimyəvi maddələrlə çirklənməsinə
yol verilməsinə, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik
preparatların istifadəsinə;
288.0.5. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna
olmaqla, dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə
istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların,
aqrokimyəvi maddələrin və digər zəhərli kimyəvi maddələrin
istehsalına, satışına, idxalına, ixracına və tətbiqinə yol verilməsinə;
288.0.6. istehsal mənşəyinə görə adlar verilən və yüksək
keyfiyyətli (markalı) bitkiçilik məhsullarının istehsalı məqsədi ilə
bitkilərə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi
maddələrin tətbiqinə yol verilməsinə;
288.0.7. tərkibində pestisidlərin, bioloji preparatların və onların
birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və
bitkiçilik məhsullarının satılmasına;
288.0.8. təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm
zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan
digər ərazilərdə pestisidlərin və digər zəhərli kimyəvi maddələrin
tətbiq edilməsinə görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 289. Baytarlıq haqqında qanunvericiliyin pozulması
289.0. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:
289.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-
sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi
ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə;
289.0.2. heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-
sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına;
216
289.0.3. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi
vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra
hakimiyyəti orqanına məlumat verməməyə, habelə belə heyvanları
təcrid etməməyə;
289.0.4. yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin
tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud
dövlət baytarlıq nəzarətini həyata keçirən orqanların epizootiya
əleyhinə dair qərarlarının pozulmasına və ya icra edilməməsinə
görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 290. Ev heyvanlarının saxlanılması qaydalarının pozulması
290.1. İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının
pozulmasına, yəni:
290.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə
saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya
yetişdirilməsinə;
290.1.2. ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması
şərtlərinin pozulmasına;
290.1.3. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi saydan artıq saxlanılmasına;
290.1.4. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız
ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə;
290.1.5. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik
vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə
etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə;
290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına;
290.1.7. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün
təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii
217
imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara
preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq
edilməsinə;
290.1.8. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev
heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər
qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun
kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin
çıxarılması) aparılmasına;
290.1.9. ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev
heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə-
iki yüz manat məbləğində cərimə edilir.
290.2. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş
xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə-
üç yüz manat məbləğində cərimə edilir.
290.3. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş
xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə-
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 290.3-cü maddəsi həmin maddədə göstərilən
əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq
maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq
edilir.
Maddə 291. Qırmızı kitaba daxil edilmiş heyvan və bitki növlərinin
qorunması üzrə tələblərin pozulması
Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və
xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında
olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə-
218
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 292. Zooloji kolleksiyaların yaradılması və onlarla ticarət
qaydalarının pozulması
292.1. Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi,
saxlanması, istifadəsi, dövlət uçotuna alınması, Azərbaycan
Respublikasına gətirilməsi, onun hüdudlarından kənara
göndərilməsi və ya aparılması qaydalarının pozulmasına görə-
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min
manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.
292.2. Zooloji kolleksiyalarla ticarət qaydalarının pozulmasına
görə-
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat
məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
FƏSİL 28
HAVA, DƏNİZ, ÇAY, AVTOMOBİL, DƏMİR YOLU NƏQLİYYATINDA VƏ
METROPOLİTENDƏ OLAN QAYDALAR ƏLEYHİNƏ İNZİBATİ XƏTALAR
Maddə 293. Uçuş təhlükəsizliyi qaydalarının pozulması
293.1. Aerodrom rayonunda aerodromların tanınması üçün qəbul
edilmiş işarələrə və ya nişanlı qurğulara oxşar hər hansı işarə və ya
qurğu yerləşdirilməsinə və ya müvafiq icazə olmadan pirotexnik
məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün
təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər
qurulmasına görə-
əlli manat məbləğində cərimə edilir.
219
293.2. Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu
yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə
və digər işlərin görülməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
293.3. Binalarda və tikililərdə gecə və gündüz işarələri və ya
nişanlı qurğular yerləşdirmə qaydalarının yerinə yetirilməməsinə
görə-
yüz əlli manat məbləğində cərimə edilir.
293.4. Aerodrom avadanlığının, aerodrom işarələrinin, hava
gəmilərinin və onların avadanlığının zədələnməsinə görə-
yüz əlli manat məbləğində cərimə edilir.
293.5. Lazımi icazə olmadan aeroportların (aerovağzallardan
başqa), aerodromların, uçuşların radio və işıq təminatı obyektlərinin
ərazisindən piyada və ya nəqliyyat vasitəsilə keçməyə görə-
əlli manat məbləğində cərimə edilir.
293.6. Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan
Azərbaycan Respublikasının hava məkanında səsdən iti sürətlə
uçuşa görə-
dörd yüz manat məbləğində cərimə edilir.
Maddə 294. Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış
hava gəmisinin hissələrinin və ya onun daşıdığı əşyaların (yüklərin,
baqajın) qanunsuz götürülməsi
Aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan, aviasiya
qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hər
hansı hissəsinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın)
götürülməsinə görə-
beş yüz manat məbləğində cərimə edilir.
220
Maddə 295. Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının
pozulması
295.1. Aeroportun ərazisində yerləşən müəssisə, idarə və
təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin
olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə-
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min
manat məbləğində cərimə edilir.
295.2. Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin
təhlükəsizliyinin təmin edilməməsinə görə-
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min
manat məbləğində cərimə edilir.
295.3. Aviasiya təhlükəsizliyi üzrə əməkdaş tərəfindən yerdə hava
gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə-
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
295.4. Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi
qaydasının pozulmasına görə-
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
295.5. Aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni
göstərişlərinə əməl etməməyə görə-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə
edilir.
Maddə 296. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt, təhlükəli
maddələr və predmetlər daşıma qaydalarının pozulması
296.1. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt daşıma qaydalarının
pozulmasına görə-
fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
221
296.2. Hava nəqliyyatında təhlükəli maddələr və predmetlər
daşıma qaydalarının pozulmasına görə-
təhlükəli maddələr və predmetlər müsadirə edilməklə və ya
edilməməklə, fiziki şəxslər iyirmi manatdan otuz manatadək
məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək
məbləğdə cərimə edilir.
Maddə 297. Hava nəqliyyatında yüklərin qorunması qaydalarının
pozulması
297.1. Konteynerlərin plomblarının və kilidlərinin zədələnməsinə,
plomblarının qırılmasına, ayrı-ayrı yüklərin və onların qutularının,
paketlərinin, habelə hava nəqliyyatında yükdaşıma ilə əlaqədar işlər
üçün istifadə edilən anbarların hasarlarının zədələnməsinə görə-
yüz əlli manat məbləğində cərimə edilir.
297.2. Hava nəqliyyatında yükdaşıma üçün nəzərdə tutulmuş
konteynerlərin və nəqliyyat vasitələrinin zədələnməsinə görə-
iki yüz manat məbləğində cərimə edilir.
Maddə 298. Hava gəmisində davranış qaydalarının pozulması
298.1. Hava gəmisində intizamın qorunması, habelə hava
gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın
təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmi kapitanının (yaxud
onun adından digər heyət üzvünün) qanuni sərəncamlarının yerinə
yetirilməməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
298.2. Hava gəmisində kompyuter, foto və videoçəkiliş, elektrik
(elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının
pozulmasına görə-
yüz manat məbləğində cərimə edilir.
298.3. Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi
məqsədi ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin
222
edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına
görə-
iki yüz manat məbləğində cərimə edilir.
Maddə 299. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə
siqaret çəkmə
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə
görə-
yüz manat məbləğində cərimə edilir.
Maddə 300. Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin
təmin edilməsi qaydalarının pozulması
300.1. Dəmir yolunun, qardan mühafizə çəpərlərinin və digər yol
obyektlərinin, siqnalizasiya və rabitə qurğularının və avadanlığının
zədələnməsinə görə-
yüz əlli manat məbləğində cərimə edilir.
300.2. Yük vurulması və boşadılması zamanı müəyyən olunmuş
qabaritlərə əməl edilməməsinə görə-
fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər yüz manat
məbləğində cərimə edilir.
300.3. Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər
qoyulmasına görə-
iki yüz manat məbləğində cərimə edilir.
Maddə 301. Dəmir yolu nəqliyyatı vasitələrindən istifadə
qaydalarının pozulması
301.1. Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara
minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında
getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə-
223
əlli manat məbləğində cərimə edilir.
301.2. Qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından
zibil, yaxud başqa predmetlər atılmasına görə-
otuz manat məbləğində cərimə edilir.
Maddə 302. Vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya
daxili avadanlığının zədələnməsi
Vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili
avadanlığının zədələnməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
Maddə 303. Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və
predmetlər aparma qaydalarının pozulması
Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər
aparma qaydalarının pozulmasına görə-
xəbərdarlıq edilir və ya iyirmi manatdan otuz manatadək
məbləğdə cərimə edilir.
Maddə 304. Dəmir yolu nəqliyyatında yüklərin qorunması
qaydalarının pozulması
304.1. Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı
vasitələrinin, yaxud daşıma mexanizmlərinin zədələnməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
304.2. Yük vaqonlarının, konteynerlərin zədələnməsinə,
plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına,
ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, dəmir yolu
stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və
yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların
hasarlarını zədələməyə görə-
yüz əlli manat məbləğində cərimə edilir.
224
Maddə 305. Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə
siqaret çəkmə
Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret
çəkməyə görə-
qırx manat məbləğində cərimə edilir.
Maddə 306. Metropolitendən istifadə qaydalarının pozulması
306.1. Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını,
habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin
obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət
çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən
stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist”
rabitəsindən istifadə etməyə görə-
on beş manat məbləğində cərimə edilir.
306.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə-
iyirmi manat məbləğində cərimə edilir.
306.3. Dəmir yoluna hər hansı əşya atmağa görə-
otuz manat məbləğində cərimə edilir.
306.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop”
açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində
və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti
zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini
ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə
kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə,
tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan
çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki
qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə-
əlli manat məbləğində cərimə edilir.
306.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə
elektrik işlədicilərini qoşmağa görə-
225
yetmiş manat məbləğində cərimə edilir.
306.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən
yaxın məsafədə hər hansı əşya yandırmağa görə-
yüz manat məbləğində cərimə edilir.
Maddə 307. Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin
təmin edilməsi qaydalarının pozulması
307.1. Dəniz və çay nəqliyyatında gəmilərin limana daxil
olmasının və limandan çıxmasının, liman sularında gəmilərin
hərəkəti və dayanması qaydalarının pozulmasına görə-
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat
məbləğində cərimə edilir.
307.2. Lazımi icazə olmadan liman sularında dalğıclıq işləri
görülməsinə və ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl
edilməməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
307.3. Gəminin suyaoturumu, uzunluğu, eni və tutumu barədə
dəniz bələdçisinə dəqiq məlumatların elan edilməməsinə və ya
yanlış məlumatların elan edilməsinə görə-
üç yüz manat məbləğində cərimə edilir.
Maddə 308. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin
təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
308.1. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin
təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə-
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə
edilir.
308.2. Gəmilərdən zibil və başqa predmetlər atmağa görə-
otuz manat məbləğində cərimə edilir.
|