Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ


otuz manatdan qırx manatadək



Yüklə 2,96 Mb.
səhifə263/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   ...   259   260   261   262   263   264   265   266   ...   611
otuz manatdan qırx manatadək” sözləri “yüz manatdan üç yüz manatadək” sözləri ilə, “səksən manatdan doxsan manatadək” sözləri “üç yüz manatdan beş yüz manatadək” sözləri ilə, “iki yüz manatdan üç yüz manatadək” sözləri “min manatdan üç min manatadək” sözləri ilə əvəz edilmişdir.


ccxcii[292] 6 noyabr 2007-ci il tarixli 481-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1091) ilə 151-ci və 152-ci maddələr yeni redaksiyada verilmişdirş

əvvəlki redaksiyada deyilirdi:


Maddə 151. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması


151.1. Yolda müəyyən edilmiş hərəkət sürətinin 10-30 km/saat həddində aşılmasına, yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsinə və ya piyada keçidlərinin keçilməsinə, habelə ötmə, manevr etmə, yol ayrıcını keçmə, araməsafəsi, dayanma və durma, yedəyə alma, yük daşıma, işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və motodəbilqələrdən istifadə, sürmə təlimi keçmə qaydalarının pozulmasına, nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə -

şərti maliyyə vahidi məbləğinin üç mislindən səkkiz mislinədək miqdarda cərimə edilir.

151.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə və yaxud 3.1. "Giriş qadağandır", 3.2. "Hərəkət qadağandır" yol nişanları tələblərinin və ya sərnişin daşıma qaydalarının pozulmasına, həmçinin xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə -

şərti maliyyə vahidi məbləğinin beş mislindən on iki mislinədək miqdarda cərimə edilir.

151.3. Yolda müəyyən edilmiş hərəkət sürətinin 30 km/saat həddindən artıq aşılmasına, dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulmasına, qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsinə, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə -

şərti maliyyə vahidi məbləğinin səkkiz mislindən on beş mislinədək miqdarda cərimə edilir.

151.4. Nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək üçün ona sahiblik hüququ olan şəxs tərəfindən sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin on iki mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

151.5. Bu Məcəllənin 151.2-ci, 151.3-cü, 151.4-cü, 155.3-cü və 156-ci maddələrində nəzərdə tutulmuş xətalar il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə, yəni 10 və daha çox cərimə balı toplamasına görə -

fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

151.6. Bu Məcəllənin 151.1-151.4-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən qırx mislinədək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.

151.7. Bu Məcəllənin 151.1-151.4-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.

Qeyd: Bu Məcəllənin 151.2-ci maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 3 balla, 151.3-cü maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 4 balla, 151.4-cü maddəsində göstərilən qayda pozuntularına yol verilməsi isə 5 balla qiymətləndirilir.


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin