AZƏrbaycan respublikasinin naziRLƏr kabineti QƏrar №17



Yüklə 201.95 Kb.
Pdf просмотр
tarix07.06.2017
ölçüsü201.95 Kb.

 

AZƏRBAYCAN   RESPUBLİKASININ 

NAZİRLƏR  KABİNETİ 

QƏRAR 

№ 17 

Bakı şəhəri, 29 yanvar 2015-ci il 

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb 

olunan  malların  aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında 

dəyişikliklər edilməsi barədə 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  119-cu  maddəsinin  səkkizinci 



abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər 

edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  2014-cü  il  30  dekabr  tarixli  1167-

IVQD  nömrəli  Qanununun  tətbiqi  və  “Azərbaycan  Respublikası  Vergi  Məcəlləsinin 

təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla  bağlı  hüquqi  tənzimləmə  məsələləri 

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  və  bu  qanunla  təsdiq  edilmiş 

Azərbaycan  Respublikası  Vergi  Məcəlləsinin  tətbiq  edilməsi  barədə”  Azərbaycan 

Respublikası  Prezidentinin  2000-ci  il  30  avqust  tarixli  393  nömrəli  Fərmanında 

dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  2015-ci  il  10 

yanvar  tarixli  436  nömrəli  Fərmanına  əsasən  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabineti qərara alır: 

1.  “Azərbaycan  Respublikasının  ərazisinə  gətirilən  aksiz  vergisinə  cəlb  olunan 

malların  aksiz  dərəcələrinin  təsdiq  edilməsi  haqqında”  Azərbaycan  Respublikası 

Nazirlər  Kabinetinin  2001-ci  il  19  yanvar  tarixli  20  nömrəli  qərarının  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, 

№ 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 

2014, № 1, maddə 64, № 2, maddə 196) əlavəsi olan Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin  2005-ci  il  15  noyabr  tarixli   209  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş 

“Azərbaycan  Respublikasının  ərazisinə gətirilən  aksizli  malların  aksiz  dərəcələri”  yeni 

redaksiyada təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. 

 

Azərbaycan Respublikasının Baş naziri:    

 

Artur Rasi-zadə 

 


Azərbaycan  Respublikası  Nazirlər 

                                                                                Kabinetinin  2015-ci il 29 yanvar 

                                                                                  tarixli 17 nömrəli qərarı ilə 

                                                                                    təsdiq edilmişdir 

  

  

Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların 

aksiz dərəcələri 

  

Azərbaycan Respublikası 

Vergi Məcəlləsinin 190.2-ci 

maddəsində göstərilən 

aksizli malların xarici 

iqtisadi fəaliyyətin mal 

nomenklaturasına uyğun 

kodları 

Mal mövqelərinin adları 

Aksiz dərəcələri (ölçü 

vahidinə görə manatla) 

1 

2 

3 

2203 00 


Səməni pivəsi 

1 litr üçün 1,0 manat 

2204 (2204 10 110 0 və 

2204 30 100 0 istisna 

olmaqla) 

Təbii üzüm şərabları, spirt 

qatılmışlar daxil olmaqla; üzüm 

suslosu, 2009 mal mövqeyində 

təsnif ediləndən başqa 

1 litr üçün 2,0 manat 

2204 10 110 0 

şampan şərabı 

1 litr üçün 2,5 manat 

2204 30 100 0 

qıcqırma prosesində və ya spirt 

əlavə edilməkdən fərqli üsulla 

dayandırılmış qıcqırma ilə 

alınmış digər üzüm susloları 

1 litr üçün 0,1 manat 

2205 


Vermutlar və bitki və ya 

aromatik ekstraktların əlavəsi ilə 

digər təbii üzüm şərabları 

1 litr üçün 2,0 manat 

2206 00 

Digər qıcqırdılmış içkilər (sidr, 

perri və ya armud sidri, ballı 

içki); qıcqırdılmış içkilərin 

qarışıqları və qıcqırdılmış 

içkilərlə spirtsiz içkilərin 

qarışıqları, başqa yerdə adları 

çəkilməyən və ya təsnif 

olunmamış 

1 litr üçün 2,0 manat 

2207 10 000 0 

denaturasiya olunmamış etil 

spirti, 80 həcm %və ya çox spirt 

qatılığı ilə 

1 litr üçün 2,0 manat 

2208 20 


üzüm çaxırının və ya üzüm 

puçallarının distillə edilməsi 

nəticəsində alınan spirtli 

tinkturalar 

1 litr üçün 6,0 manat 

2208 30 


viski 

1 litr üçün 6,0 manat 

2208 40 

rom və digər spirtli tinkturalar, 

şəkər qamışının qıcqırdılmış 

məhsullarının qovulması 

nəticəsində alınan 

1 litr üçün 6,0 manat 

2208 50 

cin və ardıc tinkturası 

1 litr üçün 6,0 manat 


1 

2 

3 

2208 60 


araq 

1 litr üçün 6,0 manat 

2208 70 

likörlər 

1 litr üçün 6,0 manat 

2208 90 110 0 —  

2208 90 780 0 

digər spirtli içkilər 

1 litr üçün 6,0 manat 

2208 90 910 0 

2208 90 990 0 

həcm %-i 80-dən az qatılığı olan 

denaturatlaşdırılmamış etil spirti 

1 litr üçün 2,0 manat 

2402 10 000 0 

tərkibində tütün olan siqarlar, 

ucları kəsilmiş siqarlar və 

siqarillalar 

1000 ədəd üçün 10,0 manat 

2402 20 


tərkibində tütün olan siqaretlər 

1000 ədəd üçün 4,0 manat 

2402 90 000 0 

digər siqaretlər və siqarillalar 

1000 ədəd üçün 4,0 manat 

2710 12 110 0 

yüngül distilyatlar və məhsullar: 

emalın spesifik prosesləri üçün 

1 ton üçün 80 manat 

2710 12 150 0 

yüngül distilyatlar və məhsullar: 

proseslərdə kimyəvi çevrilmələr 

üçün, 2710 12 110 0 alt 

yarımmövqeyində 

göstərilənlərdən başqa 

1 ton üçün 1,0 manat 

2710 12 210 0 

xüsusi benzinlər: uayt-spirit 

1 ton üçün 1,0 manat 

2710 12 250 0 

digər xüsusi benzinlər 

1 ton üçün 1,0 manat 

2710 12 310 0 

aviasiya benzinləri 

1 ton üçün 1,0 manat 

2710 12 410 0 

mühərrik benzinləri, aviasiya 

benzinləri istisna olmaqla

tərkibində qurğuşunun miqdarı 

0,013 q/l-dən çox olmayan, 95-

dən az oktan ədədi ilə 

1 ton üçün 200 manat 

2710 12 450 0 

mühərrik benzinləri, aviasiya 

benzinləri istisna olmaqla, 

tərkibində qurğuşunun miqdarı 

0,013 q/l-dən çox olmayan, 95 və 

ya daha çox, lakin 98-dən çox 

olmayan oktan ədədi ilə 

1 ton üçün 80 manat 

2710 12 490 0 

mühərrik benzinləri, aviasiya 

benzinləri istisna olmaqla, 

tərkibində qurğuşunun miqdarı 

0,013 q/l-dən çox olmayan, 98 və 

ya çox oktan ədədi ilə 

1 ton üçün 120 manat 

2710 12 510 1 

mühərrik benzinləri, aviasiya 

benzinləri istisna olmaqla, 

tərkibində qurğuşunun miqdarı 

0,013 q/l-dən çox, 95-dən az 

oktan ədədi ilə 

1 ton üçün 200 manat 

2710 12 510 9 

mühərrik benzinləri, aviasiya 

benzinləri istisna olmaqla, 

tərkibində qurğuşunun miqdarı 

0,013 q/l-dən çox, digərləri 

1 ton üçün 80 manat 

2710 12 590 0 

mühərrik benzinləri, aviasiya 

benzinləri istisna olmaqla, 

tərkibində qurğuşunun miqdarı 

0,013 q/l-dən çox, 98 və ya çox 

oktan ədədi ilə 

1 ton üçün 120 manat 

2710 12 700 0 

reaktiv benzin yanacağı 

1 ton üçün 1,0 manat 



1 

2 

3 

2710 12 900 0 

digər yüngül distilyatlar 

1 ton üçün 1,0 manat 

2710 19 110 0 

orta distilyatlar: emalın spesifik 

prosesləri üçün 

1 ton üçün 80 manat 

2710 19 150 0 

orta distilyatlar: proseslərdə 

kimyəvi çevrilmələr üçün, 2710 

19 110 0 alt yarımmövqeyində 

göstərilənlərdən başqa 

1 ton üçün 1,0 manat 

 

2710 19 210 0 



2710 19 250 0 

digər məqsədlər üçün kerosin 

1 ton üçün 80 manat 

2710 19 290 0 

digər məqsədlər üçün digər orta 

distilyatlar 

                                          

1 ton üçün 80 manat 

2710 19 310 0 — 

2710 19 480 0 

qazoyllar 

1 ton üçün 80 manat 

2710 19 510 0 — 

2710 19 680 0 

maye yanacaq 

1 ton üçün 1,0 manat 

2710 19 710 0 

sürtkü yağları və digər yağlar; 

emalın spesifik prosesləri üçün 

1 ton üçün 1,0 manat 

2710 19 750 0 

sürtkü yağları və digər yağlar: 

proseslərdə kimyəvi çevrilmələr 

üçün, 2710 19 710 0 alt 

yarımmövqeyində 

göstərilənlərdən başqa 

1 ton üçün 1,0 manat 

2710 19 820 0 

mühərrik yağları, kompressor 

sürtkü yağı, turbin sürtkü yağı 

1 ton üçün 50 manat 

2710 19 840 0 

hidravlik məqsədlər üçün 

mayelər 


1 ton üçün 1,0 manat 

2710 19 860 0 

açıq rəngli yağlar, vazelin yağı 

1 ton üçün 1,0 manat 

2710 19 880 0 

dişli çarxlar üçün yağ və 

reduktorlar üçün yağ 

1 ton üçün 1,0 manat 

2710 19 920 0 

metalların emalı üçün tərkiblər, 

qəliblərin yağlanması üçün 

yağlar, antikorroziya yağları 

1 ton üçün 1,0 manat 

2710 19 940 0 

elektrik izolyasiya yağları 

1 ton üçün 50 manat 

2710 19 980 0 

digər sürtkü yağları və digər 

yağlar 

1 ton üçün 1,0 manat 



2710 20 110 0 – 

2710 20 190 0 

qazoyllar 

1 ton üçün 80 manat 

2710 20 310 0 – 

2710 20 390 0 

maye yanacaq 

1 ton üçün 1,0 manat 

2710 20 900 0 

digər neft məhsulları 

1 ton üçün 50 manat 

2712 10 


Neft vazelini 

1 ton üçün 10,0 manat 

2713 

Neft koksu, neft bitumu və neftin 



və ya neft məhsullarının 

emalından qalan, o cümlədən 

bitumlu minerallardan alınmış 

digər qalıqlar 

1 ton üçün 24 manat 

2714 


Təbii bitum və asfalt; bitumlu 

şistlər və ya neftli şist və bitumlu 

qum daşı; asfaltitlər və asfalt 

süxurları 

1 ton üçün 1,0 manat 


1 

2 

3 

2715 00 000 0 

Təbii asfalt, təbii bitum, neft 

bitumu, mineral qatranlar və ya 

mineral qatranların peki 

(məsələn, bitumlu mastika, yol 

örtükləri üçün asfalt qarışıqları) 

əsasında bitumlu qarışıqlar 



1 ton üçün 1,0 manat 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə