Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ


Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 8, maddə 597



Yüklə 2,96 Mb.
səhifə422/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   ...   418   419   420   421   422   423   424   425   ...   611
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 8, maddə 597) ilə Məcəllədən 244-cü maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Maddə 244. Vergiləri ödəməkdən yayınma


244.1. Az miqdarda vergilərdən yayınmaq məqsədi ilə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatların bəyannamədə və ya mühasibat sənədlərində göstərilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

244.2. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunun aparılmamasına və ya vergilərin və digər icbari ödənişlərin düzgün hesablanmamasına və ya az miqdarda hesablanmış vergilərin və icbari ödənişlərin büdcəyə ödənilməməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

244.3. Az miqdarda əlavə dəyər vergisini ödəməkdən yayınmağa, yəni:

244.3.1. əlavə dəyər vergisi üzrə müəyyən edilmiş hallarda qeydiyyatın məcburi olduğu halda qeydiyyatsız fəaliyyət göstərilməsinə;

244.3.2. əlavə dəyər vergisinin hesab-fakturasının verilməməsinə və ya əlavə dəyər vergisi məbləğinin azaldılmasına, yaxud əvəzləşdirmə məbləğinin artırılmasına səbəb olan əlavə dəyər vergisinin hesab-fakturasının düzgün verilməməsinə;

244.3.3. əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmamış şəxsin əlavə dəyər vergisinin hesab-fakturasını yazdığına görə büdcəyə ödənilməli olan, ancaq ödənilməmiş vergiyə görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 244.1—244.3, 246 və 247-ci maddələrində "az miqdarda" dedikdə, şərti maliyyə vahidi məbləğinin iki min mislinədək olan miqdarı başa düşülür.


dxxxvi[536] 8 iyun 2004-cü il tarixli 684-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (
Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   418   419   420   421   422   423   424   425   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin