Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1091) ilə 412.1-ci maddənin birinci cümləsində “səkkiz” sözü “iyirmi” sözü ilə əvəz edilmişdir.
16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 412-ci maddədə “şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən” sözləri “iyirmi manatdan” sözləri ilə əvəz edilmişdir.
dcclxxix[779] 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160)ilə 413.1-ci maddədə “yol hərəkəti qaydalarının və ya yanğın təhlükəsizliyi sahəsində” sözləri “yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə” sözləri ilə əvəz edilmişdir.
dcclxxx[780] 6 noyabr 2007-ci il tarixli 481-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (