Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,96 Mb.
səhifə75/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   ...   71   72   73   74   75   76   77   78   ...   611

Maddə 43. Başqasının yerinə səsin verilməsi məqsədi ilə seçki bülletenlərinin (səsvermə vəsiqələrinin) vətəndaşlara verilməsi və ya seçki bülletenlərinin (səsvermə vəsiqələrinin) qalıqlarının gizlədilməsi, yaxud onların əlavə tirajlarının hazırlanması


43.1. Başqasının yerinə səsin verilməsi məqsədi ilə seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvü tərəfindən seçki bülletenlərinin (səsvermə bülletenlərinin) vətəndaşlara verilməsinə və ya onlara doldurulmuş seçki bülleteninin (səsvermə vəsiqələrinin) verilməsinə, yaxud birdən artıq seçki bülleteninin (səsvermə vəsiqələrinin) alınmasına imkan yaradılmasına görə -

seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvü şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz mislinədək miqdarda cərimə edilir.

43.2. Seçki bülletenlərinin (səsvermə vəsiqələrinin) qalıqlarının gizlədilməsinə və ya seçki komissiyasının qeydə almadığı seçki bülletenlərinin (səsvermə vəsiqələrinin) əlavə tirajının hazırlanmasına görə -

şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.


xxix[29] 16 may 2008-ci il tarixli
Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin