AZƏrbaycan respublikasinin naziRLƏr kabineti



Yüklə 45.09 Kb.
tarix22.05.2017
ölçüsü45.09 Kb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 1998-ci il 22 aprel tarixli 91 nömrəli və "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarlarına əlavələr edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

 QƏRAR

 № 17

 Bakı şəhəri, 25 yanvar 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 1998-ci il 22 aprel tarixli 91 nömrəli və "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarlarına əlavələr edilməsi barədə

 Qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respubli-kasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999-cu il, № 2, maddə 150; 2000-ci il, № 5, maddə 374, № 7, maddə 559, № 8, III kitab, maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001-ci il, № 4, maddə 289, № 8, maddə 561; 2002-ci il, № 4, II kitab, maddələr 209, 212; 2005-ci il, № 1, maddə 56; 2006-cı il, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008-ci il, № 7, maddələr 672, 687; 2009-cu il, № 9, maddələr 742,744, № 12, maddələr 1061, 1071; 2010-cu il, № 7, maddə 706; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 dekabr tarixli 232 nömrəli qərarı) aşağıdakı məzmunda 4.17-ci yarımbənd əlavə edilsin:

"4.17. "Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumundan azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur).".

2. "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 55, № 4, maddə 378, № 10, maddə 980; 2006-cı il, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2007-ci il, № 6, maddə 700, № 7, maddə 743, №12, maddə 1355; 2008-ci il, № 4, maddə 325, № 7, maddələr 672, 687, № 11, maddə 1036; 2009-cu il, № 1, maddə 25, № 4, maddə 291, № 9, maddələr 742, 744, № 12, maddə 1071; 2010-cu il, № 4, maddə 356, № 7, maddə 706; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 dekabr tarixli 231 və 13 dekabr tarixli 232 nömrəli qərarları) aşağıdakı məzmunda 1.20-ci yarımbənd əlavə edilsin:

"1.20. "Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxalda əlavə dəyər vergisindən azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur).".

3. Bu qərar 2011-ci il martın 1-dən qüvvəyə minir və üç il müddətində qüvvədədir.

 Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir

Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrükrüsumundan azad olunan malların xarici iqtisadi fəaliyyətinmal nomenklaturu (XİF MN) üzrə

S İ Y A H I S I

 

 

         XİF MN-in  kodu                                                                       

Mal mövqelərinin adları

 

 

1

2

 

 

Qrup 01-dən

 

 

 

0102 10

Safqanlı cins iribuynuzlu heyvanlar

 

 

0104 10 100 0

Safqanlı cins qoyunlar

 

 

0104 20 100 0

Safqanlı cins keçilər

 

 

0105 11

Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqları (Gallus domesticus)

 

 

Qrup 12-dən

 

 

 

1201 00 100 0

Əkin üçün soya paxlalı bitkilər

 

 

1206 00 100 0

Əkin üçün günəbaxan toxumu

 

 

1209 10 000 0

Əkin üçün şəkər çuğunduru toxumu

 

 

1209 22 100 0

Əkin üçün qırmızı üçyarpaq yonca toxumu (Trifolium pretense L.)

 

 

1209 29 600 0

Əkin üçün yem çuğundurunun toxumu (Beta vulgaris var.alba)

 

 

Qrup 31

Gübrələr

 

 

Qrup 38-dən

 

 

 

3808-dən

Kənd təsərrüfatında istifadə edilən insektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı və boyartımını tənzimləyən vasitələr (3808 94 mal mövqeyində göstərilən dezinfeksiyaedici vasitələrdən başqa)

 

 

Qrup 84-dən

 

 

 

8419 31 000 0

Kənd təsərrüfatı məhsulları üçün quruducular

 

 

8421 11 000 0

Süd separatorları

 

 

8421 21 000 1

Qida sənayesində istifadə edilən suyun süzülməsi və ya təmizlənməsi üçün qurğu və avadanlıqlar

 

8422 20 000 1

Ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər qabların yuyulması və qurudulması üçün avadanlıqlar

8422 90 900 1

Ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri

8424 81

Kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğuları, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayan və səpələyən qurğular, daşınan və digər qurğular

8428 20 300 0

Xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər

8428 90 710 0

Xüsusi olaraq kənd təsərrüfatı traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular

8432

Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün maşınlar (8432 80 000 0 mal mövqeyində sinifləşən qazon və ya idman meydançaları üçün katoklar istisna olmaqla)

8433 20

8433 30


8433 40

8433 51 000 0

8433 52 000 0

8433 53 


8433 59

8433 60 000 0

8433 90 000 0


Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, press-çeşidləyici, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya kalibrlənməsi üçün maşınlar

8434

Sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar

8436

Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər

8437

Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa

8438

Bu qrupun başqa yerində adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya uçucu olmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir

 Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxalda əlavə dəyər vergisindən azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə



S İ Y A H I S I

 

          XİF MN-in kodu                                            

Mal mövqelərinin adları

1

2

Qrup 01-dən

 

0102 10

Safqanlı cins iribuynuzlu heyvanlar

0104 10 100 0

Safqanlı cins qoyunlar

0104 20 100 0

Safqanlı cins keçilər

0105 11

Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqları (Gallus domesticus)

Qrup 12-dən

 

1201 00 100 0

Əkin üçün soya paxlalı bitkilər

1206 00 100 0

Əkin üçün günəbaxan toxumu

1209 10 000 0

Əkin üçün şəkər çuğunduru toxumu

1209 22 100 0

Əkin üçün qırmızı üçyarpaq yonca toxumu (Trifolium pretense L.)

1209 29 600 0

Əkin üçün yem çuğundurunun toxumu (Beta vulgaris var.alba)

Qrup 31

Gübrələr

Qrup 38-dən

 

3808-dən

Kənd təsərrüfatında istifadə edilən insektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı və boyartımını tənzimləyən vasitələr (3808 94 mal mövqeyində göstərilən dezinfeksiyaedici vasitələrdən başqa)

Qrup 84-dən

 

8419 31 000 0

Kənd təsərrüfatı məhsulları üçün quruducular

8421 11 000 0

Süd separatorları

8421 20 900 1

Qida sənayesində istifadə edilən suyun süzülməsi və ya təmizlənməsi üçün qurğu və avadanlıqlar

8422 20 000 1

Ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər qabların yuyulması və qurudulması üçün avadanlıqlar







8422 90 900 1

Ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri

8424 81

Kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğuları, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayan və səpələyən qurğular, daşınan və digər qurğular

8428 20 300 0

Xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər

8428 90 710 0

Xüsusi olaraq kənd təsərrüfatı traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular

8432

Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün maşınlar (8432 80 000 0 mal mövqeyində sinifləşən qazon və ya idman meydançaları üçün katoklar istisna olmaqla)

8433 20

8433 30


8433 40

8433 51 000 0

8433 52 000 0

8433 53 


8433 59

8433 60 000 0



8433 90 000 0

Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, press-çeşidləyici, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya kalibrlən-məsi üçün maşınlar

8434

Sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar

8436

Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər

8437

Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa

8438

Bu qrupun başqa yerində adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya uçucu olmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə