607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 80.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək”, “şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min beş yüz mislinədək” və “şərti maliyyə vahidi məbləğinin yeddi min beş yüz mislindən on min mislinədək” sözləri müvafiq olaraq “beş yüz manatdan min manatadək”, “iki min beş yüz manatdan üç min beş yüz manatadək” və “yeddi min beş yüz manatdan on min manatadək” sözləri ilə əvəz edilmişdir.
cxl[140] 6 noyabr 2007-ci il tarixli 478-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1089) ilə 81-ci maddənin sanksiyası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx beş mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz yetmiş mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.