607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 85-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən min mislinədək”, “şərti maliyyə vahidi məbləğinin min iki yüz mislindən iki min mislinədək” və “şərti maliyyə vahidi məbləğinin dörd min səkkiz yüz mislindən altı min mislinədək” sözləri müvafiq olaraq “altı yüz manatdan min manatadək”, “min iki yüz manatdan iki min manatadək” və “beş min manatdan altı min manatadək” sözləri ilə əvəz edilmişdir.
cl[150] 6 noyabr 2007-ci il tarixli 478-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1089) ilə 86.1-ci maddənin sanksiyası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.