tanınması
Xarici
dövlətlərin
məhkəmələrinin
və
arbitrajlarının
qətnamələri
Azərbaycan
Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı
təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.
M a d d ə 4 6 3 . Əsas qaydalar
Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və
iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində
vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə
xarici dövlətlərin digər aktları başa düşülür.
M a d d ə 4 6 4 . Xarici dövlətlərin məhkəmə və arbitraj qətnamələrinin icrası və
tanınması barədə ərizələrə baxan məhkəmə
Xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması
və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.
M a d d ə 4 6 5 . Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrini
məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi
465.1. Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina
edilməsinə yol verilir:
465.1.1. işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə
aiddirsə;
465.1.2. işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona
verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa;
465.1.3. eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan
Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin
məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında
eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa;
465.1.4. qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni
qüvvəyə minməmişsə;
465.1.5. qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və
suverenliyi ilə ziddiyyət təşkil edirsə;
465.1.6. xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa.
465.2. Əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni
predmet barədə və eyni əsaslarla olan mübahisə barədə iş başlanmışdırsa, məhkəmə
qətnamənin məcburi icrası və tanınması barədə ərizəyə baxılmasını dayandırır. Qətnamənin
məcburi icrası və tanınması barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam
verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır.
F ə s i l 4 8
XARİCİ DÖVLƏTİN MƏHKƏMƏ QƏTNAMƏLƏRİNİN MƏCBURİ İCRASI
M a d d ə 4 6 6 . Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizə
466.0. Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyə aşağıdakılar
əlavə edilir:
466.0.1. xarici dövlətin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq edən,
üzərində qeydiyyat aparılmış surəti, zərərinə qətnamə çıxarılmış və məhkəmə prosesində
iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini
təsdiq edən sənəd;
466.0.2. sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş, təsdiq edilmiş surətləri.
M a d d ə 4 6 7 . Ərizəyə baxılması
467.1. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınması və məcburi icrası barədə ərizəyə
işdə iştirak edən şəxslərə ərizəyə baxılmasının vaxtı və yeri barədə xəbər verilməklə açıq
məhkəmə iclasında baxılır.
467.2. Bildiriş vərəqəsinin ona verilməsi barədə məhkəmədə məlumat olarsa, işdə iştirak
edən şəxsin üzürlü səbəblər olmadan məhkəməyə gəlməməsi ərizəyə baxılmasına mane olmur.
Əgər işdə iştirak edən şəxs ərizəyə baxılmasının başqa vaxta keçirilməsi barədə xahişlə
məhkəməyə müraciət edərsə və həmin xahiş məhkəmə tərəfindən üzürlü hesab edilərsə,
məhkəmə işə baxılmasını başqa vaxta keçirir və borclunu yeni məhkəmə baxışının vaxtı barədə
xəbərdar edir.
467.3. Ərizəyə baxılarkən məhkəmə xarici dövlətin məhkəmə qətnaməsini tanımaqdan və
icra etməkdən imtina etdikdə bu Məcəllənin 465‐ci maddəsi ilə nəzərdə tutulan əsasların olub‐
olmamasını yoxlayır.
467.4. Məhkəmə ərizə üzrə xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası və ya
bundan imtina edilməsi barədə qərardad çıxarır.
M a d d ə 4 6 8 . Qətnamənin icrası
468.1. Xarici dövlətin məhkəmə qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin
qərardadı əsasında bu qətnamənin məcburi qaydada icra edilməsinin həll olunması haqqında,
məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə icra vərəqəsi verilir.
468.2. Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsi barədə
hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata
keçirən orqanlar tərəfindən edilir.
F ə s i l 4 9
XARİCİ DÖVLƏT MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN TANINMASI
M a d d ə 4 6 9 . Ümumi qaydalar
Xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs
tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.
M a d d ə 4 7 0 . Ailə işləri üzrə qətnamə qəbul edilməsinin məcburiliyi
470.1. Əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud
etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının
Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı
təminatından asılı deyildir.
470.2. Əgər ər‐arvadın hər ikisi qətnamə qəbul edilən zaman nikahı pozan orqanın aid
olduğu dövlətin vətəndaşı olmuşsa, qətnamənin tanınması tələb olunmur.
M a d d ə 4 7 1 . Tanınmaya qarşı etiraz
İşdə iştirak edən şəxs, xarici dövlətin məhkəmə qətnaməsinin daxil olmasını bildiyi 1 ay
müddətində bu qətnamənin tanınmasına etiraz barədə Azərbaycan Respublikasının Ali
Məhkəməsinə müraciət edə bilər.
M a d d ə 4 7 2 . Etiraza baxılma
472.1. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin
etirazına işdə iştirak edən şəxslərə bu Məcəllədə göstərilən qaydada bildirməklə açıq məhkəmə
iclasında baxılır.
472.2. Məhkəmə bildirişinin ona rəsmi qaydada verilməsi məhkəməyə məlum olduqda, işdə
iştirak edən şəxsin üzürsüz səbəbdən məhkəməyə gəlməməsi etiraza baxılmasına mane
olmur.
237
472.3. Əgər şəxs etiraza baxılması vaxtının başqa vaxta keçirilməsinə dair məhkəməyə
müraciət edərsə və bu xahiş məhkəmə tərəfindən üzürlü hesab edilərsə, onda məhkəmə baxışı
başqa vaxta keçirir və bu barədə işdə iştirak edən şəxslərə bildirir.
472.4. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı etiraza baxılanda məhkəmə
qərardad çıxarır.
M a d d ə 4 7 3 . Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının rədd edilməsi
473.1. Məcburi icra edilməli olmayan xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının
rədd edilməsinə bu Məcəllənin 465‐ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda yol
verilir.
473.2. Qərardadın surəti onun çıxarıldığı gündən 3 gün müddətində xarici dövlətin
məhkəmə qətnaməsinin çıxarılması barədə ərizə vermiş şəxsə və ya onun nümayəndəsinə və
qətnamənin tanınmasına qarşı etiraz etmiş şəxsə göndərilir.
F ə s i l 5 0
XARİCİ DÖVLƏTİN ARBİTRAJ MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN
İCRASI VƏ TANINMASI
M a d d ə 4 7 4 . Ümumi qaydalar
Bu bölmənin maddələri həmçinin, xarici dövlətlərin arbitraj məhkəmələrinin
qətnamələrinin icra edilməsi və ya tanınması barədə qətnamələrə də tətbiq edilir.
M a d d ə 4 7 5 . Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin icra edilməsi və
ya tanınması barədə ərizə
Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin icrasını və tanınmasını bildirən hüquqi
və fiziki şəxs, arbitraj qətnaməsinin əslini və ya onun təsdiq edilmiş surətini, habelə arbitraj
sazişinin əslini və ya onun surətini təqdim etməyə borcludurlar. Əgər arbitraj məhkəməsinin
qətnaməsi və ya saziş xarici dildədirsə, tərəflər bu sənədlərin təsdiq edilmiş, Azərbaycan dilinə
tərcüməsini təqdim etməlidirlər.
M a d d ə 4 7 6 . Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsini məcburi icra
etməkdən və ya tanımaqdan imtina
476.0. Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin məcburi icra edilməsi və
tanınmasından şəxsə aşağıdakı hallarda imtina edilə bilər:
476.0.1. işdə iştirak edən şəxsin əleyhinə yönəldilən arbitraj məhkəməsi qətnaməsinin
məcburi icrası və ya tanınması haqqında ərizəsinə baxan məhkəməyə o, aşağıdakı sübutları
təqdim edərsə:
476.0.1.1. arbitraj sazişində iştirak edən tərəflərdən biri bu və ya digər dərəcədə fəaliyyət
qabiliyyəti olmayan olmuş, yaxud bu sazişə əsasən tərəflərin tabe olduğu qanuna görə, sazişdə
belə müddəa olmadıqda isə qətnamə çıxarılan ölkənin qanununa görə etibarsız hesab
edilmişdir;
476.0.1.2. əleyhinə qətnamə çıxarılmış tərəf arbitrin və ya arbitraj baxışının təyin edilməsi
vaxtı haqqında lazımi qaydada xəbərdar edilməmiş və ya başqa səbəblərdən öz izahatını
təqdim edə bilməmişdir;
470.0.1.3. qətnamə arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə uyğun
gəlməyən mübahisə üzrə çıxarıldıqda, yaxud arbitraj sazişinin hədlərindən kənara çıxan
məsələlər üzrə bəndlərə malik olduqda; lakin əgər arbitraj sazişi ilə əhatə olunan məsələlər üzrə
bəndlər bu Saziş ilə əhatə olunmayan məsələlərdən ayrıla bilərsə, onda arbitraj sazişi ilə əhatə
olunan məsələlər üzrə bəndləri olan qətnamənin hissəsi tanına və icraya yönəldilə bilər;
476.0.1.4. münsiflər məhkəməsinin tərkibi və ya arbitraj qaydaları tərəflərin razılığına və ya
bunların olmaması arbitrajın olduğu ölkənin qanununa uyğun gəlmirsə;
476.0.1.5. qətnamə tərəflər üçün hələ məcburi deyildirsə və ya ləğv edilmişsə, yaxud
qanunları əsasında çıxarıldığı ölkənin məhkəməsi tərəfindən ləğv edilmişsə və ya icrası
dayandırılmışsa;
476.0.2. əgər arbitraj məhkəməsinin qətnaməsinin icraya yönəldilməsi və tanınması barədə
ərizəyə baxan məhkəmə müəyyən etsə ki, mübahisənin obyekti Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən arbitraj baxışının predmeti ola bilməz, yaxud arbitraj məhkəməsinin
qətnaməsinin icraya yönəldilməsi və tanınması Azərbaycan Respublikasının suverenliyinə və
ya qanunvericiliyin əsas prinsiplərinə ziddir.
M a d d ə 4 7 7 . Münsiflər məhkəməsinin qətnaməsi
Xarici münsiflər məhkəməsi qətnaməsinin icra edilməsi və tanınması üçün bu Məcəllənin
maddələri müvafiq olaraq tətbiq edilə bilər. Bundan əlavə, BMT‐nin 1958‐ci il 10 iyun tarixli
xarici münsiflər məhkəməsinin qətnaməsinin tanınması və icra edilməsi barədə Nyu‐York
Konvensiyası tətbiq edilir.
AZƏRBAYCAN RESPUBLIKASININ MÜLKI PROSESSUAL MƏCƏLLƏSINƏ ƏLAVƏ
İTİRİLMİŞ MƏHKƏMƏ İCRAATININ VƏ YA İCRA ÜZRƏ
İCRAATIN BƏRPA EDİLMƏSİ
1. Başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam edilmiş mülki iş üzrə itirilmiş
məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu əlavə ilə
müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir.
2. İtirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi
üzrə başlanır.
3. Məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş
üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. İtirilmiş icra
icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir.
4. Ərizədə ərizəçinin məhz hansı icraatın bərpa olunmasını istəməsi, məhkəmə tərəfindən
mahiyyət üzrə qətnamə, yaxud iş üzrə icraatın xitam olunması barədə qərardad qəbul edilib‐
edilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və
ya yaşadığı yer, icraatın itirilməsi barədə hansı halların məlum olması, icraat sənədlərinin
surətlərinin harada olması və onlar barəsində məlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin
zəruri hesab etməsi, bu sənədlərin hansı məqsədlə bərpa edilməsi göstərilməlidir.
Ərizəyə müəyyən edilmiş qaydada təsdiq edilməmiş olsa da, saxlanılmış və işlə əlaqədar
olan sənədlər və ya onların surətləri əlavə edilir.
5. İtirilmiş icraatın bərpa edilməsi barədə ərizəçidən dövlət rüsumu alınmır.
6. İtirilmiş icraatın bərpası barədə ərizədə ərizəçi tərəfindən müraciətin məqsədi
göstərilmədikdə məhkəmə ərizəni hərəkətsiz saxlayaraq, ona həmin zəruri halları ərizədə şərh
etmək üçün vaxt verir.
İtirilmiş icraatın bərpası ərizəçinin hüquq və qanunla qorunan mənafeyi ilə əlaqədar
olmadıqda məhkəmə ya itirilmiş icraatın bərpası üzrə iş başlanmağı rədd edir, yaxud belə iş
başlamışsa, əsaslandırılmış qərardadla onu baxılmamış saxlayır.
7. Məhkəmə icraatı işə mahiyyət üzrə baxılana kimi itirildikdə, bu əlavə ilə müəyyən
edilmiş qaydada bərpa edilmir. Belə halda iddiaçı yeni iddia qaldırmağa haqlıdır. Məhkəmə
icraatının itirilməsi ilə əlaqədar yeni iddia ilə iş başlanması qərardadında həmin hal mütləq
göstərilməlidir.
8. İşə baxarkən məhkəmə icraatın saxlanan hissəsindən, icraat itənə qədər işdən
vətəndaşlara və təşkilatlara verilmiş sənədlərdən, həmin sənədlərin surətlərindən, işə aidiyyəti
olan arayış və kağızlardan istifadə edir.
Məhkəmə prosessual hərəkətlərin edilməsində iştirak etmiş şəxsləri, zəruri hallarda,
itirilmiş işin baxılmasında məhkəmə heyətinin tərkibinə daxil olmuş şəxsləri, habelə məhkəmə
qətnaməsini icra edən şəxsi şahid kimi dindirə bilər.
9. İş üzrə çıxarılmış qətnamə və ya icraatın xitam edilməsinə dair qərardad dərhal icra
edilməlidir.
238
10. İtirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə icraata
xitam verilməsinə dair qərardadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara,
itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş
məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi
göstərilməlidir.
İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində, həmçinin
məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı
prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir.
11. İtirilmiş icraat üzrə məhkəmə aktını tam bərpa etmək üçün toplanmış materiallar kifayət
etmədikdə məhkəmə bu icraata xitam verir və işdə iştirak edən şəxslərə ümumi qaydada iddia
qaldırmaq hüququnu izah edir.
12. İtirilmiş icraat üzrə məhkəmə aktının bərpası haqqında ərizəyə baxılması onun
saxlanılması müddəti ilə məhdudlaşmır.
Lakin itirilmiş icraatın bərpa edilməsi üçün ərizə məhkəmə aktının icra edilməsi məqsədi
ilə, icra vərəqəsinin məcburi icraya təqdim edilməsi müddəti keçdikdə və bu müddət məhkəmə
tərəfindən bərpa edilmədikdə verilərsə, məhkəmə ərizə üzrə icraata xitam verir.
13. Qətnamə icraya yönəlmişsə, itirilmiş icra icraatı bərpa edilməlidir.
Məhkəmə qətnaməsinin icrası haqqında akt məhkəmə icraçısının icra zamanı aktda əks
olunan və həyata keçirdiyi hərəkətlərin mahiyyəti göstərilməklə, məhkəmə qətnaməsi ilə bərpa
olunur.
14. Qətnamənin icrasına qədər icra icraatının itirilməsi zamanı icra vərəqəsinin surətini
(dublikatı) vermək mümkün olduğu halda, məhkəmə əsaslandırılmış qərardadla itirilmiş icra
icraatının bərpa edilməsi haqqında işin başlanılmasını rədd edir.
15. İtirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən
edilmiş qaydada şikayət verilir.
16. İtirilmiş icraatın bərpası haqqında məhkəmə xərcləri qəsdən yalan ərizə vermiş
şəxslərdən tutulur.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
28 dekabr 1999‐cu il tarixli, 780‐IQ nömrəli “Azərbaycan Respublikasi Mülki Prosessual Məcəlləsinin
Təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağli hüquqi tənzimləmə məsələləri haqqinda”
Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000‐ci il, №
1, maddə 17) ilə təsdiq edilmişdir.
Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar
1.
19 aprel 2002‐ci il tarixli №305‐II QD nömrəli “Psixiatriya yardımı haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002‐ci il, № 5, maddə 236)
2.
24 dekabr 2002‐ci il tarixli №409 – IIQD nömrəli “Məhkəmə qərarlarının icrası haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 1, maddə 23)
3.
24 dekabr 2002‐ci il tarixli № 410 – IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 1, maddə 24)
4.
20 iyun 2003‐cü il tarixli № 490‐IIQ nömrəli Azərbaycan Respublikasının Seçki Məcəlləsinin
müddəalarının pozulmasına görə məsuliyyət haqqında Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 6, maddə 279)
5.
30 aprel 2004‐cü il tarixli 643‐IIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Rspublikasının bəzi qanunvericilik aktlarının qüvvədən
düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci
il, № 7, maddə 505)
6.
11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004‐ci il, № 8, maddə 598)
7.
7 sentyabr 2004‐cü il 731‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2004‐cü il, № 10, maddə 761)
8.
4 mart 2005‐ci il 855‐IIQD nömrəli “Poçt rabitəsi haqqındaʺ Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına
dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2005‐ci il, № 4, maddə 277)
9.
4 mart 2005‐ci il 856‐IIQD nömrəli “Fövqəladə vəziyyət haqqındaʺ Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və
dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə”
Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005‐ci
il, № 4, maddə 278)
10.
23 dekabr 2005‐ci il tarixli
32‐IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 2, maddə 64)
11.
20 oktyabr 2006‐cı il 168‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2006‐cı il, № 12, maddə 1006)
12.
26 dekabr 2006‐cı il tarixli 219‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 1, maddə 3)
13.
29 dekabr 2006‐cı il tarixli 220‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 1, maddə 4)
14.
19 dekabr 2006‐cı il tarixli 200‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 2, maddə 68)
15.
17 aprel 2007‐ci il tarixli 313‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 6, maddə 560)
16.
17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu( Azərbaycan
Dostları ilə paylaş: |