AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix07.02.2020
ölçüsü2,31 Mb.
#30400
1   2   3   4   5   6   7   8   9   ...   28
ixm az


34 
 
Maddə 46. İnformasiya ehtiyatının açıqlığı 
 
46.1. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsə 
informasiya ehtiyatında onun haqqında olan məlumatı əks etdirən 
çıxarış həmin şəxsin yazılı və ya elektron müraciəti əsasında bir iş 
günü müddətində verilir. 
46.2. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə 
yetirilməsi ilə əlaqədar dövlət orqanlarına informasiya ehtiyatının 
məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. 
 
Maddə 47. İnformasiya ehtiyatında olan məlumatların 
mühafizəsi 
 
47.1. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan 
orqanlar (vəzifəli şəxslər) informasiya ehtiyatında olan 
məlumatlardan yalnız öz xidməti vəzifələrinin yerinə yetirilməsi 
məqsədi ilə istifadə edə bilərlər. 
47.2. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan 
orqanlar (vəzifəli şəxslər) informasiya ehtiyatında olan məlumatların 
mühafizəsini təmin etməlidirlər. Bu Məcəllənin 46-cı maddəsində və 
digər qanunlarda müəyyənləşdirilmiş hallar istisna edilməklə, həmin 
məlumatlar açıqlana bilməz. 
47.3. İnformasiya ehtiyatında olan məlumatlar beş il 
müddətində saxlanılır. 
  
III BÖLMƏ 
 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAAT 

35 
 
 
FƏSİL 10 
 
ÜMUMİ MÜDDƏALAR 
 
Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın 
vəzifələri 
 
İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin 
hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini 
qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, 
hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta 
törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb 
etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə 
inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar 
etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 
 
Maddə 49. İnzibati xətalar haqqında işlər üzrə icraatın 
aparıldığı dil 
 
49.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında 
işlər üzrə icraat Azərbaycan dilində, yaxud müəyyən ərazidəki 
əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. 
49.2. İşdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə 
icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər 
hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək 
hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada 

36 
 
tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin 
olunur. 
 
 
Maddə 50. İnzibati xətalar haqqında işlərə açıq baxılması 
 
50.1. Dövlət və ya kommersiya sirrinin, şəxsi və ailə sirlərinin, 
yaxud qanunla qorunan digər sirlərin yayılmasına gətirib çıxara 
bilən hallar, həmçinin inzibati xətalar haqqında işlər üzrə icraatda 
iştirak edən şəxslərin, onların yaxın qohumlarının təhlükəsizliyinin 
təmin edilməsi halları istisna olmaqla, inzibati xətalar haqqında 
işlərə açıq baxılır. 
50.2. İnzibati xətalar haqqında işlərin qapalı baxılmasına 
zərurət olduğu halda, bu barədə qərardad qəbul edilir. 
 
Maddə 51. İnzibati xəta haqqında iş üzrə məlumatların 
yayılmasının yolverilməzliyi 
 
51.1. İnzibati xəta haqqında iş üzrə məlumatlar yalnız 
icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli 
orqanın (vəzifəli şəxsin), belə məlumatlar zərər çəkmiş şəxsin şəxsi 
maraqlarına toxunduqda isə, habelə zərər çəkmiş şəxsin icazəsi ilə 
və onların mümkün hesab etdiyi həcmdə elan oluna bilər. 
51.2. İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya 
videoçəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat 
aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto 
və ya videoçəkiliş, yaxud səsyazma materialları kütləvi informasiya 
vasitələrində yayımlana bilməz. 

37 
 
 
Maddə 52. Vəsatətlər 
 
52.1. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən 
şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana 
(vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna 
malikdirlər. 
52.2. Vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. 
Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad 
qəbul edilir. 
 
Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd 
edən hallar 
 
 
 
53.0.  Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə 
icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 
53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 
53.0.2. inzibati xəta tərkibi olmadıqda; 
53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 
53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 
53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt 
ləğv olunduqda; 
53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş 
müddətlər başa çatdıqda; 
53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, 
səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati 
xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar 

38 
 
olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında 
qərar olduqda; 
53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxs öldükdə; 
53.0.9. bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə 
tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə 
barışdıqda.   
 
Maddə  54. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı 
 
 
    prokuror nəzarəti 
 
54.1. Prokuror inzibati xətalar haqqında işlər üzrə icraat 
zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün 
vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə 
icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və 
qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. 
54.2. Bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 
249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 531, 558.2, 
558.3, 559, 563.2, 567, 568, 569, 573, 595.2, 596, 601 və 606.1-
ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə 
icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. 
Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati 
xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar 
qəbul etmək hüququna malikdir. 
54.3. Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin 
baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən 
məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş 

39 
 
üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək 
hüququna malikdir. 
54.4. Prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü 
maddələrində nəzərdə tutulan məlumatlara baxaraq on beş gün 
müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması 
haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd 
edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın 
surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan 
onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı 
prokurora və ya məhkəməyə şikayət verilə bilər.    
54.5. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması 
haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan 
məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə 
tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə 
icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü 
maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və 
ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.  
54.6. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar 
haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar 
haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. 
Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər 
ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi 
barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında 
ondan vəsatət daxil olmasın. 
 
Maddə  55. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər 
 
55.1. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər: 

40 
 
55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni 
nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və 
tərcüməçilərə verilmiş məbləğlərdən; 
55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə 
(daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən 
ibarətdir. 
55.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər 
üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində 
inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin 
üzərinə qoyulur. 
55.3. İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği 
məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş 
sənədlər əsasında müəyyən edilir. 
55.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh 
tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam 
verilməsi haqqında qərarda göstərilir. 
 
Maddə 56. Zərər çəkmişlərə, şahidlərə, onların qanuni 
nümayəndələrinə, ekspertlərə və tərcüməçilərə ödənilməli məbləğ 
 
56.1. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, 
səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq 
zərər çəkmişlərin, şahidlərin, onların qanuni nümayəndələrinin, 
ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin 
çəkdikləri xərclər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
qaydada ödənilir. 
56.2. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, 
səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş, şahid, 

41 
 
ekspert, onların qanuni nümayəndələri, mütəxəssis, tərcüməçi və 
hal şahidləri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət 
ərzində iş yerində onların əməkhaqqı saxlanılır. 
56.3. Mütəxəssisin, ekspertin və tərcüməçinin əməyi müvafiq 
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. 
 
Maddə 57. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi 
 
 
   qaydada verilməsi 
 
57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına 
bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında 
işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) 
hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt 
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə 
tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli 
vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - 
göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz 
verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi 
imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını 
hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın 
əməkdaşına tapşıra bilər. 
57.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana 
(vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza 
etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan 
(vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər 
tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq 
vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə 
verilir. 

42 
 
57.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun 
yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan 
sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən 
birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış 
yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti 
orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan 
sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin 
kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə 
münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi 
sənədi ünvan sahibinə verməlidir. 
57.4. Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin 
çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı 
gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə 
bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana 
(vəzifəli şəxsə) xəbər verməlidir. 
57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda 
rəsmi qaydada verilmiş hesab edilir: 
57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş 
hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 
57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş 
hallarda: 
57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına 
çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 
57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin 
çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana 
(vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; 
57.5.3. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş 
halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan.  

43 
 
 
Maddə 58. Qəbzin məzmunu 
 
58.0. Bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş 
qəbzdə aşağıdakılar göstərilməlidir: 
58.0.1. inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın 
adı və ünvanı; 
58.0.2. sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının 
adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; 
58.0.3. verilən sənədin adı; 
58.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri; 
58.0.5. sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda 
olmama, səhv ünvan və sair); 
58.0.6. sənədin verildiyi şəxs; 
58.0.7. sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə 
orqanı nümayəndəsinin imzası.   
 
Maddə 59. İnzibati xəta haqqında iş üzrə sənədi qəbul 
etməkdən imtina 
 
 
 
59.1. Ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik 
yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi 
qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə 
müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə 
və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati 
xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. 
59.2. İnzibati xəta haqqında iş üzrə sənədin ünvan sahibi 
tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri 

44 
 
üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya 
onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir. 
59.3. İnzibati xəta haqqında iş üzrə sənədin ünvanlandığı şəxs 
tərəfindən həmin sənədi qəbul etməkdən imtina edilməsi işə 
baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi 
üçün maneə deyildir.   
 
Maddə 60. Bildirişlər 
 
60.1. Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş 
vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını 
işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər 
haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər 
prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün 
çağırırlar. 
60.2. Bildirişdə aşağıdakılar göstərilməlidir: 
60.2.1. məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) 
adı, ünvanı və əlaqə üçün məlumatlar (telefon, faks, elektron poçt 
ünvanı və sair); 
60.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri; 
60.2.3. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana 
çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı; 
60.2.4. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana 
çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan; 
60.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya 
çağırılması; 
60.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin 
adı; 

45 
 
60.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün 
sübutların təqdim edilməsinə dair təklif; 
60.2.8. ünvan sahibinin olmadığı təqdirdə, bildirişi qəbul edən 
şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair 
qeyd; 
60.2.9. bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan 
sahibinə çatdırmamasına görə bu Məcəllənin 531-ci maddəsində 
məsuliyyət nəzərdə tutulduğu barədə qeyd; 
60.2.10. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə və ya 
səlahiyyətli orqana gəlməməsinin nəticələri və gəlməməsinin 
səbəbləri barədə məlumat vermək vəzifəsinə dair qeyd. 
60.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və 
vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq 
prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir.  
60.4. Bildiriş bu Məcəllənin 57-ci maddəsində nəzərdə 
tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında 
işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini 
təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də 
əlavə məlumat verilir.   
 
FƏSİL 11 
 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN 
İŞTİRAKÇILARI, ONLARIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ 
 
Maddə 61. Barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan şəxs 
 
 
 

46 
 
61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxsin aşağıdakı hüquqları vardır: 
61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış 
olmaq; 
61.1.2. izahat vermək; 
61.1.3. sübutlar təqdim etmək; 
61.1.4. vəsatət və etirazlar vermək; 
61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından 
istifadə etmək; 
61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi 
tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 
61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə 
danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 
61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə 
vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin 
görüntülərinin elektron daşıyıcıda surətini almaq; 
61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta 
xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat 
vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət 
həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın 
göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə 
məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın 
fotoşəklini almaq. 
61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə 
edə bilər. 
61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta 
haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə 

47 
 
şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının 
yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun 
və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil 
olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 
61.4. İnzibati xəta haqqında işə baxarkən hakim, barəsində 
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını 
məcburi hesab edə bilər. 
61.5. İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından 
kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada 
çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında 
işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan şəxsin iştirakı məcburidir. 
61.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara 
mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə 
iştirakdan kənarlaşdırılırlar.   
 
Maddə  62. Zərər çəkmiş şəxs 
 
62.1. İnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər 
dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. 
62.2. Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır: 
62.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış 
olmaq; 
62.2.2. izahat vermək; 
62.2.3. sübutlar təqdim etmək; 
62.2.4. vəsatət və etirazlar vermək; 
62.2.5. hüquqi yardımdan istifadə etmək; 

48 
 
62.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək; 
62.2.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə 
danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 
62.2.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə 
vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin 
görüntülərinin elektron daşıyıcıda surətini almaq; 
62.2.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta 
xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat 
vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət 
həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın 
göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə 
məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın 
fotoşəklini almaq. 
62.3. Zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər 
hüquqlardan da istifadə edə bilər. 
62.4. İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin 
iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o 
hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona 
vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını 
təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə 
vəsatət rədd edilmiş olsun. 
62.5. Zərər çəkmiş şəxs bu Məcəllənin 67-ci maddəsində 
nəzərdə tutulmuş qaydada şahid kimi sorğu-sual edilə bilər. 
 
Maddə 63. Fiziki şəxsin qanuni nümayəndələri 
 
63.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, 

Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin