Mövzu 5. Jurnalistika və qlobal ərzaq problemi Dünya əhalisinin ərzaqla, xammalla təmin olunması
qlobal problem və KİV-in əsas mövzularindan biri kimi.
Qlobal ərzaq probleminin əhali problemi ilə sıx əlaqəli
şəkildə öyrənilməsi. Bu problemin həlli sahəsidə BMT,
Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı,
Ümum-
dünya Ərzaq Proqramı, Beynəlxalq Bioloji Proqram Təşkilatı
və s. beynəlxalq təşkilatların fəaliyyəti. Ərzaq probleminin
mahiyyətinin açılması, əhalinin ərzaqla təminatının onun
34
sayının artması ilə mütənasibliyi. Dünyada istehsal olunan
ərzaq məhsullarının qeyri-bərabər bölünməsi.
Torpaq
ehtiyatı probleminin qlobal xarakteri. Məh-
suldar və azməhsuldar sahələr. Dünyada məhsuldar sahələrin
hər il itirilməsinin getdikcə artması. Hər adambaşına düşən
sahənin azalması.
Elmi-texniki
tərəqqinin nəticəsi olaraq quru sahənin
xeyli hissəsinin çirklənməsi, yararsız hala düşməsi. Kənd tə-
sərrüfatı üçün nəzərdə tutulan sahələrin urbanizasiya, yeni
şəhərlər, kəndlər salmağa verilməsinin artmaqda davam
etməsi. Hər adamın orta təminatı üçün əkin sahəsi.
İnsanın qida ilə, ərzaqla təmin olunması üçün yararlı
sahələrin azalması səbəbləri. Dünya əhalisinin ərzağa olan
tələbatının ödənilməsi üçün mövcud olan imkanlar, onlardan
istifadə
səviyyəsi.
Şumlanan sahələrin və onun
məhsuldarlığının artırılması. İntensiv təsərrüfat üsulu, istehsal
mədəniyyətinin yüksəldilməsi. Xəstəliklərə, ziyanvericələrə
qarşı mübarizənin elmi əsaslarla təşkili. Əkinçilikdə elmi
nailiyyətlərdən səmərəli istifadə olunması.
Ərzaq probleminin mahiyyətinin açıqlanmasında,
qavranılmasında, qabaqcıl təcrübənin, nümunələrin
ümumiləşdirib yayılmasında, qüsurların tənqidində və aradan
qaldırılmasında, mövcud imkanların aşkara çıxarılmasında,
onlardan səmərəli istifadə olunmasında jurnalistikanın rolu və
əhəmiyyəti.
Ərzaq probleminin işıqlandırılmasının mövzu istiqa-
mətləri: ərzaqla təminatın əhali artımının tənzimlənməsi ilə
bağlılığı; ərzaq yardımı iqtisadi yardım növlərindən biri kimi;
kənd təsərrüfatının iqtisadi yardımla birgə, paralel inkişaf
etdirilməsi; kənd təsərrüfatına qoyulan xarici yardımın
artırılması; “yaşıl inqilab”; kənd təsərrüfatı sahəsində
təhsil
sisteminin inkişaf etdirilməsi, “fiziki texnologiyalara”
bağlılıq.
35
Ərzaq və ehtiyat probleminin işıqlandırılmasında
KİV-in qarşısında duran vəzifələr, istifadə etdiyi təbliğatçılıq
işinin forma və metodları. Bu mövzuda çıxışların janr
rəngarəngliyi.